adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Sentyabr 2017 13:28
19691
SİYASƏT

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana gəlir.

Adalet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Kristian Vigenin bölgəyə səfəri sentyabrın 24-də Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək. Səfər sentyabrın 30-da başa çatacaq.

K.Vigen Azərbaycan, Gürcüstan və Ermənistanda hökumət rəsmiləri, parlamentarilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə regionda uzun müddət davam edən münaqişələrin sıravi insanların həyatına təsiri ilə bağlı müzakirələr aparacaq.