adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2020 09:00
79657
ƏDƏBİYYAT

“Atam şərin səsini eşitmədi. Şeytanı dünyaya göndərdi”

Aprel ayı dünyatarixinə öz qərarlarıyla iz qoymuş AdolfHitler ilə çox xatırlanır. O, 20 aprel tarixində anadan olub, 30 apreldəsəintihar edib.

Haqqında çoxyazılsa da maraq çəkən tərəflərdən biri də onun qədim sivilizasiyalar, inanclarvə təlimlərlə xüsusi maraqlanması idi. Bəlkə gücünü onlardan alırdı?!

Hitler qədim sivilizasiyadan güc aldı?

Yaxınlarınındediyinə görə, Hitler gecələr çığıraraq oyanır, titrəyərək anlaşılmaz sözlərdeyir, yatağında o yan-bu yana fırlanır, otağın ortasında durur, gözləri yumuluşəkildə "budur o, buraya da gəlib, budur o!” deyə inləyir və qəribə sözlərdeyirdi.

"Hitler mənə dediki” adlı kitabında Herman Rasçinq Hitlerlə bağlı ağlasığmaz iddialar irəli sürürdü.Dünyanı titrədən nasist liderini qorxudan nə ola bilərdi?

On iki ilHitlerin mətbuat nümayəndəsi olan Ditrext ona "çılğın millətçi düşüncələri olanşeytani bir adam” deyirdi.

Bu qəribə adamınnəhəng bir dövləti yox olmağın sərhədindən gətirməsinin səbəbləri hələ də birsir olaraq qalmaqda davam edir.

I dünya müharibəsininhərbi və siyasi nəticələri, kommunizmin ac, işsiz və məğlub Almaniyada səhv təşkilatlanmasıucbatından ölkədə vəziyyət gərginləşmişdi. Daxili toqquşmalar güclənmişdi. Üstəlik,hələ SSRİ kommunizmin nəinki varlığını və məqsədini sübut etmiş, heç öz mahiyyətinisovet xalqına başa sala bilməmişdi.

Məğlub bir məmləkətinqırılan qüruru, aclıqdan pərişan olan xalqın şüursuzcasına ümid axtarışı, birirqin hədəf göstərilməsi və başqa səbəblər Hitlerin kütlələr üzərində təsirinivə sehrini göstərməyə bəs etmirdi.

Hitlerin busirli nəzəriyyəsiylə əlaqədar ən önəmli qaynaqlardan biri Herman Rasçinqdir."Hitler mənə dedi ki” kitabında şahidi olduğu bir çox hadisələrə yer verirdi:

" Hitler vaxtının az olduğundan narahat idi.Tez-tez söylədiyi kəlmələr arasında `dünyanın dəqiq zaman`ı sözləri var idi.Amma bunu anlamağa səviyyəmiz çatmırdı. Dünyada baş verəcək qiyaməti dərk edəbilmirdik. Kütlə üçün "ruhun yanlış yolu” deyimindən istifadə edirdi. `Sehrlidüşüncəyə` sahib olmaq insan təkamülünün məqsədi idi. O, həmin andakı və gələcəkdəki uğurlarınqaynağı olan sehrli elmin sərhədindəydi. Qədim dünyaya aid əfsanələri araşdırır,ibtidai toplumlara və kütlələrə təsir edən mifləri öyrənirdi. Təbiətqanunlarının dəyişdirilməsi üçün istifadə olunan sehrli antik qaydalar haqqındabir kitab da yazdı. Öz gücünün gizli güclərdən qaynaqlandığına əmin idi. Bəşəriyyətəyeni İncili tez çatdırmaq həvəsində idi...”

Rasçinqin bu sözləri doğrudursa , Hitlerin cadugərliklə əlaqəsiaydın görünür. Necə ki, məşhur fransız elm adamı Jacques Berger "Sehr və siyasət”adlı araşdırmasında cadugərliyin XX əsrdə bir çox formalarda siyasəti gizli olaraqidarə etməsi fikrində idi.

Rasçinqkitabında Hitlerlə görüşən bir yaxınının dialoqunu verir:

"Fürerim, qara magiyanı qəbul etməyin. Qaramagiyanı yaxın buraxsanız o, həyatınızdan və taleyinizdən bir də heç vaxtçıxmayacaq. Palçığa bulaşmış məxluqların sizi yoldan çıxartmasına izn verməyin”.

Atatürkün Hitler xəbərdarlığı

TürkiyəCümhuriyyətinin qurucusu, bənzərsiz öncəgörmə qabiliyyətinə malik olan MustafaKamal Atatürk Hitlerlə bağlı heyrətamiz qənaətlərə gəlmişdi. Ali Bektanın"Atatürkün öncəgörmələri” adlı kitabında Atatürkün gələcəyə dair öncəgörmələriyer alır:

" O, neçə illər öncədən Avropada baş verəcək qanlıbir müharibədən bəhs edirdi. Hətta bu müharibəni kimlərin qazanacağını dadeyirdi... Atatürk bunları danışarkən 1932-ci il idi-yəni Almaniyada nasistlərhələ hakimiyyətə gəlməmişdi.”

Atatürk MakArtur ilə bir görüşündə deyirdi:

"Versal müqaviləsi I dünya müharibəsinin baş verməsinəsəbəb olmuş problemləri həll etmədiyi kimi, dünənin əsas rəqibləri arasındakıuçurumu da dərinləşdirmişdir. Qalib dövlətlər məğlublara sülh şərtlərini qəbuletdirərkən bu məmləkətlərin etnik, geosiyasi və iqtisadi xüsusiyyətlərini əslanəzərə almamışdılar və sadəcə intiqam hisləri ilə hərəkət etmişdilər. Beləliklə,bu gün yaşadığımız sülh dövrü sadəcə atəşkəsdən ibarətdir. Əgər siz,amerikalılar Avropa ilə maraqlanmaqdan əlçəkməyib Vilson planını tətbiq etməkdə israr etsəydiniz, bu atəşkəs dövrüuzanar və bir gün davamlı sülhə səbəb ola bilərdi. Məncə, dünən olduğu kimisabah da Avropanın gələcəyi Almaniyanın düşəcəyi vəziyyətdən asılı olacaqdır.Fövqəladə inkişafa malik olan 70 milyonluq çalışqan və intizamlı millət, üstəlik,milli ehtiraslarını oyadacaq bir siyasi axına təslim edildilər. Gec-tez bu daVersal müqaviləsinin ləğvinə gətirib çıxaracaq.”

Atatürk Almaniyanınİngiltərə və Rusiyadan başqa bütünAvropa qitəsini işğal edəcək bir ordu yarada biləcəyini, müharibənin 1940-46-cıillər arasında başlayıb bitəcəyini, Fransanın isə qüvvətli ordu yaratmaq üçünlazımi keyfiyyətləri itirdiyini söyləyirdi.

Həmin illərdədünyanın böyük dövlətləri kimi qəbul edilən ABŞ, İngiltərə və Fransa rəhbərləriI dünya müharibəsi kimi bir müharibənin heç vaxt olmayacağını iddia edirdilər.Atatürk isə yeni dünya müharibəsinin olacağını və bu müharibəni də Hitlerinbaşlayacağını israrla bəyan edirdi:

"Müharibəni o başladacaq, dünyaya bəla gətirəcək”.

Yeni dinin peyğəmbərliyini etdi

Bəzi düşüncələrəgörə, Hitler nasizm doktrinasından daha təhlükəli güclərin təsiri altında idi.Hitler özündən çox böyük və həddini aşan doktrinanın bəsitləşdirilmiş, kiçikbir qismini dostlarına açıqlayırdı:

"Haqqımda heç nə bilmirsiniz. Partiya dostlarım məniqarabaqara izləyən xəyallar, öldüyüm zaman təməlləri qoyulmuş olacaq qüdrətlisistem haqqında ən xırda təsəvvürə də sahib deyillər. Dünya dönüş nöqtəsinəçatıb. Sizlər anlamayacaqsınız, amma planet alt-üst olacaq. Baş verənlər yenibir dinin təşəkkül sərhədlərini çoxdan aşıb”.

Əfsanələrdən ilhamlanan liderin Tibet gizlinləri

Iddialara görə,Hitler German mifologiyasındakı Tule əfsanəsindən təsirlənmişdi. Tule əfsanəsidə eynilə Atlantida kimi itmiş bir ölkə əfsanəsi idi. Hitlerin arxasında durangizli, sehrli güc də məhz Tule təşkilatı idi. Bu təşkilatın ən önəmli adamıMünhen Universiteti professorlarından Karl Hassofer adlı alim idi. Hassoferin şəxsiyyətiən azı Hitler qədər maraq doğurur.

HassoferləHitleri tanış edən Rudolf Hes idi. Tuleqrupunun son üzvü Rudolf sülh danışıqları üçün İngiltərəyə göndərilmiş, gözlənilmədənhəbs olunmuşdu. Müharibədən sonra Hes ömrünün sonunadək müharibə günahkarlarının saxlanıldığı Spandau həbsxanasındasaxlanılmışdı. Məhkumların bəzisi edam olundu, bəzisi isə cəzalarını çəkibazadlığa çıxdı. Amma Hes illərlə xüsusi nəzarət altında həbsxanada saxlanıldı.Haqqında çoxlu kitablar yazıldı. Hes çox yaşlanmasına, digərləri kimi ağırmüharibə günahkarı olmamasına baxmayaraq, niyə ölənə kimi həbsdə saxlanıldı?

Hitler hakimiyyətəgəlməzdən öncə qiyamlara görə həbsə atılanda Hasofer onu hər gün ziyarətedirdi.

1869-cu ildədoğulan Hasofer Hindistan və uzaq şərqdə müxtəlif vəzifələrdə çalışmışdı.Yaponiyaya gedib yapon dilini öyrənmişdi. Onun fikrincə alman irqinin kökü Orta Asiyaya gedib çıxırdı. Hasofergizli buddist təşkilatlarından birinə qəbul olunmuş və vəzifəsini uğursuz icraedəcəyi təqdirdə xarikiri etməyə and içmişdi. 1914-cü ildə general rütbəsialmışdı. Düşmənin hücum edəcəyi saatı, top mərmilərinin düşəcəyi yerləri,fırtınaları, xarici ölkələrdəki siyasi dəyişiklikləri öncədən söyləyirdi.Hitlerin də Parisə ilk girəcəyi günü, müxtəlif cəbhələrdə düşmənin nə qədər tabgətirəcəyini və Ruzveltin ölüm tarixini öncədən demişdi.

Hasofer I dünyamüharibəsindən sonra yenidən təhsil həyatına qayıtdı. Nasist partiyasının qamalı xaç simvolunu seçəndə o idi.

"BilinməyənHitler” kitabında Vulf Şvartzveller dəbu iddiaları təsdiqləyirdi:

" Hitler Landberq həbxsxanasında olarkən onun ziyarətçilərindənbiri də Karl Hasofer və Rudolf Hes idi.Hitler `Mənim mübarizəm` adlı kitabını bu iki şəxsin köməkliyi iləyazmışdı. Hasofer, Hitler və Hes uzun müzakirələr aparırdılar. Hasofer ezoterikelmlərlə yanaşı Zen buddizminə də maraq göstərirdi. Ditrext Ekartdan sonraHitlerə təsir edən ikinci adam idi. Berlində Luminos adlı loja yaratmışdı.Hasofer məşhur rus sehrbazı və metafiziki Qriqor İvanoviç Qurdyevin tələbəsiidi. Qurdyev və Hasofer insandan daha üstün, yerdən kənar bir qüvvə ilə əlaqədəolduqlarına inandıqları üçün Tibet lojasının üzvləri idilər. Hitler, Rozenberq,Himler, Qorinq və Morel də lojanın üzvü idilər.”

1925-ci ildənasist partiyası sürətlə böyüməyə başladı. Almaniyanın məşhur şairi Evertsböyük bir həvəslə partiyaya üzv oldu. O, nasist partiyasını qara güclərin aydınifadəsi kimi görürdü. Partiyanın yeddi qurucusu da qara güclər tərəfindən idarəolunduğuna ruhən və cismən əmin idi. Onları birləşdirən and, enerji və şansqaynağı Tibet əfsanəsinə söykənirdi.

Araşdırmaçı ƏrgünCandan "Gizli sirlər doktrinası” adlı kitabında maraqlı məlumatalara vəfaktlara yer verir:

"II dünyamüharibəsinin sonlarına yaxın yıxılan nasist qərərgahına daxil olarkənağlasığmaz bir şeylə rastlaşmışdılar. Dağıntılar içində on iki tibetli rahibincəsədi tapılmışdı. Buna o vaxt heç bir izah verilməmişdi. Əslində, müharibə vəziyyətindəkiminsə bunu düşünəcək həvəsi yox idi. Müharibə bitəndən sonra bu faktçoxlarının diqqətini çəkməyə başladı: Nasist qərərgahında on iki tibetlirahibin nə işi var idi? Bu sual uzun müddət onları düşündürdü. Nasistlərlətibetlilərin hansı əlaqəsi ola bilərdi? Bu mövzu çox dərindən araşdırılmağabaşlanıldı. Ortaya çıxan nəticələr xeyli düşündürücü idi: Nasistlər yeraltısivilizasiya kimi təqdim olunan Şambala ilə əlaqəli idilər!”

Hər şey Tule əfsanəsiyləbaşlayırdı. Tule əfsanəsinin kökü isə yoxa çıxmış bir sivilizasiyadanqaynaqlanırdı. Bu əfsanə ətrafında birləşən bir qrup insan Tule adında təşkilatyaratdı. Nasist partiyasının yeddi qurucusundan biri olan Ditrext belə deyirdi:

"Tulenin bütün sirləri yoxa çıxmış qədimsivilizasiyadan qaynaqlanır. Insan ilə xarici zəkalar arasında olan bəzi vasitəçivarlıqlar bu sirlərlə böyük gücə sahib olur. Bu güc Almaniyanı dünyada hegemonedəcək. Bu gücün qaynağı gələcəyin üstün insanının ortaya çıxmasını və insantipinin dəyişməsini təmin edəcəkdir.”

Bu sözlərnasizmin təməlində də təşəkkül tapırdı. Gizli Tule təriqətinin üzvləri arasındaRudolf, Hes, Karl Hasofer, Rozenberq və Hitler də var idi.

Başqa maraqlınöqtə isə nasistlərin bayraqlarında istifadə etdiyi simvol idi. Bu təsadüfisimvol deyil. "Qamalı xaç” qədim simvollardan biridir. Dünyanın çox yerindəbuna rast gəlinir. Onu daha maraqlı edənsə simvolun Mu simvolu olmasıdır. Mu mədəniyyətiilə qarşılaşan bütün qədim sivilizasiyalar bu işarədən istifadə ediblər.

Musivilizasiyası ilə bağlı məlumatları, sənədləri üzə çıxaran Niven vəÇurçavardın əsərlərində qamalı xaçdan bəhs olunur. Onun anlamı qədim Misir vəTibet məbədlərindəki rahiblər tərəfindən sir kimi gizlədilmişdi. Kökü Muya söykəndiyinəgörə bu simvol iki yeraltı sivilizasiyada-Aqarta və Şambalada mövcud olan vəistifadə olunan simvoldur. Nasistlərin Tibetdəki araşdırmalar zamanı öyrəndiyisirlər arasında bu simvol da var idi. Onlar Şambala üzvü rahiblərdən bir çoxsirləri öyrənməyə nail olmuşdular.

Hitler özdövründə od çağının yaşanacağına, buz və soyuğun məğlub ediləcəyinə inanırdı.

Stalinqrad məlubiyyətindənsonra nasist nümayəndəsi Göbbels qışqırırdı:

"Anlamırsınız? Qlobal təfəkkür məlub edildi, ruhsalgüclər məlub olur. Hökm saatı gəlir, bütün insanlar əzab çəkəcəklər və çəkməlidirlər...”

Hitler isə əlavəedirdi: "Kifayət qədər itki verilmədi!”

Hitler və tərəfdarlarıqorxurdular. Müttəfiq qüvvələr hücuma keçmişdi. Son anda-artıq Berlin əldənçıxanda belə, Hitler metroya sığınmış 300 min alman üçün dəlicəsinə əmr edirdi:

"Metronu su altında qoyun, hər kəs ölsün, bu birayindir və qurban gərəkdir. Beləcə, yerdəki güclər köməyimizə gələcəkdir.”

10 senytabr1940-cı il tarixli "Luk” dərgisi "Heç kimin tanımadığı Hitler” adlı məqalə çapetdi. Məqalədə Hitlerlə bağlı bu ifadələr yer almışdı:

"Cadugərliyə vəastrologiyaya olan maraq Hitler əfsanəsinin önəmli bir hissəsinə çevrilmişdir.Bavariya dağındakı çoxlu teleskop və xüsusi alətlər astrologiyanın Hitler üçünhobbiyə çevrildiyini göstərir. Onun fərqli fal üsullarını tətbiq edənastroloqlardan məsləhət alması və buna görə onlara xeyli pul ödədiyideyilir...”

Ya masonlar, ya da biz...

Nasistpartiyasının qurucularından biri olan Ekart yatağında son sözlərini söyləyirdi:

"Hitlerimütləq izləyin, o mənim musiqimlə rəqs edəcəkdir. Ona, onlarla əlaqəqurmaq sələhiyyətini verdik.”

Kimlərlə? Bu nədeməkdir? Alman hərbi qərərgahının yığıncaqları xüsusi bir ayinləmi başlayırdı?

Rasçinqinkitabında son dərəcə önəmli məlumatlar və ipucları yer alır:

" Düşmənlərimdən çox şey öyrəndim. Katoliklərdən,marksistlərdən və ya masonlardan. Masonlar haqqında bir raport hazırlatdım.Simvollar, sirli mərasimlər... Bu adamlarda təhlükəli olan yeganə şey mənim dəistifadə etdiyim təriqət üsuludur. Bir növ ruhani aristokratiya yaradırdılar.Iyerarxik bir təşkilat qurur, simvollardan istifadə edir və ayrı-ayrı ibadətləredir, yəni şüuru yormadan simvolların sehrli təsirindən bəhrələnirlər. Bax, bumasonların ən təhlükəli tərəfidir. Iki qoçun başı bir qazanda qaynamaz. Yamasonlar, ya da biz...”

1923-cü ilinpayızında Münhendə şair Ekart vəfat etdi. Komaya düşməzdən öncə,

"Bax, mənim hacəri-əsvadım dedi və astronomik elminqurucularından Obertin miras qoyduğu qara bir daşın önündə özünə xas şəkildə səcdəedərək dostu Hasoferə uzun bir əlyazma göndərdi. Ölürdü, amma çox rahat idi. Tule təşkilatı yaşamağadavam edəcəkdi: çox keçmədən həm dünyanı, həm də həyatı köklü şəkildə dəyişdirəcəkdi.”

Ekartla eynigizli təşkilatın üzvü olan Alfred Rozenberq 1920-ci illərdə Hitlerlə tanışolmuş və üç il ona mükəmməl təhsil vermişdi. Adolf Hitlerə şərq elminin sirli, gizli dilini vədanışmağı öyrədən Ekart idi. Doktrinasını iki ayrı planda irəli sürmüşdü:gizlidoktrina və təbliğat planları.

Ata Hitleri liderliyə hazırladı, oğlu isə suiqəsd

"Zaman gəzintiləri”adlı kitaba görə, Tule təşkilatının arxasında German kökləri dayanır. Dünyanıngizli tarixində şimal qütbündə batmış bir adadan söhbət açılır. Kökləri Mu sivilizasiyasına çatırdı.Doktrinanın təməl daşlarını "insan psixologiyasının bilinməyən tərəfləri” və"zaman ölçüləri” təşkil edirdi. Ekart və dostları Tulenin təmsilçiləri idilər.Məqsədləri dünyanın taleyini dəyişdirib üstün bir irq meydana gətirmək idi.Tulenin təmsiçiləri Hasofer və Ekart ektsrasens xüsusiyyətlərə sahib olanHitler və Hesdən öz məqsədlərini həyata keçirmək üçün istifadə etmişdilər.1926-cı ildə Berlin və Münhendə kiçik bir Tibet koloniyası yerləşirdi. RuslarBerlinə girərkən cəsədlər arasında minə qədər Tibetliyə rast gəldilər. Nasist hərəkatıuğur qazanar-qazanmaz Tibetə heyətlər göndərmişdi və bu 1943-cü ilə kimi davametdi.

Tule qrupununüzvləri razılaşmanı pozacaq bir xəta törədərdisə intihar etməyə and içmişdilər.14 mart 1946-cı ildə Hasofer arvadı Martanı öldürüb yapon üsulu xarakirini həyatakeçirdi. Məzarına heç bir abidə və xaç qoyulmadı. Oğlu Hitlerə qarşıplanlaşdırılan suiqəsddə iştirak edənlərdən biri kimi edam olundu. Onunjaketinin cibindən bu yazı tapılmışdı:

"Atam şərinsəsini eşitmədi. Şeytanı dünyaya göndərdi”.

Tərcümə etdi: Emin Piri