adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Fevral 2018 10:49
77305
MÜSAHİBƏ

Atamı öldürən adamı da sevərəm... – MÜSAHİBƏ

FəridəUğur müasirədəbiyyatımızın maraqlı imzalarından biridir. Onun bir şeir, birroman kitabı var. Tez-tez görünməkdən uzaqdır, ara-sıra yazıları gözə dəyir. Ədəbiyyatagəldiyi ilk günlərdə ürkək addımlar atırdı. Sonra imzası parladı. Fəridə Məmmədovaədəbi mühitdə maraqla qarşılandı. Ardınca Fəridənin yoxa çıxdığını gördük.Heçyerdə gözə dəymirdi. Qəfil özüilə Uğur imzasını da gətirdi. Açığı, Fəridəninmüsahibəyə razılıq verməyəcəyini düşünmüşdük. Ancaq o, bizi yanıltdı.

Onunlabir müddət yoxa çıxmağından,nələr etdiyindən, uşaqlığından, poeziyadan və başqamövzulardan söhbət açdıq.

Adalet.azşairə Fəridə Uğurla müsahibəni təqdim edir.

-Fəridə, əvvəlcə imzandan başlayaq, əvvəllər soyadınla çıxış edirdin. Uğur təxəllüsünügötürmənə səbəb nə oldu?

- Bu sualı çox adam mənə deyirdi, SalamSarvan, başqa dostlar da deyirdilər ki, bu soyad uğurlu deyil, ən yaxşısı təxəllüsgötürməkdi. Mənə gülməli gəlirdi təxəllüs götürmək. Amma son vaxtlarda sosial şəbəkələrdəxeyli Fəridə Məmmədova profili gördüm, hərdən elə olurdu statuslarda, şərhlərdəskrin edib mənə atırdılar ki, bu sənsən? Bu məni narahat edirdi. Bir də uğursözü mənim üçün dəyərli olan bir uşağın adıdı. Təxəllüs götürməliydimsə, buUğur olmalı idi.

-Kimdi bəs o uşaq?

-Kim olduğunu demək istəmirəm. Bu mənim üçün özəldi.

-Bəs bir müddət yoxa çıxmağın nə idi? FəridəMəmmədova imzası hara getmişdi? Bunu diqqət çəkmək üçün eləmişdin?

-Yox, bunu əsaslı eləmədim. Sadəcə elə alındı. Bir müddət sosial şəbəkələrdənuzaq qalmalıyam deyə düşündüm. Doğru-dürüst vaxtım olmurdu, olan-qalan vaxtımıda sosial şəbəkələr alırdı. Gündəlik işlərlə, məişət, yazı-pozu, araşdırmalıolduğum, baxmalı olduğum filmlər vardı, mövzular, tərcümə eləmək istədiyimhekayələr vardı.

-Sırf yaradıcılıqla bağlı?

-Özümə bir az pauza vermək istədim. 

-Uşaqlığın, dostların, kəndin,yaddaşında necə qalıb, oraları necə xatırlayırsan?

-Düzünü deyim ki, bu haqda tez-tez düşünürəm. Uşaqlıq illərim, dostlarım, kəndimizaxır vaxtlar tez-tez yadıma düşür. Darıxmaq deyil bu. Doğmalıq hissini itirmişkimiyəm.

-Harda keçib uşaqlığın?

-Qazağın Kosalar kəndində. Yəqin ki, çox insanın yaşamaq istəyəcəyi biruşaqlıq həyatı yaşamışam. Kənddə artizan bulaqlarından su gətirmək, meşəyə göbələkyığmağa getmək, odun şələləri düzəltmək, qazın, işığın olmadığı yerdə bir şamlabir ay idarə eləmək - bu cür mühitdə maraqlı bir uşaqlığım keçib. Bənövşəqoxuları hələ də burnumdadı. Zəmilərdən yığdığımız lalələr, sünbüllərinayaqlarımızı dalaması... Arxdan qaçıb keçəndə ayağa bir qızışma gəlir o dalananyerlərdən. (gülür) Ayaqlarımızı elə görəndə anamızın bizi süpürgə ilə döyməsi.Atamın küncə qoymaqları. Düşünürəm, sanki başqa bir uşaqlıq yaşayan, oadamlarla dostluq edən Fəridə indi tamam dəyişib.

-Qazaxlısan. "Qazaxşina” deyilən biranlayış var. Sən buna necə baxırsan? "Qazaxşina” deyilsən ki?

- Elə bir-iki saat bundan əvvəl Barat Vüsalla telefonda danışıb gəlmişəm. Mənzəng vurmuşdum. Barat müəllim mənim müəllimim olub. Məncə, çox dəyərli adamdı,bunu müsahibə üçün demirəm, elə belə deyirəm. "Qazaxşina” dedin elə onunladanışdığım yadıma düşdü. "Qazaxşina” söhbəti nədi mənə çatmır, məncə "qazaxşina”deyiləndə yerlibazlığı nəzərdə tutursansa məncə o hər yerdə var. İndi neyləyəkki, Qazaxda yazıçılar, şairlər çoxdu. (gülür) Yəqin ona görə bu ədəbiyyatdaqabarıq görünür. 

- Onda sən də "qazaxşinasan?”

-Yerlibaz deyiləm, ədəbiyyatın yeri, məkanı, vətəni yoxdu. Mən insanlarısevirəm. Mənim üçün məkan anlayışı yoxdu. O insan Qazaxdan da ola bilər, nə bilimdünyanın o biri ucundan da ola bilər. Adını bilmədiyim bir ölkədən də ola bilər.Atamı öldürmüş bir adam da ola bilər. Mən onun yazdığı şeiri oxuyub bəyənə bilərəm.Yəni o cür sərhədlər yoxdu mənim üçün... Söhbət ədəbiyyatdan gedirsə. 

- Qazaxlılar aşıq şeirinə, saza vurğundur. Səndə necədir vəziyyət?

-Aşıq musiqisini sevməyən yeganə qazaxlı bəlkə də mənəm. Heç vaxt sazamarağım olmayıb. Mənim böyük əmim çox mahir saz çalandı. O vaxtın aşıqlarındanolub. Çox yaxşı şeirlər də yazıb. Bizdə aşıq məclisləri həmişə olub.Uşaqlığımızdan saz səsi ilə böyümüşük. Amma niyəsə dünyada iki səs var ki,onlar mənə çatmır. Onlardan zəhləmmi gedir, yoxsa sevirəmmi, bilmirəm. Bir su səsidi,bir də saz səsi. İzah olunmaz səsdir mənim üçün. Yadıma gəlir, türklərinbağlama, ney səsini ilk dəfə eşidəndə necə heyrətlənmişdim. Amma bizim saz səsiməni heç vaxt heyrətləndirməyib. 


- Aşıq şeirinə bu gün birmənalı münasibətyoxdur. Deyirlər köhnəliyin əlamətidir. Ondan uzaqlaşmaq lazımıdır. Amma səninşeirlərin moderndir. Sən necə fikirləşirsən, aşıq şeiri bizə lazımdırmı?

- Məncə, lazım deyil. XXI əsrinortasında Aşıq Əlsəgərin hansısa qoşmasından zövq ala bilmək mənə çatmır.Bundan adamların necə zövq aldıqlarını anlaya bilmirəm. Aşıq Ələsgərdən necəzövq ala bilərsən? Köhnəlmiş şeylərdir.

-Fəridə, mən şeir yazanda mütləq klassik musiqi dinləyirəm. Sən də şeir yazandamusiqi dinləyirsənmi?

- Əksinə musiqi mənə mane olur. Şeir yazmaqhavasına düşəndə bütün səslər mənə əngəldir.

-Şeir yazanda bütün səsləri susdurmaq istəyirsən?

- Bütün şeirlərimin altında yazıldığıgün və tarix ili vardı. Şeirlər kitabını yığanda buna fikir verdim. Onu məqsədlişəkildə eləməmişdim. Sadəcə şeirləri yazdıqca altında tarixini də qeyd eləmişdim.Gördüm ki, şeirlər gecə saat 4-lə 6 arasında yazılıb. Birmənalı olaraq hamısı.Məktəb vaxtından, hazırlıqlara getdiyimiz dönəmdən qalan bir şeydi. Bu vərdişəçevrildi, hələ də elə davam edir. 

- Fəridə, Tibb Universitetini bitirmisən,ancaq həkimliyin arxasınca getmədin. Ondan sonra şeir yazmağa başladın?

- Mən Tibb Universitetinə sevə-sevə, özü də çox yüksək balla 600 balla qəbulolunmuşdum. Bir kənd məktəbindən gəlib Tibb Universitetinə qəbul olunmaq, indibəlkə də adi haldır. Amma bizim dövrümüzdə, 2006-2007-ci illərdə möcüzəyə yaxınbir şey idi. Hamı buna qeyri-adi baxırdı. Hətta özüm üçün də Tibb Univeristetinədaxil olmaq yuxu kimi gəlirdi. Ancaq bunu bacardım. Sevinirdim. Həkim olmaq istəyirdim.Birinci kursun ortalarında başa düşdüm ki, mən həkim olmayacam. Bunu evdə dədedim. Evdə mənə məsləhət gördülər ki, istəsən başqa universitetə hazırlaşa dabilərsən. Mən razılaşmadım. Orta məktəb vaxtından çox əziyyət çəkmişdim. Dedim,əziyyətimi yerə vurmaq istəmirəm.

-Şeir dəyişdi fikirlərini?

- Yox, şeir dəyişmədi. Sadəcə omühiti gördüm. Tibbin, həkimliyin nə demək olduğunu başa düşdüm. Başa düşdümki, mən bu sahənin adamı deyiləm. Bu məsuliyyətə hazır deyiləm.

-İxtisasın nə idi?

- Uşaq həkimi. Bütün həyatımı həkimkimi yaşamaq istəmirdim. Məsuliyyətsiz adamam.

-Bəlkə həssaslıqdan irəli gəlir?

- Əgər yaxşı həkim olmaq istəyirsənsə,məncə, çox həssas insan olmalısan. Ən yaxşı həkim ən həssas insanlardanbiridir. Sadəcə sırf məsuliyyət məsələsidi. O yükün, ağırlığın altına girməkistəmədim.

-Və bundan sonra ailədə mübahisələr başladı...

- Mən bir il universitetə getmədim.Bunu evdəkilər biləndə sözün əsl mənasında qiyamət qopdu. Sonradan qayıtdımuniversitetə bərpa olundum. Oxudum, universieti bitirdim.

-Bir şeir kitabın çap olunub. Romanın da var. Ancaq roman haqda tənqidçilərdən,yazarlardan reaksiya gəlmədi.

- Roman haqda heç yazıçıdostlarımızdan da bir reaksiya gəlmədi. Hamı susdu, hələ də susurlar. Çoxincimişəm.


-Kimlərdən incimisiz?

- Bütün yazar dostlarımızdan.Bir-iki nəfəri çıxmaq şərtiylə. Onlar da oxucu kimi fikirini bildirdilər.

-Şeir kitabına təqdimat keçirmədin deyəsən...

- Şeirlər kitabı YaradıcılıqFondunun dəstəyilə çap olunmuşdu. Kitabın çapında heç bir maddi-mənəvi əziyyətimolmadı. Onlar mənə 300 pulsuz kitab hədiyyə elədilər. Kitabları satışa vermədim.Bir neçə kitab dükanına və kitab kafelərinə payladıq. Elan verdik. Oxucular özlərigəlib götürdülər. Pulsuz paylandı kitab. Yaradıcılıq Fondunun özündə təqdimatolmuşdu. O imzalardan biri də mən idim. Amma həmin təqdimat mərasimində özümiştirak edə bilməmişdim. Bəzi səbəblər vardı. Amma özüm ayrıca təqdimat eləməyiistəyirdim. O da sonra alınmadı. 

- Çap olunmağa, şöhrətə, özünü piar eləməyəelə də meylli deyilsən?

- Mən, ümumiyyətlə, həvəssiz adamam. Bir şeyə bir damcı həvəsim yaranır,tez də ölür. Əgər həmin vaxt ağlıma nəsə gəldisə eləyirəm. "Yox, əşşi qalsın”dedimsə ömürlük qalır. Bir də nə qədər hiss olunmasa da bir az utancaqlıq var məndə.(gülür) Məsələn, yazılarımı paylaşa bilmirəm. Elə bilirəm ki, adamların gözünüdəng edirəm. Düzdü çox adam deyir əksinə onu eləmək lazımdı. Amma bir az eləşeydən çəkinirəm. Adamları yormaqdan qorxuram. 

- Bu insanlarla münasibətində də elədi?

- Yox, insanlarla münasibətimdə elədeyil. Dostlarım, mənə yaxın olan insanlar var. 

-Ədəbi mühitdən uzaqsan. Ədəbiyyatadamları varmı ətrafında? Yoxsa daha çox sadə adamlarla bir yerdəsən? 

- Ədəbi mühitdən də var, real həyatın içindən də. Feysbukdan tanıyıb,dostlaşdığım, doğma olan adamlarda var. Yəni mən adamlardan qaçmıram. Ola bilərki, kənardan baxanda elə görünür. Mənə lazım olan adamlar həmişə yanımdadırlar. 

- Ədəbi mühitdən kimlərlə dostluq edirsən?

- Qadın imzalardan şairə Mənsumə Əhədova. Onunla çox yaxşı münasibətimizvar. Esmira Məhiqızı ilə də. Aramızdakı yaş fərqinə baxmayaraq o yaş fərqini mənheç vaxt hiss eləməmişəm. Rəbiqə Nazimqızı ilə yaxşı münasibətimiz var. Ümumiyyətlə,adamlarla problemi olan adam deyiləm. Kimdənsə ya xoşlana bilərəm, ya da xoşumgəlməyə bilər. Özümə problem yaratmağı sevmirəm. 

- Azərbaycan ədəbiyyatında qadın imzalarniyə azdı bəs?

- Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, imza azdı. Qadın, ya kişi fərq eləmir.Ola bilər ki, kişilər daha çox populyardı. Daha çox üzdə görünürlər. Amma söhbətsırf yaxşı nəsrdən və poeziyadan gedirsə məncə, orda cins ayrımı yoxdu. 

-nə vaxtdı əllərimi
cibimdə isidirəm...

Şeirlərindəyalnızlıq, ayrılıq görünür...

- Yox, əksinə. O şeirlərin hamısı2012-2015-ci illər ərzində yazılıb. 2015-dən bu yana şeir yazmamışam.


-Belə çıxır 3 ildi şeir yazmırsan...

- Daha şeir yazmıram. Kitabımda 28şeir var. Bütün şeirlərim onlardır. Başqa şeirim yoxdur.

-Yazdığın şeirlərin heç birindən imtina etmirsən?

- Heç vaxt da imtina etməyəcəm.

-Səncə, şair üçün əsas olan isteddadırmı, yoxsa intellektmi?

- Məncə, şair üçün əsas olan düşünəbilməkdir. İstedad deyilən məfhum tam olaraq mənə çatmır. Bir insan düşünəbilirsə, intellektual da olacaq, dünyagörüşlü də, şeir də yaza biləcək, həttayazdığını silib ata da biləcək, şeir yazmaya biləcək də, şeir yazmamalıolduğunu da biləcək, daha yaxşısını yaza biləcək. Ümumiyyətlə, düşünə bilirsə hərşey həll olunur. Əsas düşünə bilməkdir.

-Hansı şairlərin şeirlərini oxuyanda heç olubmu bu şeiri kaş mən yazaydım demisən?

- O qədər olub ki... 1000 imzasayaram. (gülür) Bizim ədəbiyyatdan danışmıram. Dünya ədəbiyyatını nəzərdətuturam. Edib Canseverin şeirlərində, türk şairlərin çoxunda elə şeirlərlərastlaşıram ki, sözün yaxşı mənasında paxıllıq edirəm. Həsəd aparıram ki, insannecə, bu cür misranı düşünə bilər. Ezra Poundun şeirlərində olur, UliyamBatersin şeirlərində də... Çox şair var...

-Bəs bizim poeziyadan həsəd apardığın imza yoxdu?

- Bilmirəm, amma Qismətin şeirlərininbirində bir misra vardı: "Bakı yalnızlığın paytaxt şəhəri”. O misranı Qismətəpaxıllıq eləmişəm. Mənə elə gəlir ki,haçansa bu misra ağlıma gəlib. (gülür) Niyəsə o misradan çox xoşum gəlir.

-Fəridə, "Xalqın Şairi” layihəsinə niyə qatılmadın?

- Bir neçə şairin videorolikini izləmişəm.Baxmışam, məlumatım var. Düzünü desəm, müsabiqələrə qatılmaq lazımdımı, yoxsayox, bu haqda konkret fikirim yoxdu. İndiyə qədər heç bir müsabiqəyə qatılmamışam.Ahmet Hamdi Tanpınar müsabiqəsi var, ora məktub yazmışam, ancaq qatılmaq barəsindəqərara gəlməmişəm. "Xalqın Şairi” müsabiqəsi mənə maraqlı gəlməyib. XalqınŞairi ifadə olaraq mənə gülməli gəlir. Sovet təfəkkürünü xatırladır, bu təfəkkürdənzəhləm gedir. Bilmirəm, bəlkə də elə deyil.

-Kəramət Böyükçöl, Ayxan Ayvaz, Şəhriyar Del Gerani Səməd Vurğunu, BəxtiyarVahabzadəni, Mirzə Ələkbər Sabiri tənqid edirlər. Sən bu tənqidlərlərlə razısan?Klassikləri tənqid etmək olar?

- Təkcə klassikləri yox, hamını tənqidetmək olar. Heç kəsi, heç nəyi bütləşdirmək lazım deyil. Sadəcə tənqidin yoluvar. Tənqid aqresiyya, kin, qusma xarakteri daşımamalıdır. Sevgiylə də tənqidetmək olar. Bunu elə edə bilərsən ki, insanlarda aqresiyya doğuramsın. Müsahibədənəvvəl dostlarımdan biriylə bu mövzuda danışırdıq. Tutaq ki, bir səhv eləmisən,qonşunun bağına daş atmısan, qonşu da gəlib valideyinlərinə şikayət edir,valideyn də qonuşunun yanında sənə şapalaq vurur, səni söyür, cəzalandırır, birgün də yemək vermir. Belə olanda atana, anana, qonşuya acıqlanırsan. Özünüalçalmış hiss edirsən. Amma bir də var ki atan səni yanına çağırıb başa sala,deyə, qonşunun bağına daş atmazlar. Sən utanarsan onda, neylədiyini başa düşürsən.Və sən özün gedib qonuşdan üzr istəyərsən. Və bir də o səhvi etməzsən.


-Fəridə, bir qədər qəribəsual kimi səslənə bilər. Amma mənə maraqlıdır. Fəridə üçün sevgi nədir? Biz bəzənsevgini çərviçəyə salıb o cürtəqdim edirik. Sevgi belə olmalıdır, eləolmalıdır... Nə düşünürsən bu haqda?

- Sevgi çox bütləşdirilib,ilahiləşdirib. Mən bir yazı da yazmışdım bu haqda. Bizə sevməyi, sevgini heçvaxt öyrətməyiblər. Biz sevgini şeirlərdə, kitablarda, filmlərdə, qonşuda,orda-burda görmüşük. Bu anlayışı öz həyatımızdan çox, başqalarının həyatlarındagörmüşük və bizə elə gəlib ki, sevgi budur. Və bizim tanıdığımız, bildiyimizsevgi bu olub. Amma məncə, elə deyil, nə qədər insan varsa o qədər də sevginövü var. Heç kimin sevgisi bir-birinə bənzəmir. Hərə bir cür sevir. Evdə birsüfrə arxasındaoturduğun, kəlmə kəsə bilmədiyin adama səni sevirəm deməkabsurddur. Sevgi məncə məişət hadisəsidir. Əvvəlcə məişətdə hər şey üst-üstədüşməlidir. O zaman duyğularından əmin olursan. Bu sevgidir, ya yox.

- Arzuların var? Nəistəyirsən həyatdan? İstər yaradıcılıq olsun, istər şəxsi həyat...

- Təbii ki, hamının istədiyi şeylər var. Amma mənimən çox istədyim şey öz həyətimdə mandarin yetişdirmək və küçəyə çıxıb uşaqlarasəbət-səbət mandarin paylamaq. Ən çox arzuldığım şey budur. Bir də ən çox istədimşey heç kəsin məni tanımadığı bir yerdə yaşamaqdır. Bu hissi bir dəfəyaşamışam. Amma fikirləşdiyim qədər də gözəl duyğu deyil. Sıradan bir hissdir.Bunu yaşayarkən gözlədiyim qədər zövq almamışam.

Söhbətləşdi: Oğuz Ayvaz