adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2017 13:28
1846
GÜNDƏM
A- A+

"Atama olan sevgini görürəm" - Natiq Əliyevin oğlu

"Natiq Əliyev hər kəsin yaddaşında xalqına şərəflə xidmət etmiş şəxs kimi qalacaq".

Bunu Milli Məclisin vitse-spiker Valeh Ələsgərov deyib. O, bildirib ki, Natiq Əliyev beynəlxalq qurumlarda vətənini layiqincə təmsil edib.

"Şərəfli ömür sürmüş Natiq Əliyevin xatirəsi daim qəlbimizdə yaşayacaq".

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə bildirib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə birgə çalışıb. O, mərhumla bağlı xatirələrini bölüşərək onun neft-qaz sektorundakı xidmətlərini qeyd edib.

"Azərenerji" ASC-nin Etibar Pirverdiyev isə söyləyib ki, Natiq Əliyevin xatirəsi daim qəlbimizdə yaşayacaq.

Natiq Əliyevin oğlu Fərhad Əliyev vida mərasiminə qatılan hər kəsə təşəkkür edib: "Natiq Əliyev çox gözəl ata olub. Atama olan sevgini görürəm. Kədərli günümüzdə bizimlə olan hər kəsə təşəkkür edirəm".(azvision)