Avqustda Azərbaycanda deflyasiya qeydə alınıb
Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,3%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1% bahalaşıb.
Adalet.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1% ucuzlaşıb.
Ay ərzində qarabaşaq yarması, sümüklü mal və qoyun əti, kərə yağı, şəkər, banan, alma, armud, üzüm, qarpız, yemiş, xiyar, şirin bibər, badımcan, kartofun qiymətlərində ucuzlaşma, uzun düyü, buğda unu, makaron məmulatları, toyuq ətin, balıq məhsulları, yumurta, bitki yağları, limon, kələm, göyərti, pomidor, göy lobya, çuğundur, kök, sarımsaq, baş soğan, qara və yaşıl çay, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçalar, inşaat materialları, minik avtomobilləri üçün ehtiyat hissələri, məişət cihazlarının qiymətlərində bahalaşma, geyim, dərmanlar, minik avtomobilləri, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşmış, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03