Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq etdi
Bankın keçirdiyi lotereyanın reklamının məzmununda qanunvericiliyin tələbinin pozulması ilə bağlı televiziya kanallarına xəbərdarlıq edilib.
Bu barədə Adalet.az-a Audiovizual Şuradan məlumat verilib.
Bu gün keçirilən iclasda oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub.
Audiovizual Şura ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə həyata keçirdiyi monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən keçirilən lotereya ilə bağlı natamam informasiyanın verilməsi ilə "Reklam haqqında" qanunun 15.2-ci maddəsinin tələblərinin (əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir) pozulması qeydə alınıb.
Bir çox televiziya kanallarının efirində nümayiş olunan həmin reklam materialının yayımı noyabr ayında da davam edib. Qeyd olunanları nəzərə alaraq, aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası yayımçılara belə pozuntunun təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Digər Xəbərlər
25 Sentyabr 2026 11:43
Atmosferin çirkləndirilməsi böyük təhlükədədir...
25 Sentyabr 2026 11:31
Hərbçilərin pensiya yaşı DƏYİŞDİ
25 Sentyabr 2026 11:30
Hərbçilərin maaşı ARTACAQ
24 Sentyabr 2026 19:30
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - VİDEO
24 Sentyabr 2026 17:35
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
24 Sentyabr 2026 16:56
FHN-dən əhaliyə MÜRACİƏT
24 Sentyabr 2026 16:44
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR
24 Sentyabr 2026 16:31


Bakı -°C

