adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Avqust 2018 13:40
8608
MƏMLƏKƏT

ATMOSFERİ ÇİRKLƏNDİRƏNLƏR MƏSULİYYƏTDƏN KƏNARDA QALMIRLAR

Bu dünya, bu Yer kürəsiAllah-Təala tərəfindən insanlara bəxş edilib. Ulu Yaradan yeri üzünü bərqərar etdi və biz insanları da tulladı onun üstünə.Hər şey verdi insanlara: gözəl meşələr, çaylar, dənizlər, okeanlar, dağlar, ormanlarvə təmiz hava. Bəs biz insanlar neylədik? Biz insanlarsa Allahın bizə bəxş etdiyibu gözəllikləri zaman-zaman yandırmağa, məhv etməyə və ən nəhayət, təmiz havanıyaman günə qoyduq. Göydə o qədər müxtəlif silahların sınağı keçirildi ki, o silahlarqar, yağış halında insanların özünə qayıtdı və onları pis günə qoydu. Heç bundanda dərs çıxarmadıq ha! Bir az da qəddarlaşdıq, bir az da amansızlaşdıq. Zavodlardan,fabiriklərdən, müxtəlif markalı avtomobillərdən atmosferə o qədər zəhərli qazlaratdıq ki, bu atmosferin gücü çatmadı ki, o zəhərli qazları öz dünyasında saxlasın.Və yenə zəhərli qazlar yağış kimi, qar kimi, dolu kimi bizim təpəmizə yağmağa başladı...

Dünyanın hər yerində təbiətinvə atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün çox böyük qlobal proqramlarhəyata keçirilir. Bu proqramlar Azərbaycanda da zaman-zaman gerçəkləşdirilir. Yəniölkəmizdəki meşələri, təbii sərvətləri, təmizhavanı, çayları, gölləri və dənizi qorumaq üçün möhtəşəm proqramlar hazırlanıb vəo da fasiləsiz olaraq icra edilir. Belə proqramlardan biri də Ekologiya və TəbiiSərvətlər Nazirliyi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin birgə keçirdiyitədbirdi. Bu tədbir mütəmadi olaraq hər il avqustun 1-dən 31-dək respublika ərazisində«Təmiz hava» aylığı adı altında həyata keçirlir. Təbii ki, bu cür tədbirlərin gerçəkləşdirilməsiilk növbədə təbiətə qənim kəsilənlərin – meşələri qıranların, çayların, göllərin,hövzələri çirkləndirənlərin, daş, çınqıl yataqlarını bərbad günə salanların və eləcədə təmiz havamızı yaman günə qoyanların qarşısını bu və ya digər dərəcədə xeylialmış olur.

Bu gün artıq avqust ayının21-dir. Bu müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlikşöbəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iləbirlikdə «Təmiz hava» aylığı ilə birlikdə xeyli işlər görüblər. Başqa sözlə demişolsaq, Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları respublika ərazisində «Təmizhava» aylığı ilə əlaqədar olaraq bir koordinatorluq təşkil edir. Yəni bu şöbə tədbirinkeçiriliməsini diqqət mərkəzində saxlayır, reydləri təşkil edir, texniki cəhətdənnasaz olan avtomobillərin aşkar edilməsinibilavasitə üzə çıxarır.

Aydındır ki, Baş DövlətYol Polisi İdarəsinin bütün şöbələri və əməkdaşları respublika ərazisində keçirilən«Təmiz hava» aylığına cəlb ediliblər. Çünki reydlər nə qədər mütəmadi davam edirsə,nə qədər ardıcıl keçirilirsə, bir o qədər də texniki cəhətdən nasaz olan avtomobilləraşkar edilir. Bu avtomobillərdən atmosferə normadan artıq zəhərli qazlar atılır.

Bir faktı da qeyd edək ki,Ekoloji Bölüyün əməkdaşları tərəfindən bu günə kimi atmosferə normadan artıq zəhərliqaz atan 1260 nəqliyyat vasitəsinin sürücüsü aşkar edilib. Onların hər biri barəsində50 manat məbləğində cərimə tətbiq edilib. Əlbəttə, cərimələr heç də bu məsələnintamamilə həll edilməsini təmin edə bilməz. Öncə hər bir sürücü öz üzərinə düşənvəzifəni anlamalı, avtomobili texniki cəhətdən saz saxlamalıdır. Yəni ijektor və korbirator sistemi ilə işləyən nəqliyyatvasitələrinin texniki hissələri saz saxlanılmalıdır.Əgər həmin avtomobillər saz saxlanılarsa, onlardan heç vaxt atmosferə normadan artıqzəhərli qazlar atılmaz.


Baş Dövlət Yol Polisi İdarəsininAvtotexniki Müfəttişlik şöbəsinin əməkdaşlarıbir neçə gün bundan əvvəl Qax, Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz rayonlarında«Təmiz hava» aylığı ilə bağlı reydlər keçiriblər. Reydlər zamanı çoxlu sayda sürücüatmosferə normadan artıq zəhərli qaz atdığına görə, məsuliyyətə cəlb edilib. Bununlayanaşı, yüzlərlə sürücü ilə Avtotexniki Müfəttişlikşöbəsinin əməkdaşları maarifləndirici söhbətlər aparıblar. Və həmin söhtələr dəzaman-zaman öz təsirini göstərməyə başlayıb. Düzdür, qanunu pozan və atmosferə normadanartıq zəhərli qaz atan sürücülər cərimə edilib. Ancaq ən mütərəqqi metodlardan birisürücülərin maarifləndirilməsi, onlar arasında təbliğat və izahat işlərinin aparılmasıdır.Hər bir sürücü ilə söhbət edilərkən onların nəzərinə çatdırılır ki, avtomobilləritexniki cəhətdən nasaz formada idarə etməsinlər. H ər hansı qüsur vaxtında aradan qaldırılsın ki, sükan arxasındaəyləşmiş sürücü üçün problem yaranmasın.

Avtotexniki Müfəttişlikşöbəsinin əməkdaşları dünən və bu gün Sumqayıtşəhərində də reyddə iştirak ediblər. Bu reyd zamanı da onlarla müxtəlif markalınəqliyyat vasitələrindən atmosferə zəhərli qazların atılması faktı aşkarlanıb. Faktınaşkarlanması isə onu deməyə əsas verir ki,hələ də bir çox sürücülər məsuliyyətsizlik göstərir, yol polisinin xəbərdarlıqlarınavə maarifləndirmə tədbirlərinə əhəmiyyət vermirlər. Ona görə də bu sürücülər 50manat məbləğində cərimə ediliblər.

Bir neçə gündən sonra yenidənAvtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları Quba, Xaçmaz, Şabran, Qusar rayonlarındaolacaq, «Təmiz hava» aylığı ilə bağlı reydləri davam etdirəcəkdir. Avtotexniki Müfəttişlikşöbəsinin rəisi, polis polkovniki İlham Rəcəbov bizimlə söhbətində bildirdi ki,şimal bölgəsindəki reydlərimiz də birmənalı olaraq atmosferin çirkləndirilməsininqarşısının alınmasına yönəldiləcəkdir. Biz ötən həftələr 7-8 rayonda tədbirdə iştiraketmişik. Bu tədbirlər göstərir ki, atmosferə normadan artıq zəhərli qaz atan nəqliyyatvasitələri hələ də çoxdur. Bax, bu bizi vərəhbərliyi narahat etməyə bilmir. Çünki əsas ali məqsədimiz ondan ibarətdir ki, atmosferə atılanzəhərli qazların azaldılmasına nail olaq. Bunun üçün biz əlimizdən gələni edir,rayonlarda keçirilən reyd və yoxlamalarda hər bir sürücüylə səmimi söhbətlər aparırıq.Və onu da deyim ki, bu söhbətlərdən nəticə çıxaran sürücülər də az deyildi. Bizibir məsələ düşündürür ki, sürücülərin maarifləndirilməsimütəmadi olaraq davam etdirilməlidir. Belə ki, inzibati cəzalar tam mənada mövcudnöqsanı aradan qaldırmır. Ona görə də reydlərdə sürücülərin maarfiləndirilməsinidiqqət mərkəzində saxlayırıq və bu da öz müsbət nəticəsini artıq göstərməkdədir.

Göründüyü kimi, meşənin,çayın, dənizin və eyni zamanda atmofserin qorunması hər bir vətəndaşın həyat deviziolmalıdır. Yəni bu işdə tək ekoloqlar və yol polisləri deyil, bütün ictimaiyyətvə cəmiyyət fəal mövqe tutmalıdır. Ən azından meşəni yandırana, suya, çaya tullantıatana, atmosferi çirkləndirənə biz hamımız «yox» deməliyik. Bax, bunu deyə bilirikmi?Bu sualın cavabını hörmətli oxucu, sizdən istəyirik.