ATƏT sədri: “Məsuliyyət daşıyırq“
"Dağlıq Qarabağ münaqişəsinin eskalasiya potensialı var".
Adalet.az-ın RIA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu sözləriATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri FrankValter Ştaynmayer Cənubi Qafqaz regionuna səfərə yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib.
O, gərginliyin azaldılması üçün ATƏT sədrliyinin məsuliyyət daşıdığını bildirib: "Almaniyanın ATƏT-ə sədrliyi dövründə biz atəşkəs rejiminin möhkəmləndirilməsi, etimadın yaradılması və tez bir zamanda danışıqların başlanması yolu ilə belə təhlükələrin azaldılması üçün məsuliyyət daşıyırıq”.
Qeyd edək ki, ATƏT sədrinin bu gün regiona səfəri başlayır. Bu gün o, Ermənistanda rəsmi görüşlər keçirəcək, ATƏT sədri Azərbaycana sabah gələcək. Onun hər iki ölkədə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olacaq.
Ştaynmayer iyulun 1-də Gürcüstana gedəcək və ATƏT PA-nın illik sessiyasına qatılacaq.
Digər Xəbərlər
04 May 2024 14:08
İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20