adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Sentyabr 2016 15:46
20579
ELM VƏ TƏHSİL

AŞPA nümayəndələri Qərb Universitetinə gəldi

Qərb Universiteti Gender AraşdırmalarıMərkəzində AŞPA nümayəndələri ilə görüş keçirilib.

 Azərbaycan Respublikası Milli Məclisi Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) "Zorakılıqdan azad qadınlar” Parlamentşəbəkəsi ilə birgə "Qadın səlahiyyətlərinin genişləndirilməsində və qadınlaraqarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda QərbUniversiteti Gender Araşdırmaları Mərkəzində görüş baş tutub.

Görüşdə AR Milli Məclisinin AvropaŞurası Parlament Assableyasındakı nümayəndə heyətinin üzvü, Avropa ŞurasıParlament Assambleyasının Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi, "Zorakılıqdanazad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova,Avstriya Parlamentinin və "Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsininüzvü Qizela Vurm, Andorra Parlamentinin və AŞPA-nın üzvü Silvia Bonet, AvropaŞurasının eksperti, Bosniya və Herseqovina Parlamentinin, eləcə də "Zorakılıqdanazad qadınlar” Parlament Şəbəkəsinin sabiq üzvü İsmeta Dervoz, Gender və məişətzorakılığı üzrə ekspert Monika Koçaqi (Albaniya), AŞPA Katibliyinin əməkdaşıElis Kornu, AŞPA Katibliyinin əməkdaşı Jeraldin Qrenet, Qərb UniversitetininGeder Araşdırmaları Mərkəzinin İdarə heyətinin üzvləri Fidan Fərəcova, LeyliQuliyeva, Rəna Babayeva, Pərviz Qurbanov, Afaq Həsənova, Elmira Hacıyevaiştirak edib.

Qərb Universitetinin rektoru Zenfira Məmmədovaqonaqları salamladıqdan sonra Gender Araşdırmaları Mərkəzinin yaranmatarixindən, fəaliyyətindən, genderin tədrisə inteqrasiyasından söhbət açıb.Rektor qeyd edib ki, Qərb Universiteti gənc, müasir universitet olmasınabaxmayaraq, hər zaman yenilikləri ilk olaraq tətbiq edən təhsil müəssisəsidir.

 Daha sonra çıxış edən Qərb Universitetinin GenderAraşdırmaları Mərkəzinin müdiri Kifayət Ağayeva Azərbaycan qadınlarınıncəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurlarıbarədə qonaqlara məlumat verib.

 Sonda görüş iştirakçıları xatirə fotosu çəkdirib.