adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Avqust 2014 20:53
2895
MƏMLƏKƏT

Avqustun 21-dən havalar sərinləşəcək

Son günlərdə Bakıda və Abşeronyarımadasında müşahidə edilən kəskin isti hava şəraitindən sonra avqustun21-dən başlayaraq havanın temperaturu enəcək. Avqustun 21 və 22-də Bakıdahavanın maksimal temperaturu 35 dərəcə olacaq.

Ekologiya və Təbii SərvətlərNazirliyinin Milli Hidrometeorologiya Departamentinin HidrometeorolojiProqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, Bakı vəAbşeron yarımadasında avqustun 21-dən cənub-şərq küləyi şimal-qərb küləyi iləəvəz olunacaq. Gündüz saatlarında şimal-qərb küləyi arabir güclənəcək.

Avqustun 22-də də nisbətən sərin havaşəraiti davam edəcək.

Avqustun 21 və 22-dəAzərbaycanın bölgələrində də havanın temperaturu ötən günlərlə müqayisədəenəcək və hava nisbətən sərin olacaq.

Bakıda və Abşeronyarımadasında avqustun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasənyağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-28, gündüz 36-39,yarımadanın bəzi yerlərində 41 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarındasabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərbrayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərqküləyi əsəcək.

Aran rayonlarında havanıntemperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-19,27-32 dərəcə isti olacaq.