adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Yanvar 2018 16:00
31094
MƏDƏNİYYƏT

Aşıq Vüqar infarkt keçirib

Şirvan aşıq mühitinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Aşıqlar Birliyinin üzvü aşıq Vüqar Mahmudoğlu infarkt keçirib. 

Aşıq Vüqarın oğlu Ələsgər Niftəliyevin saytımıza verdiyi məlumata görə, sənətkarın vəziyyəti ağırdır. "Atamın vəziyyəti qəfil pisləşdi, məlum oldu ki, infarkt keçirib. Gecə ilə o, Gömrük Hospitalına yerləşdirilib. Hazırda reanimasiyadadır. Həkimlərinin səylərinə baxmayaraq hələ də komadan ayılmayıb. Vəziyyəti çox ağırdır. Gözləyirik. Dualarınızı əsirgəməyin”-deyə Ə.Niftəliyev bildirdi.Qeyd edək ki, aşıq Vüqar 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub. Biz də tanınmış sənətkara Allahdan şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzu edirik.