20 Oktyabr 2025 17:56
96
İDMAN

"Atletik"dən "Yaşa Azərbaycan" paylaşımı - VİDEO

"Atletik" Çempionlar Liqasının 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəyi ev matçı (22 oktyabr) öncəsi maraqlı addım atıb

Adalet.az xəbər verir ki, Bilbao təmsilçisi "Tik-Tok” hesabında  yeni video paylaşıb. 

Maraqlıdır ki, "Atletiko" bu video üçün musiqi olaraq "Yaşa Azərbaycan" mahnısını seçib. Videoda azarkeşlər İnaki Uliyamsdan avtoqraf alırlar. Azarkeşlərin arasında “Qarabağ” fanatı da yer alıb.

İspaniya klubu paylaşımında "Qarabağ"ı da işarələyib və Ağdam təmsilçisinə salam göndərib.