30 Avqust 2023 11:45
1446
ŞOU-BİZNES

Arzu Kəlbi: “Kişilər həmişə məni çox istəyib”

Aparıcı Arzu Kəlbi açıqlaması ilə gündəm olub.

Adalet.az xəbər verir ki, onun “Qapqara” proqramında özü haqda yüksək fikri izləyicilərin marağına səbəb olub.

Aparıcı Kamran Ağabalayevin “nə yapışmısan bu milyonlardan?” sualına, “mən özüm də milyonluğam. Reytinqlərim milyonluqdur. Bir gün gəlib mənim haqqımda da proqram hazırlayacaqlar: Arzu Kəlbinin milyonluq vertalyotu. Hər şey ola bilər. Beynimizi nəyə proqramlaşdırırqsa, o baş verir. Gərək xoşbəxt insanlara baxasan. Ki onlar sənə gəlsin. Milyonlara baxasan ki, onlar nə vaxtsa sənin qismətin olsun.”

Peşəsindən ürək dolusu danışan aparıcı fikirlərini belə ifadə edib:

“Gözəl deyiləm, amma maraqlı qadınam. Doğrudan da bu belədir. Mövzularım maraqlı- çəkici olur. Adi bir gündəmsiz bir mövzunu partlayış edə bilərəm. Bunlardan əlavə qadın olaraq da çox maraqlıyam. Bunu deyib sözümün altından imzamı da çəkirəm (gülür). Məni həmişə qadınlar incidib. Kişilər həmişə məni çox istəyib. Mən də onları çox istəyirəm. Onlardan adama, pislik təhlükə gəlməz. Təbii ki, manyaklar istisnadır. Normal kişidən adama nə pislik gələ bilər ki?”

Əntiqə Kərimzadə