adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Oktyabr 2014 15:38
4117
SİYASƏT

Arif Hacılı partiyadan gedənlərə müraciət edib

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyadan gedənlərə müraciət edib.

Adalet.az-ın məlumatına görə, A.Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib ki, o, partiyada heç kəsin tərəfdarı deyil. Başqan bildirib ki, hamı birlikdə fəaliyyət göstərməlidir.

O, Qubad İbadoğlunun təqdim etdiyi arayışa Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) rəyinə toxunaraq bildirib ki, bu rəydə başqanlığa seçkinin azad və demokratik keçdiyi qeyd olunub.

Qeyd edək ki, Müsavat Partiyasının bir qrup fəalı partiya başqanlığına seçkilərdə pozuntuların olduğunu iddia edir. Partiya daxilində narazı qüvvələrin fraksiya yaradacağı da gözlənilir.