AVRO-2024: Azərbaycan yalnız Lixtenşteyni üstələyir
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyunu da böyükhesablı məğlubiyyətlə başa vurub.
Adalet.az xəbər verir ki, ilk görüşdə Avstriyaya 1:4 hesabı ilə uduzan milli ötən gecə İsveç səfərində daha acınacaqlı məğlubiyyətlə üzləşib - 0:5. Canni De Byazinin rəhbərlik etdiyi komanda hazırda seçmə mərhələdə ən pis nəticə göstərən kollektivlərdən biridir. Hətta qitənin ən zəifləri hesab edilən San-Marino və Cəbəllütariqin çıxışları daha yaxşıdır.
İki oyun keçirən komandalardan Lixtenşteyn, San-Marino, Bolqarıstan, Azərbaycan, Malta və Cəbəllütariq xal qazana bilməyib. Millinin top fərqi -8-dir ki, bu da yalnız Lixtenşteyni (-11) üstələməyə imkan verir. Bu baxımdan Cəbəllütariq (-6), Bolqarıstan (-4), San-Marino (-4) və Maltada (-3) göstərici daha yaxşıdır. Yalnız onunla öyünmək olar ki, adıçəkilən kollektivlərdən təkcə Malta Azərbaycan yığması kimi qol vurmağı bacarıb.
Digər Xəbərlər
06 Oktyabr 2026 09:29
Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır
06 Oktyabr 2026 09:25
Millətlər Liqası: İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qarşı
06 Oktyabr 2026 08:53
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyəni yenə məğlub oldu
05 Oktyabr 2026 22:18


Bakı -°C

