Astarada qanunsuz ov edən şəxslər saxlanıldı

Astarada ağaclara tor qurmaqla qanunsuz ov edən şəxslər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Rüdəkənar kəndi ərazisində 4 nəfər rayon sakini A.Həsənov, E. Kazımov, K. Rzayev və C. Kazımovun qanunsuz ov etdikləri aşkarlanıb.
Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.
Ətraflı
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Faktlar üzrə Astara RPŞ-də araşdırma aparılır.
Digər Xəbərlər

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT - VİDEO

Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Sabah Bakıda yağış yağacaq

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB - VİDEO

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI
