adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2020 09:00
103543
ƏDƏBİYYAT

Arzu Əsəd: Biz birlikdə güclüyük!















Milyardlarkilidlənib ekranların önünə,

Hamı heybətləbaxır bu Qiyamət gününə,

Birkabus ölüm saçır dünyanın üzərində,

Qorxu,şübhə, həyəcan ürəklərdə - dərində.

Ölüm ikiaddımda, ölüm bircə nəfəsdə,

Çırpınırhəyat deyə insanlıq bir qəfəsdə,

İradələrbuxovlu, ağıllar, qəlblər tutqun,

Varlıqcan çəkişmədə pəncəsində yoxluğun.

İndi buhəqiqəti can gözüylə görürük:

Bizbirlikdə güclüyük!

Bizbirlikdə güclüyük!

Bir ümidyanır- sönür Bakının üzərində,

Bir şüardalğalanır Alov qüllələrində,

BirLiderin dilindən bir ölkəyə yayılır –

Azərbaycanhər səhər bu ümidə ayılır-

Ağıllarıram edir, qəlblərə hüzur olur,

Hər evə,hər qapıya yetişir, Xızır olur,

Bugecikmiş baharın ilk əsintisi kimi

Açılırkönüllərdə bir təsəlli iqlimi,

Buümidin bətnində çırpınır uşaq, böyük-

Bizbirlikdə güclüyük!

Bizbirlikdə güclüyük!

Omodern,o parlayan,gurlayan dünya hanı,

RaketləriAllaha tuşlayan dünya hanı?

İndi beləboş, miskin, belə lal, belə həzin,

Qarşısındaçarəsiz bir gözəgörünməzin!

Hanıinsan övladı fövqəlgüc olacaqdı?

HanıAllaha şərik Postinsan doğacaqdı?

Hanı o ənböyüklər, hanı o ən güclülər?

İndi bu ənzəifin önündə gücsüzdülər;

Fitrətdənuzaqlaşıb təkləşirsək ölürük,

Bizbirlikdə güclüyük!

Biz birlikdə güclüyük!

Uzun,incə bir yolun hələ əvvəlindəyik,

Siratkörpüsündəyik, zaman tunelindəyik.

Gün məsuliyyətgünü, an sayıqlıq anıdır,

Bəlahardan gəlsə də Haqqın imtahanıdır.

Azərbaycanevdədir, Azərbaycan bir evdir,

Bu günqınına yatan sabah bir iri devdir.

Zamanıoxumalı, ayıq,sayıq olmalı,

Giribana bətninə yenidən doğulmalı

Yeniləşəndünyada – daha gur, daha böyük –

Bizbirlikdə güclüyük!

Bizbirlikdə güclüyük!

Xalqım!Qorxub sıxılma ürəyinin küncünə,

İnanvarlığındakı yaradılış gücünə.

Səninbir Sahibin var, ömrün bir hədəfi var,

Budünyada hər Şərin bir Xeyir tərəfi var;

Kibrinayırdığını bəla birləşdirəcək,

Tarixqabıq dəyişir- Yeni dünya gələcək!

Zamanınbuxovundan sıyrılacaq o qüdrət,

Çıxacaqbu bəladan, dirçələcək bu millət –

Sənin əzmin,idrakın düşündüyündən böyük,

Bizbirilikdə güclüyük!

Bizbirlikdə güclüyük!