adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Fevral 2023 18:15
1933
MÜSAHİBƏ

“Artsax"a himn yazan,  AYB “üzvü” Vardan Akopyanın xəyanəti - İlham Cəmiloğlu ilə MÜSAHİBƏ

Erməni mediasına nəzər salarkən “Artsax” Yazıçılar Birliyinin sədri, Ermənistanın əməkdar mədəniyyət xadimi, Qriqor Narekatsi Universitetinin rektoru, t.ü.f.d., professor VardanAkopyan vəfat edib. Vardan Akopyan “Artsax” respublikasının dövlət himninin müəllifidir.

O, yeddidən çox kitabın və bir çox elmi məqalənin müəllifidir” xəbəri diqqətimizi cəlb etdi. Separatçıların birçoxunu hələ Xankəndidə yaşayarkən yaxından tanıyan tanınmış yazıçı- jurnalist İlham Cəmiloğluya müraciət etdik. İlham müəllim, cəmiyyətimizin bu separatçını yaxından tanınması üçün bildiyi bütün bilgiləri  Adalet.az -ın oxucuları üçün  bizimlə bölüşdü.

 

-İlham müəllim, ermənilərin kədərlə adını qeyd etdikləri Vardan Akopyan deyəsən, Qarabağ ermənisidir?

 

- Əvvəlcə qeyd edim ki, Azərbaycan torpağının çörəyini yemiş, suyunu içmiş havasını udaraq korlamış bir xaindir, şovinistdir. Vardan Akopyan 1948-ci ildə Hadrut rayonun Arpagədik kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda keçmiş Lenin adına Azərbaycan Pedaqoji İnstitutda ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra onun təyinatı başqa rayona verilib.Amma o vaxt respublikamızdakı ermənipərəst gözəgörünməz qüvvələrin sayəsində Vardan Akopyan təyinat yerdəyişməsinə nail oldu və şovinizmlə yiğrulmuş təxəyyüllərini doğulduğu Qarabağda həyata keçirmək üçün Dağlıq Qarabağ Muxtar Vilayətinə dönüb. Xankəndi onun İlk əmək fəaliyyətinə başladığı məkan olub. Burda o ali təhsil ocağımızdan əxz etdiyi biliklərlə partiya komitəsinin orqanı olan “Sovetskiy Karabax” qəzetində ədəbi işçi olaraq şovinizmə xidmətə başlayıb.

 

-O vaxt Sovet Azərbaycanında vəzifədə azərbaycanlılara yanaşı ermənilər də vardı. Yəqin ki, Vardandakı azərbaycanlılara qarşı nifrəti onlar hiss edə biliblər...

 

- Ümumiyyətlə, Qarabağ erməniləri hər zaman azərbaycanlılara qarşı nifrətlə böyüdülüb, amma o qədər hiyləgər idilər ki, bu nifrəti gizli saxlaya bilirdilər. Hətta o dərin nifrətlə özlərini dost da göstərməyi bacarırdılar. Sovet rejiminin asıb-kəsən vaxtlarıolmasına baxmayaraq Akopyanın yazılarında sətiraltı olaraq qatı millətçilik özünü tez-tez biruzə verib. Vilayət rəhbərliyində işləyən millətçi ermənilər üçün Vardan Akopyan əsl “patriot” sayılıb və onun da irəli getməsinə şərait yaradılıb. Bununlada o, qısa müddətdən sonra qəzetdə şöbə müdiri, daha sonra isə redaktor müavini vəzifələrinə irəli çəkilib. Hətta 1983-cü ildə Azərbaycan Yazıçılarİttifaqının Dağlıq Qarabağ Muxtar Vilayəti filialına məsul katib təyin edilib.

- AYB-nin rəhbəri yazıçı dramaturq İmran Qasımovun vaxtında...

 

-Əslində bu məsələdə sovet təbliğatının böyük təsirini və ermənilərdən ibarət yüksək vəzifə sahiblərini hədəfə almaq daha düzgün olardı. Ermənilər yüksək vəzifəyə birbaşa Moskvadan təyin edilirdilər.

 

- Deməyim odur ki, niyə axı, İmran Qasımov kimi bir yazıçı, bir mütəfəkkir insan Vardanın cılız bir şovinist olduğunu hisset məyib, anlaya bilməyib...

-Bayaq dedim axı... hiyləgərdirlər, bu hiyləgərlik bu millətin qanındadır, təbiətindədir. Onlar bunu gizlətməyi gözəl bacarırdılar. Akopyan Bakıda ezamiyyətlərdə olarkən özünü beynəlmiləlçi kimi göstərib, xalqlar dostluğundan ağız dolusu danışıb. Kim onun iç dünyasında hansı fəsadların olduğunu anlayardı ki...

 

- Bəs saf Azərbaycan nə vaxt anladı ki, bu yazıçı türk qanına həris bir çaqqaldır?

 

–- 1988-ci ildə əsl simasını biruzə verib. İnsan 40 il içindəki nifrəti necə mükəmməl şəkildə gizlədə bilərmiş...Təşəvvür edin ki, Dağlıq Qarabağda erməni hərəkatı başlananda Akopyan bu hərəkatda olan ən fəal üzvlərdən birinə çevrildi. “Krunk”un ideoloji bölməsinin rəhbəri Xankəndi ipək fabrikinin partkomu, Robert Koçaryan, sədr müavini isə qatı millətçiliyi nəzərə alınaraq Akopyan seçilib.


- Koçaryan, Serj Sarkisyan, Seyran Ohonyan, Samvel Karapetyan, Kamo Ağacanyan , Zori balayan qədər qatil bir erməni... 

- Xankəndi tikinti materialları kombinatının direktoru və 1988-ci ildə Xankəndi şəhərində yaradılmış Krunk adlı terror təşkilatın rəhbəri Arkadi Manuçarovla yaxın dost, əqidədaş olub. Akopyan öz şəxsi mənafeyini də unutmayıb. Azərbaycanın hesabına zənginləşən Manuçarov “səxavətini” Akopyandan əsirgəməyib ki, bu da millətçi şairi Azərbaycan əleyhinə təbliğatda daha da “ilhamlandırıb”.
 


- Yəqin ki, o hərəkatdan sonra şovinist yazar daha geniş əl-qol açır, Azərbaycana qarşı daha çirkin iftiralar yazıb?


- Akopyan 1989-cu ildə “Artsax” jurnalını və “Artsax” nəşriyyatını təsis edib. 1991-ci ildə o, “Artsax” Yazıçılar İttifaqının sədri vəzifəsinə sahib olub. Bunlarla yanaşı, Vardan Akopyan Xankəndi şəhərində “Qriqor Narekatsi” universitetini də yaradaraq onun rektoru olub. Qondarma “DQR”-in himnini öz “şah əsəri” adlandıran Akopyan bu “himn”in sözlərinin müəllifi olmaqla özünü toxunulmaz şəxs sayıb. Həqiqətən də Vardan Akopyan 1988-ci ildən bu günə qədər Dağlıq Qarabağda erməni “lider”lərin konfliktlərindən, çəkişmələrindən, həbslərindən, qruplaşmalarından, bir-birlərinə qarşı terrorlarından hiyləgərliyi sayəsində özünü “qoruya” bilib. İstənilən vəziyyətdə simasını dəyişməyi, özünə sərf edəcək mövqeni seçməyi, mənafeyinə uyğun əyilməyi bacaran Akopyan bu illər ərzində hamıya “yararlı” olmağa müvəffəq olub.

 

Bütün bunlara görə də özünü Qarabağ ermənilərinin əsgəri sayan Vardan Akopyan “Qaregin Njde” medalı ilə təltif olunub.

- “Qaregin Njde” medalı?

 

-Bəli, 2001-ci ildə qarabağlı qatil erməni, prezident Köçaryan Ermənistanın dövlət mükafatlarının siyahısına daha bir mükafat əlavə etdi. Köçəryan özünün də qidalandığı faşist ideologiyasıın daşıyıcısı və hərbi cinayətkarın adı ilə bağlı “Qaregin Njde” medalı idi. Faşist təfəkkürlü Ermənistan rəhbərliyinin bu adda mükafat təsis etməsi heç də təəccüblü deyil. Təəccüblü olan başqa məsələdir. Mükafatın nizamnaməsində konkret olaraq qeyd edilib ki, medal Ermənistan silahlı qüvvələrində xüsusi xidmətləri olan zabit və gizirlərə təqdim olunur. Belə olan halda qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma yazıçılar ittifaqının sədri Vardan Akopyan bu medalla necə təltif olunub?
Əlbəttə, ermənilər bu məsələyə də çox asanlıqla don geyindiriblər, Vardan Akopyanın qələmini silah sayaraq onu Dağlıq Qarabağın “mərd əsgəri” kimi dəyərləndiriblər.Özünü Qarabağ ermənilərinin əsgəri sayan Vardan Akopyan “Qaregin Njde” medalı ilə təltif olunub.


2015-ci ildə qondarma “DQR”-in “yazıçılar ittifaqı”nın 5-ci qurultayı keçirilib. Vardan Akopyan “ittifaq”a yenidən sədr seçilib. Həmin qurultayda o, “DQR”-də ədəbi mühitn yüksək səviyyədə olduğunu vurğulayıb, “respublika”nın şair və yazıçılarına vətənpərvərlik mövzusuna daha çox yer vermələrini tövsiyə edib.

-Öldü...)))

- Bu torpağa, bu dövlətə xəyanət etdiyi üçün Allah onu bağışlamaz!

-Maraqlı müsahibəyə görə, təşəkkür edirik! 

Əntiqə Rəşid