adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Yanvar 2022 09:48
268
HADİSƏ

Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib - FOTO

Amerikalı aktyor, bodibilder və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə yolsuzluq avtomobilində ağır qəza törədib.

Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, 74 yaşlı aktyor "GMC Yukon" markalı avtomobiliylə "Toyota Prius"la toqquşub. "Terminator" ulduzunun yolsuzluq avtomobili "Priusun" damına çıxıb, daha sonra digər bir avtomobili də zədələyib.

"Toyotanın" sürücüsü xəstəxanaya çatdırılıb. Şvartsenegger özü heç bir xəsarət almayıb.(trend)