adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Oktyabr 2019 15:08
47146
ƏDƏBİYYAT

Asim Yadigarın yaradıcılığında Qarabağ mövzusu, yurd itkisinin ağrısı, şəhidlik

Ədəbiyyatımızda çox ağrılı və acılı birmövzu var: Qarabağ mövzusu. Ötən əsrin 80-ci illərinin sonundan başlayaraq bumövzu hər bir şairi, yazıçını dərindən düşündürmüş, 90-ci ilin yanvarındanbaşlayaraq Qarabağ dərdi, Qarabağ problemi ədəbiyyatımızda aparıcı bir mövzuyaçevrilmişdi. Xalq şairimiz Bəxtiyar Vahabzadə "Şənbə gecəsinə gedən yol” adlıkitabında eyni adlı məqaləsində yazırdı: "Qarabağ hadisələri başlanandan indiyəqədər əlimə qələm alanda bütün vücudum lərzəyə gəlir. Qələm içimdəki qəzəbi vəetirazı istədiyim şəkildə yazıya çevirə bilmir. Hiddətim və qəzəbim fikrimi dəqiqifadə etməyə imkan vermir. Çünki xalqıma edilən gözgörəsi zülm o qədər böyük,haqsızlıq o qədər dəhşətlidir ki,bunları insan ağlı dərk edə bilmir”.

Bəxtiyar müəllim bir vətəndaş şair kimierməni həyasızlığından söhbət açarkənböyük gürcü yazıçısı İlya Çavçavadzenin "Daşların fəryadı” əsərinə dəmüraciət edir. Şair yazır ki "Bu sözlərielə bil İlya

Çavçavadze bu gün bizimhaqqımızda demişdir: ”Ermənilər mənliyimizi təhqir etmək, milli ləyaqətimizitapdalamaqla kifayətlənmir, bizi yer üzündən yerli-dibli silmək üçün bütüntariximizi, salnaməmizi, tarixi yadigarlarımızı, abidələrimizi puça çıxarır,bizə mənsub olan hər şeyi... müxtəlif hiylələrlə özlərinə çıxırlar... Nədənötrü toz dumanı qaldırılıb, nədən ötrü belə hay-həşir qoparılıb, göyguruldayıb, ildırım çaxıb? Ondan ötrü ki, bütün dünyaya sübut etsinlər:zaqafqaziyada ta qədimdən yalnız erməni xalqı yaşamış və bu diyarın gələcəyi dəonlarındı”.

Azərbaycan ədəbiyyatının onlarla, yüzlərlətanınmış şair və yazıçısının yaradıcılığında olduğu kimi Asim Yadigarın da şeir və poemalarında bumövzu özünəməxsus bir yer tutur. Şair hələ 1988-ci ildə "Torpaq davası”, "Azalım” , Bələk” şeirlərini qələmə almışdı. Biz "Bələk” şeiri haqqında söhbətaçdığımız üçün həmin şeirə yenidən müraciət etməyi məqbul saymırıq. "Torpaqdavası” şeiri məhz bu ağrı-acının bədii əks-sədası idi:

Qurtarmır dünyanın torpaq davası,

Yüz ildir, min ildir gedir beləcə.

Kök atıb, boy atıb ürəyimizdə

Torpaq ağac kimi bitib beləcə.

Şair torpağı ağrı-acısının məlhəmibilir və torpağı qorumağı hər bir insanın, hər bir vətəndaşın vətəndaşlıq borcusayır:

Ağrıma, acıma məlhəmdirtorpaq,

Onsuz korun-korun odlanarsinəm.

Torpaq torpaq altda qoruyarməni,

Onu torpaq üstdə qoruyan mənəm.

Asim Yadigar bir şair kimi torpaqdavasından qorxduğunu deyir. Çünki zaman etibarı ilə torpaq davasında xalqımızhəmişə uduzub. Çünki sinəmizə elə bir dağ çəkilib ki, böyük, bütöv AzərbaycanıAraz qılıncı ilə yarı bölüb sinəmizə sağalmaz bir torpaq yarası vurublar:

Torpaq davasından qorxuram,Allah,

Torpaq davasında itirmişəm mən.

Şair bu sözləri 1988-ci ildə yazıb. Eləhəmin dövrdə də haray çəkərək deyirdi:

Quru kəsək olsun, ya qaya, yadaş,

Torpaq daha şirin gözümdə bugün.

Sağıqsa, torpağı qoruyaq,qardaş,

Qoruyaq sabahkı nəsillər üçün.

Əfsus ki, sonrakı illərdə torpaqlarımızıqoruya bilmədik, ərazimizin 20 faizi ermənilər tərəfindən işğal olundu. Birmilyondan artıq soydaşımız ata-baba yurdundan didərgin düşüb qaçqına, köçgünəçevrildi.

Sonrakı dövrdə şair "A zalım” şeirindəüzünü torpaq satan şərəfsizlərə tutaraqyazırdı:

Torpaqdan pay olmaz dedibabalar,

Sən onu çox ucuz tutdun, azalım.

Bu Vətən torpağı sümükmü, ətmi?

Onu qabaqlara atdın, azalım,

90-cı ilin Qara Yanvarı Asim Yadigarın"Yandırır” və "Qara bayraqlar” şeirində öz bədii əksini tapıb. Bir zamanlar albayraqlar selində yuyunan Azərbaycanın 20 Yanvar günlərində hər kəndində, şəhərindəqara bayraqların asılması onu kövrəldir:

Al bayraqlarüstünə

Al qanımız çiləndi.

Gecəmiz qana batdı,

Gündüzüm kölgələndi.

Müəllif qara bayraqları qanadı sınmışquşa bənzədir. Dağlarımızı, qayalarımızı, hüznlü, kədərli təsvir edir. Şairinürəyi qəm yuvasıdır, orda dərd taxta çıxıb, könlü isə qəmə əsir düşüb. Ammaşair sabaha inanır və qəti hökmlə deyir:

O qarabayraqlara

Əl vurmaramölüncə.

Qoy yellənsinqəlbi

Ağ günlərim gəlincə.

1990-cı ilin 20 yanvar gecəsi xalqımızınqan yaddaşına "Qanlı şənbə gecəsi” kimiyazılıb. Şair Məmməd Aslanın dediyi kimi " Yanvarın 20-sinə keçən gecə.Doxsanıncı ilin bu qanlı partlayış nöqtəsi, yəqin ki, dünyanın yaddaşında silahsız və günahsızinsanları amansız bir vəhşiliklə qanına qəltan eləyən bu tarixdən fəryadqopacaq...”

Həmin günlərdə Məmməd Aslanın məşhur"Ağla, qərənfil, ağla!” şeiri hamının dilində səslənirdi:

Qərənfil-şəhidqanı!

Qan götürdüdünyanı...

Ağla, inlətmeydanı,

Ağla, qərənfil,ağla!

20 Yanvar faciəsini ağrı-acısınıyaşadığımız zaman şairlərin bu mövzudayazdığı şeirlər mətbuatda çap olunmağa başladı. Bəxtiyar Vahabzadənin məşhur "Şəhidlər”poeması mətbuatda işiq üzü gördü. Naxçıvanda yaşayıb-yaradan şairlərimiz də bumövzuda şeirlər, poemalar yazdılar. Həmin dövrdə yaranan şeirlərdən biri dəAsim Yadigarın şəhidlərə həsr olunmuş "Yandırır” adlı şeiri idi. Bu şeir şəhidlərin qırxı ərəfəsində"Şərq qapısı” qəzetində dərc olundu:

Bu qədər dərd olmaz çəkirik, Allah,

Dərdimiz torpağı, daşıyandırır.

Elə od qoyublar ürəyimizə,

Qurumuz bir yana, yaşı yandırır.

Şairin sabaha olan ümidi var. O, inanır ki, yerin, göyün götürmədiyi bunahaq qan yerdə qalmayacaq, xalq nə vaxtsa ayağa qalxıb şəhidlərin Azadlıqarzusunu gerçəkləşdirəcəkdir:

Nə yer götürəcək, nəgöy bu qanı,

Qanlı kəfən kimi gəl,gey bu qanı.

Səməndər quşutək Azərbaycanı

Salıb nahaq odanaşı, yandırır.

Şairin belə ağrılı əsərlərindən biri də1992-ci ilin iyul ayında yazdığı "Oynama, bala, oynama” şeiridir. Şeirin özündəbir ağrı var. Şair şeirin əvvəlində yazır ki, 1992-ci ilin yayında Xocalıqaçqınlarının uşaqları "Günəşli” sanatoriyasında axşamlar istirahət edənlərəqoşulub oynayırdılar. Bu şeir həmin acıtəəssüratdan yarandı:

Yaralı köksündə dərd qurub yuva,

Nə tez yaddaşından çıxdı bu dava.

Nə tez sümüyünə düşdü bu hava,

Barı sən oynama, oynama bala.

Ağrıların, acıların, buqanlı oyunu oynayanların kənarda qalması şairi narahat edir. Bu oyunuoynayanlarla dünyadan xəbərsiz meydana düşüb oynayan 2-3 yaşlı uşaqlarınoyunları ürək parçalayan bir ağrıya çevrilir:

Oyun oynayanlar qıraqda qaldı,

Qaynar qazanınız ocaqda qaldı.

Bir dünya gülüşün dodaqda qaldı,

Barı sən oynama, oynama, bala.

Körpə uşaqlara "oynama, bala, oynama” deyənşair inanır ki, düşməndən qisas alınacaq və onda bu uşaqların ürəkdən deyib-gülməyə, oynamağamənəvi haqları çatacaqdır. O gün isə hələqabaqdadır:

Qisas var –düşməndən alınmayıbdı,

Canına vəlvələsalınmayıbdı.

Azadlıqhavamız çalınmayıbdı,

Hələ sənoynama, oynama, bala.

Ümummilli lider Heydər Əliyevin ikincidəfə siyasi hakimiyyətə qayıdışı, bu dövdən başlayaraq orduda nizam-intizamınyaradilması, güclü ordu formalaşdırılması Qarabağ bölgəsində vuruşan döyüşçülərində əhval-ruhiyyəsinə güclü təsir göstərdi. Bu baxımdan şairlərin dəyaradıcılığında mübariz ruhlu şeirlərə rast gəlindi. 1993-cü ildən sonra AsimYadigarın mübariz, döyüş əhval-ruhiyyəlişeirləri mətbuat səhifəsində görünməyə başladı.

Akademik İsa Həbibbəyli şairinyaradıcılığı haqqında yazdığı məqaləsində onun yaradıcılığındakı bu şeirlərhaqqında da geniş söz açmışdı: "Asim Yadigar müasir Azərbaycan şeirində dövlətmüstəqilliyi ideyalarını ardıcıl olaraq ifadə edən şairlərdən biridir. Müstəqildövlət quruculuğunun başlanğıc illərində yazdığı "Səni döyüşə göndərirəm,səsim” şeiri özünün orijinallığı ilə tam fərqli bir poetik nümunədir. AsimYadigar ölkənin bütün potensialının, o cümlədən şairin səsinin də müstəqillikyollarında mərd əsgər kimi iştirak etməsini ilk dəfə olaraq şeirdə səsləndirir:

Görünsün sinəndə gülləyerləri,

Qanın axa-axa cəbhələri yar.

Səni qorxutmasın güllələr, yeri,

Vurulsan, yaranı sarıyan olar,

Səni göndərirəm döyüşə, səsim.

Bundanbaşqa, Azərbaycan poeziyasında səngərdə əsgər, döyüş anları haqqında çoxyazılıbsa da, xüsusi olaraq səngərə həsr edilmiş poetik nümunələrə az rastgəlmək olar. Asim Yadigarın "Səngərim”şeiri bu mövzuda yazılmış təsirli poetik nümunələrdən biridir. Onun səngərdəəsgəri Vətən torpağında bitən çinara bənzətməsi yenidir, mənalıdır və yaddaqalandır. Şairin "Bir ola bilmirik”şeiri də milli birlik ideyasının möhkəmlənməsi­­nə xidmət edən müdrik poeziyanümunəsidir. "Torpaq davası” şeirindəki "Torpaq, torpaq altda qoruyar məni, onutorpaq üstdə qoruyan mənəm”-misraları şairin məlum mövzuya diqqəti çəkənqiymətli əlavələridir. "Hücum əmri ver mənə” şeiri 1993-cü ildə yazılmasınabaxmayaraq, bu gün də, torpaqlarımızın azad edil­mə­si, müstəqilliyimizin dahada möhkəmləndirilməsi uğrunda mü­barizə davam etdikcə aktuallığını qoruyubsaxlayacaq şeirlər­dən­dir”.

1993-cü ilin noyabr ayında Azərbaycanordusu Füzuli, Goranboy istiqamətində çox uğurlu əməliyyatlar apardı. Həmin dövrdə ümummilli liderimiz HeydərƏliyev döyüş bölgələrində oldu. Orduda yaranan döyüş əhval-ruhiyyəsi AsimYadigarın "Hücum əmri ver mənə...” şeirinin yaranmasına səbəb oldu:

Hücum əmri ver mənə, hücüm əmri,komandir,

Keçilməz sədlər keçim, aşılmaz dağlar aşım.

Döyüş meydanlarında quduzlaşan yağıyla

Şir kimi pəncələşim, pələng kimi savaşım.

Müdafiə ölümdür, de, geri qaçmaq nədir?

Hücum əmri ver mənə, hücum əmri, komandir!

Şairin komandirə ünvanlanan şeirində güclübir çağırış ruhu vardır. Bu çağırış hər bir əsgəri qələbədən-qələbəyə səsləyirdi.Müəllif döyüşçülərə yurdun əsir düşən qız-gəlinini yad əllərdə qoymamağaçağırırdı:

Yağılara əsirdir yurdun qızı, gəlini,

Bu dərdi yer götürməz, bu dərdi göy götürməz.

Qeyrət toxumu əkək deyirəm bu torpağa,

Torpaqhalallıq sevir, torpaq haram bitirməz,

Bu dərdə dözmür ürək, daha tükəndi səbir,

Hücum əmri ver mənə, hücum əmri, komandir!

Şeirin son bəndində şair qələmimi atıram, mənədə silah yetir deməklə hər bir insanı vətənin ağır günündə ayağa qalxmağa səsləyirdi:

Sözüm sinə dəlməmiş güllə sinəmi dəldi,

Qəlbim də yurdum kimi bu gün tikə - tikədir.

Söz qılıncdan kəsərli, söz qılıncdan itidir

Deyənlər düz deməyib... Vətən təhlükədədir,

Mən qələmi atıram, mənə də silah yetir,

Hücum əmri ver mənə, hücum əmri, komandir!

"Aradan illər keçdikdən sonra, 2010-cu ildəyazılmış "Döyüş əmri ver mənə” şeiri mübariz azərbaycançılıq ideyasının onunyaradıcılığında davamlı bir xətt olduğunu göstərir. "Hücum əmri ver mənə”şeirində döyüş cəbhəsində komandirinə müraciət edən şair vətənpərvər birəsgərin funksiyasını yerinə yetirir. "Döyüş əmri ver mənə” şeirində isə AsimYadigar müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi çıxış edərək Ali BaşKomandana müraciət edir, bu torpağın bütün oğullarının döyüşə hazır olduğunubəyan edir”.

Artıq buşeirdə ayağa qalxan, yurd, torpaq uğrunda savaş meydanına can atan hər birAzərbaycan vətəndaşının gur səsi var:

Bu gün gur səslə deyir anam Azərbaycanım:

-Döyüş əmriver mənə, Ali Baş Komandanım!

Səbrimin də bir həddi, bir sərhəddi var axı,

Dözmür ürək, partlayır sinəmdə mərmi kimi.

Yolum oddan- alovdan, yolum qandan keçsə də

Məhv etmək istəyirəm o, mənfur düşmənimi.

Bu ana torpağıma qoy qurban olsun canım,

Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Şeirdə"ATƏT-dən, BMT-dən əlac yoxdu dərdimə, gözə kül üfürürlər onlar illərdənbəri”-deyən şair bütün Azərbaycan əsgərlərinin döyüşə atılması üçün Ali BaşKomandanın əmrini gözlədiklərini deyir: Hər bir oğul bu yurdun vuran şah damarıdır,

Vətən yoxsa, biz nəyik? – Quru torpaq, quru daş...

Səngərlərdə qurd kimi marıqda dayanmasaq,

Bu yurda nə oğuluq, nə əsgər, nə vətəndaş?!

Vətəndir canım, gözüm, odur şərəfim, şanım,

Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Şeirin son bəndi isə daha kəsgin, daha təsirlidir.Torpaqlarımızın yad əllərində qalmaması üçün şair hamının səfərbər olmasını istəyir.Bir milyon şəhidimiz olsa da belə Azərbaycan bayrağının Şuşada dalğalanmasınıistəyir:

Qana - qandır bax bu gün mənim andım, şüarım,

Qanımı şərbət kimi içsin Vətən torpağı.

Bir milyon oğlu, qızı şəhid olsa da belə

Dalğalansın Şuşamda Azərbaycan bayrağı.

Qələbədir son andım, odur dinim, imanım,

Döyüş əmri ver mənə, Ali Baş Komandanım! Ali Baş Komandana üztutan şair bir həqiqəti gözəl başa düşür ki, torpaqlarımızin yağı tapdağındanazad olması yalnız əsgərlərimizin, mərdoğullarımızın sayəsində mümkün olacaq. Ona görə də şair səngərdə keşik çəkən, sərhədlərimiziqoruyan əsgərlərimizi heç vaxt yaddan çıxarmır. "Səngərim mənim” şeiri hər bir əsgərindilində şüar kimi səslənir:

Sənə qədəm qoyanda dünyagülür gözümdə,

Çiçək açır, gül açırdağım, daşım, düzüm də.

Bir az mətinləşirəm, mərdləşirəmözüm də,

Sən ey evim-eşiyim,doğma səngərim mənim!

Səngərdə çinar kimi bitən oğullar öz səngərləriilə fəxr edir, öyünür. Çünki səngər əsgəri, əsgər isə Vətəni qoruyur. Səngərdədayanıb vətənini qoruyan əsgər üçün bundan şərəfli bir iş varmı?

Bir quş yayına bilməz mənimqırğı gözümdən,

Səngər məni qoruyur, mənisə səni, Vətən!

Bir əsgərəm, qoynundaçinartək bitmişəm mən,

Sən ey evim-eşiyim, doğma səngərimmənim!

Nə qədər ki, bu torpaqyaralıdır, yaralı,

Nə qədər ki, qəm yeyirQarabağın maralı,

Bir an qala bilmərəm inan səndən aralı,

Sən ey evim-eşiyim, doğma səngərim mənim!

"Azərbaycanəsgəri” şeirində də eyni ruh yaşayır. Əsgərlərə müraciət edən şair vurğulayırki, yurduna göz dikənin gözlərini tökməlisən. Sərhəddində ayıq-sayıq dayan ki,gözündən bir quş da yayına bilməsin:

Vətən yaralı şirdir, sən dəbir şir balası,

Vətən-ana, sən-oğul keşikdə durmalısan.

Süngünü xəncər kimi sancıb yağı köksünə

Vətənin ürəyində ürəktək vurmalısan!

Asimyadigarın şeirlərində çağırış var, qələbə əzmi, döyüş ruhu var. O, türkpoeziyasını, klassik və müasir Azərbaycan poeziyasını çox gözəl bilənşairdir.Türk poeziyasının böyük şairləri Yunus İmrə, Qaracaoğlan, Tofiq Fikrət,Məhmət Əmin Yurdaqul, Məhmət Akif Ərsoy, Behcət Kamal Çağlar, Nazim Hikmət,Aşıq Veysəl, Nəcib Fazil Qısakürək, Orxan Vəli, Orxan Şaiq Gökyay vəbaşqalarını Asim Yadigar çox sevir vəonların şeirlərindən bəzi nümunələri əzbər deyir. Biz dəfələrlə vətənpərvərlikruhlu televiziya verilişlərində, ayrı-ayrı çıxışlarında Məhmət Əmin Yurdaqulun"Ya qazi ol, ya şəhid” şeirini çox eşitmişik:

Haydı yavrum! Mən səni bu gün üçün doğurdum,

Xamırını igidlik duyğusuyla yoğurdum;

Türk övladı odur ki, yurdu olan torpağı

Ana namusu bilib yad ayağı basdırmaz;

Bu yabançı bayrağı

Azan səsi duyulan heç bir yerə asdırmaz.

Get övladım, illərcə mən oğulsuz qalaram,

Bu yaralı bağrıma qara daşlar çalaram!

Haydı oğlum, haydı, get,

Ya qazi ol, ya şəhid!

Məhməd Əmin Yurdaqulun,eləcə də digər türk şairlərinin döyüş ruhlu şeirləri təbiidir ki, şairinyaradıcılığına yüksək və gözəl təsirini göstərib.

1992-ci ilin mayında Naxçıvan MuxtarRespublikasının Sədərək rayonunda ağır döyüşlər gedirdi. Şəhid olan əsgərləridöyüş meydanından çıxarmaq da çətin olmuşdu. Belə bir dövrdə şəhid olan əsgərləriçərisində tanınmaz hala düşən bir şəhid də var idi. Həmin şəhid

"Naməlum əsgər” adı iləNaxçıvanın Şəhidlər xiyabanında dəfn olundu. Şəhidin dəfnində yüzlərləinsanlardan biri kimi Asim Yadigar da iştirak edib və həmin gün "Naməlum əsgər”adlı bir şeir yazıb. Səhərisi gün məlum olub ki, "Naməlum əsgər” adı ilətorpağa tapşırilan şəhid Şərur rayonunun Püsyan kəndindən olan Fərhad Mirzəyevimiş. Bu xəbəri eşidən Asim Yadigar daha da kövrəlir. Axı, o özü də Şərurrayonunun Püsyan kəndində doğulub boya-başa çatıbdı. Demək şəhid olan gənc onunhəmkəndlisi imiş. Bu xəbəri eşidən Asim Yadigar bir gün əvvəl yazdığı şeirə əlavələredir. Həmin şeir üç hissədən ibarətdir. Birinci hissədə oxuyuruq:

Bu necə köçhaköç, bunecə yasdı,

Yenə nə söyləyir bu qəmkarvanı.

Gedir çiyinlərdə birşəhid oğul,

Nə adı bilinir, nədə ünvanı.

Şəhidlər xiyabanı insan seli ilədoludur. Şəhidin adı, ünvanı bilinmədiyi üçün hamı bu igid əsgərə son borcunuödəmək üçün gəlib. Analar, qızlar onu öz əzizləri, döğması kimi ağlaya-ağlayayola salırlar. Bu qəmli və ağrılı mənzərə şairin də gözündən yayınmır. Şairdüşünür ki, görəsən bu şəhidin anası da bu anaların içindədirmi?

Ayüzlü gözəllərtökür göz yaşı,

Vardımı sevdiyisonası görən?

Sızlayan analar"can bala”-deyir,

Hardadır doğmacaanası görən?

Şair şeirin ikinci hissəsini başqa bir əhval-ruhiyyəilə başlayır:

Hər adsız məzarın özünvanı var,

Bu xəbər dolaşdı kəndbəkənd,ev-ev.

Naməlum ad ilə köçənəsgərin

Adı, ünvanı var:-FərhadMirzəyev.

Qəlbimi göynətdi buxəbər, bu ad,

Ağrılar, acılar keçdi sınəmdən.

Onunla bir kəndinsuyunu içib,

Birgə havasınıudmuşam ki mən.

Şair onun şəhid kimi qəhrəmanlığından sözaçır. Sinəsindən güllə yarası almış şəhidin torpağın qoynuna qəhrəman kimi girməsiilə bir eloğlu kimi fəxr edir, öyünür.

Şeirin üçüncü hissəsi sanki rekviyemdir.Bu hissədə şair bütün şəhidləri ehtiramla yad edir, onların şəninə qəhrəmanlıqnəğməsi oxuyur:

Bu torpaq altındaoğullar yatır,

Hamısı köksündənyaralanıbdır.

Şəhid məzarları əsgərsayağı

Cərgəyə düzülüb,sıralanıbdır.

Sanki dilə gəldi şəhidruhları:

-Sanmayın torpaqdauyuyanlarıq.

Biz torpaq altındayatanda belə

Yenə də torpağı qoruyanlarıq!

Şəhidlər xiyabanında uyuyan hər bir şəhidəşair son ehtiramını şeirin son bəndlərində vətəndaşlıq duyğusu ilə beləbildirir:

Baxdım şəhidlərin məzarlarına,

Ucadan ucadırgördüm başları.

Sandım qəbirdə yox,səngərdədirlər,

Sağında, solunda səngərdaşları.

Torpağın qoynunda şəhidləryatır,

Şəhidlik! Ulu addaşıyır onlar.

Nə qədər butorpaq, bu Vətən durur,

Beləcə ömr edib, yaşayıronlar!

Bu şeir şəhidlərə həsr olunmuş şeirlərinmüsabiqəsində birinci mükafata layiq görülmüş və 1997-ci ildə "Şəhidlik-ömrünnur çağı” almanaxında çap olunmuşdur. Naxçıvan Yazıçılar Birliyinin sədri Hüseynİbrahimovun tərtib etdiyi bu kitabın girişində Azərbaycan RespublikasınınPrezidenti Heydər Əliyevin 1996-cı ildə Naxçıvanın Şəhidlər xiyabanında dediyiaşağıdakı sözləri verilmişdir: "Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi, müstəqilliyi uğrunda şəhid olanlar əbədiyyətə qovuşublar. Onlarınqəhrəmanlıq xatirəsi bizim qəlbimizdə daim yaşayacaq. Burada, Şəhidlərxiyabanında, Azərbaycanın ayrılmaz hissəsi Naxçıvanın müdafiəsində həlakolanlar əbədi uyuyurlar. Allah rəhmət eləsin. Onlar daim bizim qəlbimizdədirlər”.

Azərbaycan poeziyasında bəlkə də Asim Yadigar qədər vətənpərvərlikruhunda şeirlər yazan şairlər barmaqla sayılacaq qədər azdır. Onun bu vətənpərvərlikruhlu şeirləri həmişə əsgərlərin də dilində səslənir. Bu baxımdan şairin "Döyüşhavaları çaldırmalıyıq” şeiri də çox böyük təsir gücünə malikdir:

Yetər bu inilti, yetər göz yaşı,

Ər olsun yurdumun hər vətəndaşı,

Qaldıraq, sındıraq bu ağırdaşı,

Döyüş havaları çaldırmalıyıq,

Milləti ayağa qaldırmalıyıq!

Şair, hər bir insanın, hər bir vətənsevərindamarında qeyrət qanını oyatmalıyıq deyir. O, bu əqidədədir ki, "əsgər səngərindir,səngər əsgərin”. Ona görə də əsgər səngərindən aralı düşə bilməz. Bu yolda şəhidlikzirvəsinə ucala bilsək onda şəhidlərin ruhları da bizimlə olacaq.

Hər oğul vətənçün candan keçirsə,

Hər ağrı damardan, qandankeçirsə,

Biz də oğul kimi verib səs-səsə

Döyüş havaları çaldırmalıyıq!

Milləti ayağa qaldırmalıyıq!

Vətən üçün şəhid olmaq şərəfdir. Nə qədərki, torpaqlarımız yağı tapdağındadır biz onda şərəfli bir ömür sürə bilmərik.Yurdun hər qarış torpağı üçün vuruşmaq hər bir vətəndaş üçün, hər bir əsgərüçün şərəfdir:

Hər qarış torpaqçün can gərəkdirsə,

Ürək gərəkdirsə, qan gərəkdirsə,

Şərəfli bir ömür, an gərəkdirsə,

Döyüş havaları çaldırmalıyıq,

Milləti ayağa qaldırmalıyıq!

Belə fikirləşirəm ki, bu şeiri oxuyan hərbir insanın damarlarından axan qan da "Vətən” deyəcək, "Vətən üçünvuruşmalıyıq!”-deyəcək.

2014-cü ilin dekabr ayında Asim Yadigar"Vur, komandir, vur!” adlı gözəl bir şeir də yazıb. Əsgər komandirinə müraciətedərək düşmən helikopterinin vurulmasını xahiş edir. Komandir düşmənhelikopterini vurub salır. Bu şeirdə şair sevinci əsgər sevincinə qarışır.Sanki şair də o anın şahidinə çevrilir, bu sevinc hissini misra-misra hər bir insanın, oxucunun qəlbinə yeridir:

Qarı düşmən at oynadıryurdunda,

Bir gün yanar qaladığı odunda...

Elə vur ki, yaddan çıxsınadı da,

Bəsdi yatdın, dur başınadöndüyüm,

Vur, komandir, vur başınadöndüyüm.

Şeirdə yağı düşmənin qaniçənliyi, yurdumuviran qoyub dağıtması bir daha komandirə əsgərin dili ilə söylənilir. Əsgərinözü də sanki komandirlə birlikdə o helikopteri vurur:

Vur, vurduğun qaniçəndir,yağıdır,

Neçə ildir yurd-yuvamıdağıdır,

Sinəmdə dağ namərd düşməndağıdır,

Səsin gəlsin gur, başınadöndüyüm,

Vur, komandir, vur başınadöndüyüm.

Şair illərdən bəri "haqq-ədalətin yoxa çıxdığını, çəndə, dumanda itib- batdığını”söyləməklə Qarabağ ağrılarımızı dünyanın kar olmuş qulaqlarına bir daha poetikmisraları ilə çatdırmaq istəyir:

Öz adını tarixə yaz, daşayaz,

Səntək oğlu olan torpaqbasılmaz,

Yerdən gəlir, göydən gəlirqorxma, qaz

Erməniyə gor, başınadöndüyüm,

Vur, komandir, vur başınadöndüyüm .

Şeirin son bəndində şairin gur səsi dəsanki "Vur, komandir, vur!”-deyən əsgərin səsinə qarışır. Bu səsdə, çağırışdatorpaq ağrısı ilə üzləşən milyondan artıq qaçqının, köçgünün də səsi var:

Vur naləsi bülənd olsunqoy göyə,

Qaçaq düşsün bu torpaqdan"Vay” deyə.

Yox erməni dığasına,axçiyə

Qarabağda yer, başına döndüyüm

Vur, komandir, vur başınadöndüyüm!

Qarabağ ağrısı, dərdi, 30 ildən bəri xalqımızındavam edən narahatçılığı insanları artıq yorub. Acı bağırsaq kimi uzanan bumüharibənin, bu atəşkəsin ağrı-acısını həmişə duyuruq, yaşayırıq. Sərhədlərdəaçılan güllələr yenə də, mərd mübariz oğullarımızın köksünü deşir, sərhəd kəndlərimizdəyaşayan insanlar hər səhərini qorxu içərisində açırlar. Atılan güllələr, mərmilərdinc insanların, qocaların, cavanların, hətta körpə uşaqların belə həyatına sonqoyur. ATƏT-in, BMT-nin qərarları, bəyanatları yenə də qulaqardına vurulur.Beynəlxalq təşkilatların dəstə-dəstə gəlib gedən nümayəndələrinin işləri, səylərielə kağız üzərində qalır. Müharibədən cana doymuş insanlar sülh istəyir. Hamıistəyir ki, öz ata-baba yurdunda sakit bir həyat keçirsin, öz torpağını əkibbecərsin. Ona görə də dinc bir həyata qayıdış üçün böyük bir sülhə ehtiyac var.Bu ehtiyacı minlərlə insan kimi şair Asim Yadigar da duyur, istəyir. Bu münasibətləyazdığı "Bir bayram istəyirəm” şeirində şair bu arzusunu dilə gətirir:

Bir bayram istəyirəm bayramlara tac olsun,

Bütün ağrı – acıma, dərdimə əlac olsun.

O bayramda nə kasıb, nə yoxsul, nə ac olsun,

Olsun Hünər bayramım, olsun Zəfər bayramım.

Şair "üzünə baxa bilim daşımın, torpağımın, qanını yuya bilim gülümün, yarpağımın, şəfəqinəbürünüm üçrəngli bayrağımın”- deyərək könül dolusu ürəkdən sevinmək, gülmək istəyir.İstəyir ki, düşməninin bağrını çatladıb, onun murdar sinəsini dağlasın. O, istəmirki, onun torpağı yağı əllərində girov olsun. O, istəyir ki, tikə-tikəparalanmış torpağı para yox, bütöv olsun. Atlarımız yenə də "göy üzü çadırımız,Günəş bayrağımız” deyən babalarımızın arzularının üfüqlərini əvvəlki kimigenişləndirə bilək. Əgər Tanrı türk övladının dayağıdırsa onda nə gözləyirik:

Nə durub gözləyirsən, eyyurdun mərd övladı,

Gözlədin Qıratların söndü şimşək qanadı,

Bəsdir bu qədər zaman səbrimizi sınadı.

Olsun Hünər bayramım, olsun Zəfər bayramım.

Hər bir insanın beynində bir qələbə, zəfər kəlməsivarsa, ayağa qalxıb bir günü süngümüzlə tariximizə yazıb, özümüzün Qələbəbayramı kimi qeyd etməliyik:

Ey Ali BaşKomandan, ver əmrini hazıram,

Düşmən bağrın çatladıb, düşmən qəbrin qazıram,

Bir günü də süngümlə tariximə yazıram,

Olsun Hünər, Qələbə, olsun Zəfər bayramım!

Bu arzu təkcə şairin arzusu deyil, bubütün yurddaşlarımızın, taleyin hökmü ilə dünyanın dörd bir tərəfinə səpələnmişmilyonlarla soydaşlarımızın ən müqəddəs arzusudur.

Asim Yadigar 2016-cı ilin 1-5 aprel tarixlərindəLələ Təpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgərlərimizin də şücaətiniunutmayıb. Şairin ”Cənnət Qarabağımız yenə cənnət olacaq” adlı şeiri Cəbrayılrayonunun Çocuq Mərcanlını kəndini yağıtapdağından azad edən oğullarımızın qəhrəmanlığına həsr olunub:

Hər qarış torpaq beləmüqəddəsdi, müqəddəs,

Canımızdan əzizdir bizə bu ana torpaq.

Yolumuzu gözləyir Laçınım, Kəlbəcərim,

Şuşada dalğalansın gərək üçrəngli bayraq.

Çingizlər, Mübarizlər böyüdən bu millətin

Bir qarış torpağı da düşməndə qalmayacaq!

Bu şeir Cocuq Mərcanlı azad olunan günlərdəyazılmışdı. Şair arzusunu da həmin şeirdə bildirmişdi ki, gələcəkdə bu yerlərdədurna qatarı kimi sıraya düzülən evlərdə yanan işıqlar namərd düşmənin gözünükor edəcəkdir:

Durna qatarı kimisıraya düzüləcək

Cocuq Mərcanlımızda sabah yüz-yüz baxça, bağ.

Yurduma göz dikənin gözləri oyulacaq,

Cənnət Qarabağımız yenə cənnət olacaq.

Çingizlər, Mübarizlər böyüdən bu millətin,

Bir qarış torpağı da düşməndə qalmayacaq!

Bəli, şairin bu arzusu da artıq gerçəkləşib.O ümidlə yaşayırıq ki, bütün Qarabağımızda evlərimizin gur işığı yanacaq, hərbir insan öz isti ocağının başında yurd, torpaq itgisinin ağrı-acısınıunudacaqdır.

Biz Asim Yadigarın şeirlərində xalqıntarixi keçmişi ilə öyünmək duyğusu ilə yanaşı, bütün türk dünyasına da sonsuzsevgi və məhəbbəti görürük. Türk dünyasının tarixi qəhrəmanları, tarixi siyasixadimləri, qüdrətli söz adamları həmişə onu düşündürüb və o, bu böyük türkdünyasını sevə-sevə tərənnüm edib. Bu baxımdan biz onun "Türkün gücü” şeirini əngözəl poetik bir örnək kimi dəyərləndiririk. Şair bu şeirində sanki türkdünyası ilə nəfəs alır. Böyük alman filosofu Hegelin bir fikrini şeirinəepiqraf seçən şair düşüncələrini də bu sözün ətrafında cəmləyib. Hegel yazır: "Mən desəm ki, almanlar ağıllı millətdir,verin dünyanı almanlar idarə etsin, milliyətcəalman olduğum üçün məni qınayarlar, odur ki, deyirəm: "Dünyanı verintürklər idarə etsin, çünki türklər ən ədalətli və insaflı millətdir”.

Bu sözün özündə türk millətinin hər bir övladınınduya biləcək, fəxr edəcək bir duyğu, bir qürur,bir hiss var:

Haqq, ədalət pozulur

dünyanın həryerində,

Belə getsə qopacaq

dünya özmehvərindən...

Zamanın ağrıları

gah üzdə,gah dərində,

Bu dərdlərin əlacı

türk oğlutürkdə ancaq,

Dünyanı dərddən,qandan

ancaq türkqurtaracaq!

Bu şeirin hər bir bəndində türkün gücünə, ədalətinəsonsuz bir sevgi yaşayır. Hegelin sözü ilə şairin şeirdəki fikirləri üst-üstədüşür. Sanki şair dahi filosofun bu fikrindən istifadə edərək yola çıxıb və ürəyindənkeçən ən gözəl, ən xoş fikirləri şeirə gətirib:

Haqq, ədalətdeyirik! –

ədaləttürkdə olur,

Hünər, qeyrət, cəsarət,

dəyanəttürkdə olur,

İnsanlığa mərhəmət,

məhəbbəttürkdə olur,

Əbədidir, sönməzdir

türkünçatdığı ocaq,

Dünyanı dərddən, qandan

ancaq türkqurtaracaq!

Türk dünyasının tarixi qəhrəmanlarınınyoluna işıq tutan şair XX əsrdə də türk dünyasının böyük, dahi şəxsiyyətləryetirdiyini vurğulaması keçmişlə bu gününarasında bağlılığın olmasını bizə xatırladır. Yəni türk övladlarınındamarlarından axan qan əsrlər keçsə də yenə özünü türkün digər övladlarının qanında göstərir.Xalqın ağır, dar günündə yenə də Tanrı türkəAtatürk kimi, Heydər Əliyev kimi xilaskarlar yetirir ki, vətəniparçalanmaqdan, xalqı məhv olmaqdan qoruya bilsin:

Metesi, Atillası,

Tüymuru,Çingizi var,

Tarixin yaddaşında

türk möhürü,izi var,

Türk ədalət sevəndir –

öz hökmü, özsözü var.

Atatürk, Heydər olub

yolundaişıq, mayak,

Dünyanı dərddən, qandan

ancaq türk qurtaracaq!

Bu gün dünyada neçə-neçə müstəqil türkdövləti var. Bu dövlətlər və xalqlar arasında qırılmaz tellər var. Heç bir qüvvətürk birliyinə xələl gətirə bilməz. Onların adları ayrı olsa da soyları birdir,hamısı bir kökdən qidalanır:

Türk uyğur, qaraqalpaq,

qaqauz, türkmən,qazax...

Milyon-milyon türk oğlu

güvənibdir haqqabax,

Adı ayrı olsa da,

soyları birdir ancaq,

Bir kökdən qidalanır,

güc alır neçəbudaq,

Dünyanı dərddən, qandan

ancaq türkqurtaracaq!

Dünya türkə qənim yox,

dost olsa,qardaş olsa,

Ağrı-acılarına,

dərdinə sirdaşolsa,

İnsanların qəlbinə

sevgi, məhəbbətdolsa,

Türk bütün insanlığa

açar xoş üzləqucaq,

Dünyanı dərddən, qandan

ancaq türkqurtaracaq!

XXI əsr türk əsridir deyiblər. İnanırıq ki,bu əsrdə bir türk dövləti olaraq Azərbaycan da öz sözünü deyəcək, tarixin bütünsınaqlarından alnıaçıq, üzüağ çıxacaqdır.

Günay Şirəliyeva

Naxçıvan Müəllimlərİnstitutunun müəllimi,

Filologiya üzrə fəlsəfə doktoru, dosent