adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Iyun 2023 14:33
763
GÜNDƏM

Avonun bu gün işğal etdiyi Karmir Şuka:  Qırmızı Bazardan FOTOLAR

Bu gün erməni mediası 1992-ci ildə baş vermiş bir hadisəni (“qəhrəmanlığı”) “ehtiramla” xatırlayırlar.


Adalet.az xəbər verir ki, əldəqayırma Artsaxın “ azadlıq müharibəsi” ( I Qarabağ müharibəsi ) zamanı terrorçu Monte Melkonyanın komandanlığı altında erməni silahlı qüvvələri Karmir Şuka yaşayış məntəqəsini  azərbaycanlılardan azad edib . Hadisə 1992-ci ilin 28 iyununda baş verib. Ermənilərin adını Karmir Şuka qoyduğu və həyasızcasına "Artsax"ın "ən qədim kəndi" dediyi  Qırmızı Bazar Xocavənd rayonunda qəsəbə olub. İkinci Qarabağ müharibəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib.


Qəsəbə keçmişdə bazar yeri olub. Yerli məlumata görə, 1924-cü ildə ilk dəfə burada 1 May Həmrəylik günü keçirilib və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlandırılıb. . Qəsəbə Köndələnçayın (Arazın qolu) sol sahilində yerləşir.Yaşamaq üçün çox əlverişli ərazi olub. Elə o dövrdə tədricən Mavas dağının ətəyindəki Mavaş kəndindən, ermənilərin adını Sixtoraşen qoyduğu Şıx Dursun kəndindən, Bilbilyak dedikləri Bilbilək kəndi, Şixer dedikləri Şəhər və Taqavard dedikləri Tağaverd kəndlərindən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilir.


Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Ərazi vahidi olaraq DQMV-də Martuni rayonuna tabe idi. SSRİ dağıldıqdan sonra Azərbaycan höküməti tərəfindən DQMV ləğv olundu, Qırmızı Bazar qəsəbəsi isə yeni yaradılmış Xocavənd rayonunun tabeliyinə verildi. Qarabağ müharibəsi başladıqda qəsəbə erməni separatçılarının nəzarətində idi. Azərbaycan ordusunun 1992-ci il iyunun 28-də Qırmızı Bazar istiqamətində keçirdiyi genişmiqyaslı əməliyyat uğursuzluqla nəticələnib. Müharibə nəticəsində qəsəbə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalıb. Birinci Qarabağ müharibəsində kəndin 40 nəfər erməni sakini öldürülüb.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı qəsəbədə ciddi dağıntılar baş verib, təxminən 120 ev döyüşlər nəticəsində ziyan görüb. Müharibə zamanı Azərbaycan ordusu qəsəbənin bir kilometrliyinə qədər irəliləyib. Müharibənin nəticələrinə əsasən Qırmızı Bazar qəsəbəsi Rusiya sülhməramlılarının nəzarətinə verilib. Müharibədən sonra 2021-ci ildə qəsəbədə təxminən 800 nəfər əhali yaşayırdı.

 P.S. Əslində seviniləsi haldır ki, Qırmızı Bazar  işğaldan azad olunub Amma hələ ki, oradan şəkil çəkib paylaşmaq mümkün deyil. Çünki Rusiya sülhməramlıların qoruması altında yaşayan ermənilər   indiyənə qədər nə Azərbaycan vətəndaşlığını qəbul edib, nə də o ərazini tərk edib. Daha kəskin desəm, hələki Qırmızı Bazarın işğaldan azad olduğu fərq edilmir. Heç ora Azərbaycan Ordusunun heyətinin də girməsi qadağandır.Qırmızı Bazar isə bizimdir! nə ruslarındır, nə də ermənilərin...

 Əntiqə Rəşid