adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Oktyabr 2019 16:30
25808
SİYASƏT

Arif Hacılıdan birgə dəyirmi masa təklifi - Müxalifətin birlik mövzusu yenidən aktuallaşıb

Müsavat Partiyasınınbaşqanı Arif Hacılı isə özünün facebook səhifəsində yeni təklif irəli sürüb.Arif Hacılı yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiyarəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.

Arif Hacılı sonraqeyd edib: "Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətininəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdənçıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər,Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, HikmətHacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimləriniştirakı ilə açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”.

Müsavatbaşqanının siyahının başında Əli İnsanovun adını yazması maraqla qarşılanıb vəsosial şəbəkədə müzakirələrə yol açıb. Bəziləri bunu Müsavat başqanının müxalifqüvvələri sabiq nazirin ətrafında cəmləşdirməyə çağırması kimi qəbul edib.

Adalet.az məsələ ilə bağlı siyasilərin fikirlərini öyrənməyəçalışıb

A.Hacılınındəyirmi masa təşəbbüsündəki siyahıda adı qeyd olunanlardan Hikmət Hacızadə mətbuataaçıqlamasında belə müzakirələrə, dəyirmi masa keçirilməsinə ehtiyac var: "Şəxsənmən iştirak etməyə hazıram. Çünki ölkədə ciddi problemlər var, insanlarda bir gərginlikvar, insanların böyük bir hissəsində narazılıq müşahidə olunur. Bir sözlə,problemlər çoxsaylıdır. Biz ölkəmizin vəziyyətini bir araya gəlib müzakirə eləməliyik.Biz həqiqi islahatlar istəyirik. Biz inzibati sistemdən azad rəqabətli sisteməkeçmək istəyirik, ölkədə ədalətli məhkəmə sisteminin qurulmasını istəyirik,demokratik seçkilərin keçirilməsini istəyirik. Bütün bu və digər ciddi məsələlərinmüzakirəsinə, mövqe ifadə edilməsinə, birliyə ehtiyac var. Ona görə də də təklifolunan müzakirələri lazımlı bilirəm. Çağırsalar iştirak edəcəyəm”.



REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirdi ki, partiyanın sədrinin adınınsözügedən siyahıya daxil edilməsindən və irəli sürülən təklifdən məlumatlıdırlar:"Birlik modelindən danışmaq hələ tezdir. Çünki bu günə qədər Azərbaycandaçoxsaylı birlik modelləri olub, lakin ciddi effekt vermədiyini görmüşük. Amma dəyirmimasanın keçirilməsi və müzakirələrin aparılması, cəmiyyətə xeyir verəcəkkeyfiyyətli müzakirə ortamının olması mümkündür. Bizim orada iştirakımızlabağlı İdarə Heyətinin toplantısında müzakirə aparıldıqdan sonra qərar veriləcək.Yəni nə İlqar Məmmədovun, nə də icra katibi kimi mənim təkbaşına qərar qəbuletmək səlahiyyətimiz yoxdur. Arif Hacılının çağırışı ilə bağlı müzakirəaparılacaq və qərar veriləcək. Bundan sonra İlqar Məmmədov tərəfindən Arif bəyəcavab olacaq”.



Ümid Partiyasının sədri İqbal Ağazadə Arif Hacılının bu təşəbüsünü müsbət qiymətləndirib:"Mənli də, mənsiz də müxalifətdən kim idarəyə gəlirsə, kim problemləri müzakirəedirsə, kim cəmiyyətin daha yaxşı olması üçün çalışırsa, mən onların hamısını dəstəkləyirəmvə hamısından bu istiqamətdə daha geniş fəaliyyət göstərməklərini istəyirəm. Məndəvət olunan hər bir yerdə iştirak edə bilərəm, problem deyil, amma yenə dədeyirəm, mənim çağrılmamağım da məni rəncidə etmir, incitmir. O, belə görür, buadamlarla iş görmək istəyir.


AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, adətən iqtidarın müxalifətə qarşınövbəti təqib və təzyiqindən sonra ictimaiyyətdə birləşmə barədə tələblərartır. Adətən cəmiyyətdən gələn belə tələblər rasional deyil, emosionalxarakterli olur. Çünki müxalifətin birləşməsi və vahid məqsəd uğrunda vahid cəbhəşəklində mübarizə aparması ideyası insanlara xoş gəlir. Odur ki, belə tələblərdönəm-dönəm kütləvi şəkildə səsləndirilir: "Mən də əslində o fikirdəyəm ki,müxalifət mübarizəni birgə və koordinəli şəkildə aparsa daha səmərəli olar, nəticədə daha tez əldə edilər. Ancaq burada bir çox nüanslar mövcuddur ki, adətənbunlar ictimaiyyət tərəfindən nəzərə alınmır. Elə buna görə də bu tələblərreallaşa bilmir. Məsələn əgər söhbət müxalifətin böyük birliyindən gedirsəburada müxtəlif partiyaların və onların liderlərinin səmimiliyindən, partiyastrukturlarının bu birliyin işindəki aktivliyindən, cəmiyyətin və beynəlxalq aləminbu birliyə münasibətindən və sair bunun kimi məsələlərdən çox şey asılı olur. Təəssüfki, Azərbaycan siyasi səhnəsində bu günə kimi mövcud olan demək olar heç birsiyasi birlik və bloklarda bu amillər tam mənada öz əksini tapmayıb. Ona görə dətəəssüflə qeyd etməliyəm ki, bu siyasi blokların heç bir ciddi siyasi uğuruolmayıb. Tam əksinə, bu birlik və blokların sonradan dağılması nəticəsindəmüxalifət arasında daha dərin uçurumlar yaranır. Bu da öz növbəsində siyasimübarizəni müxalifət daxilinə daşıyır vədüşərgənin daha da zəifləməsinə gətirib çıxarır”. Partiya sədrinin sözlərinə görə, siyasi mübarizədəəsas həlledici faktorun xalq faktoru olduğunu nəzərə alanda isə o zaman əgərxalqdan hansısa çağırışlar gəlirsə, xalqdan gələn səsə qulaq vermək və sosialsifarişi ən yaxşı formada icra etmənin yollarının tapılması zərurəti ortayaçıxır: "Əgər istəyiriksə ki, xalq bizi dəstəkləsin və nəticədə qalib etsin, onuöz yanımıza almanın yollarını tapmalıyıq. Xalqdan gələn hər sosial sifarişiirrasional adlandırıb iqnor etməklə heç bur uğur əldə edə bilmərik”.