Astanada Suriya üzrə növbəti görüş olacaq
Suriyada vəziyyətin nizamlanmasna dair növbəti görüş Astanada keçiriləcək.
Adalet.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.
A.Jaynakov deyib ki, görüş iyulun 4-5-də keçiriləcək. Görüşün həmin tarixdə keçirilməsi barədə həm Rusiya, həm Türkiyə, həm də İran tərəfinin razılığı alınıb.
Qazaxıstan XİN mətbuat xidməti rəhbərinin sözlərinə görə, Astana danışıqlarının budəfəki mərhələsində əldə olunmuş əvvəlki razılaşmaların necə yerinə yetirilməsi və vəziyyətin normallaşdırılması istiqamətində atılacaq növbəti addımlar müzakirə ediləcək.
Digər Xəbərlər
03 May 2024 13:36
Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04