"Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik" - Əli Əsədov
"Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür. Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox (2026 - 3.5 mlrd.manat) vəsait ayrılıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Baş nazir Əli Əsədov deyib. O bildirib ki, bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir:
"Bunları nəzərə almalıyıq. Hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni (8.7 mlrd.manat) təşkil edir. Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Cənab Prezident tərəfindən hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır".
Digər Xəbərlər
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
17 Sentyabr 2026 11:55
2026-cı ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansında nələr dəyişib?
17 Sentyabr 2026 09:44


Bakı -°C

