adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Sentyabr 2018 12:20
65164
MƏDƏNİYYƏT

“Araz Əlizadə böhtan atır” – Sayman Aruzdan CAVAB


Bu yaxınlarda millət vəkili Araz Əlizadənin "Ədalət”qəzetində müsahibəsi yayımlanmışdı. Müsahibə gənc yazarların narazılığına səbəbolmuşdu. Millət vəkili eyni zamanda müsahibədə Yazıçılar Birliyinin CənubiAzərbaycan bölməsinin sədri Sayman Aruz haqqında da tənqidi fikirlərinisöyləmişdi. Sayman Aruz redaksiyamıza tənqidə cavabını göndərib. Adalet.azhəmin cavabı oxucuların diqqətinə çatdırır.


Deputat Araz Əlizadənin

Ədalət qəzetinə verdiyi "müsahibə"sinə

cavab kimi

Araz Əlizadənin "müsahibə"sini oxudum. Qətitəəccüblənmədim. Bununla neçənci dəfədir ki, onun Yazıçılar Birliyi, RəsulRza, Xalq yazıçısı Anar, Süleyman Rüstəm və mənim haqqımda böhtan dolu dediklərinə rast gəlirəm. Ona görə də bu məqamda müəyyən məsələləri qeydetmək yerinə düşər.

Deputat olmaq kimsəyə bu haqqı vermir ki,kiminsə barəsində ağıl və ədəbdən kənar dilinə gələni desin. A.Əlizadəninşəxsiyyəti və savadı hər kəsə bəllidir. Adını Google axtarış sistemində yazankimi hansı yazıların çıxdığını hər kəs sınaya və görə bilər. Maraqlıdır ki,A.Əlizadənin ictimai-siyasi fəaliyyətlərindən müsbət mənada danışan bir yazıyabelə rast gəlmək mümkün deyildir. ("ARAZ ƏLİZADƏ QADINDIR,YOXSA KİŞİ?!” – Namizəd ..., Araz Əlizadə: "Rəsulzadə Azərbaycan üçün heç nə etməyib...”, Araz Əlizadənin atası məhkəmədə Əbülfəz Elçibəyin üzünə ..., "Araz və Zərdüşt Əlizadə farsdır, onların atası..." - Hafiz .., "Sosial şəbəkələrdənormal adamlar olmur” – Araz Əlizadə və s.)

İctimai-siyasi kariyerasının acı sonunayaxınlaşan, müqəddəs ocağımız Azərbaycan Yazıçılar Birliyi, onun rəhbərliyi,üzvləri və Güney Azərbaycan Ədəbiyyatı Şöbəsinin uğurlu fəaliyyətini görməkistəməyən, Koroğluya, Şah İsmayıla, Nəbiyə, Məmməd Əmin Rəsulzadəyə təhqirləryağdıran, türkü özünə düşmən hesab edən biradamın belə "müsahibə”lər verəcəyi əslində gözləniləndir. Babəkə, Koroğluya,Şah İsmayıla, Rəsulzadəyə fars deyən, Türk dünyasına Firdovsinin şovinist gözüilə baxan Milli Məclisin deputatı Azərbaycan gənclərinə istedadsız, sosialşəbəkə istifadəçilərinə anormal deyir, Bəxtiyar Vahabzadədən tutmuş SəmədVurğuna qədər qarşısına çıxan bütün alim-yazarlarımızı aşağılayır. Təəssüflərolsun ki, nə bir millət vəkili, nə ictimai xadim, nə də bir ədəbiyyatçı kimiuğur qazana bilməyən bu fərd, gündəmə məhz təxribat dolu müsahibələrlə gəlməkistəyir. Min təəssüf ki, vaxtilə Anarların, Vaqif Səmədoğluların, BəxtiyarVahabzadələrin oturduğu kreslolarda, Nizami Cəfərov, Rafael Hüseynov, İsaHəbibbəyli, Elmira Axundova kimi alimlərin təmsil olunduğu Milli Məclisdə bugün Azərbaycan cəmiyyətini istedadsız, tarixsiz, keyfiyyətsiz cəmiyyət hesabedən A.Əlizadə də təmsil olunur.

Ən düşündürücü məqamlardan biri də budurki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və Azərbaycan prezidenti İlhamƏliyevin iştirakı ilə təntənəli şəkildə 100 illiyini qeyd etdiyimiz Bakınınazadlıq bayramının səbəbkarından biri olan Nuru Paşaya da rəhm etmir. Əlinə fürsət düşən kimiAzərbaycan və Türk dünyasına aid hər şey və hər kəs haqda iftira dolu çıxışlaredir. Daxilində daşıdığı Türk düşmənliyini müxtəlif formalarda büruzə verəndeputat, hətta öz deputat həmkarlarına da iftira atmaqdan çəkinmir. Nuru Paşaya"qızıl hərisi” xitab edərək, alim-deputat Fazil Mustafanın adından sui-istifadəedib Nuru Paşaya şər-böhtan atır, sonda isə üzr istəməyə məcbur qalır:

"Araz ƏlizadəBakını xilas edən və Cümhuriyyətimizin mövcud olmasında böyük əməyi olan türkkomandanı Nuru Paşanın da əleyhinə ifadələr işlədib. Jurnalistin hansı mənbəyəistinad etməsi ilə bağlı sualı qarşısında isə deputat özünü gülünc vəziyyətəqoyaraq, həmkarı Fazil Mustafanın adını çəkib:"Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilasetdilər. Bu faktı unutmayın: Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnəqədər yerindən tərpənmirdi. Fazil Mustafanın bu haqda elmi məqaləsi var. NuruPaşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərəqarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılıçatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

F.Mustafanın ona cavabı isə gecikməyib. Öz facebooksəhifəsində paylaşdığı statusunda o, A.Əlizadənin üzr istədiyini bildirib:"Media quruluşlarından, ayrı-ayrı vətəndaşlardanzənglər olur ki, həqiqətənmi sizin belə bir məqaləniz var? Əlbəttə ki, yoxdurvə ola da bilməz. Çünki illərdir Nuru Paşanın haqqının tanınması üçünhərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmammümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq bu, bir böhtandır vəəgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından birneçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuru Paşanın adınıçəkərdim. Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməniqətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür.Maraqlıdır ki, bir neçə dəqiqə öncə Araz Əlizadə zəng edərək mənim adımı yanlışolaraq müsahibədə çəkdiyinə görə üzr istədi”. https://publika.az/news/nida_xeber/186204.html

Gördüyünüz kimi A.Əlizadə üçün böhtanatmağın heç bir sərhəddi yoxdur. O, öz atasını böyük alim-tərcüməçi hesab edir.Atasının Azərbaycan dövlətçiliyinə olan xidmətlərindən danışır. M.Əlizadənin müəyyən xidmətlərini danmaq mümkündeyildir, ancaq paradoks buradadır ki, o boyda alimin oğlu siyasətdəniyə belə qəribə açıqlamalar verir?! A.Əlizadənin siyasətdə hansı mövqedəolmağı Azərbaycan xalqına hələ də bəlli deyil.

Elə bu gün sosial şəbəkədə, daha dəqiqFacebook-da Azərbaycan tarixi adlı səhifədə qəribə bir məlumata rast gəldim.Sən demə, bayaqdan yuxarıda bəh-bəhlə təriflədiyimiz Araz Əlizadənin atasıMəmməd Mübariz Əlizadə 1975-ci ildə Əbülfəz Elçibəyin məhkəməsində KQB sifarişiilə onun üzünə duranlardan biri olub.Məhkəmənin sonunda hakim ƏbülfəzElçibəyə üzünü tutaraq "Son sözünüz nədir?" deyəndə mərhum Azərbaycanprezidenti Əbülfəz Elçibəy belə cavab verib: "Mənə son sözüm üçünayırdığınız 5 dəqiqəni bu kişiyə verin, çıxış edib özünü bir az da biabıretsin!"

Bir çox şeylər var ki, irs kimi nəsildənnəsilə keçir. Əsl-nəcabət, kökdən, genetikadan irəli gələn böyük mirasdır ki,nə universitetdə, nə də heç bir məclisdə kreslo kimi onları kiməsə pay verməkolmaz. Eyni zamanda keyfiyyətsizlik də irsi bir xəstəlikdir. Böhtan atmaq,təhrif etmək, həqiqəti danmaq, yalan danışmaq və bir çox zəif insanlara məxsuskeyfiyyətlər var ki, göründüyü kimi genetik olaraq nəsildən nəsilə irsi keçir.

A.Əlizadə öz "müsahibə”sində atası haqdadeyir: "Nizamini Azərbaycan xalqına qaytarıb. Ovaxtı atam deyəndə ki, Nizami Azərbaycan şairidir, Yazıçılar İttifaqındakı birqrup atamın əleyhinə çıxırdılar. Nizami Gəncəvini həm onlar, həm də dünya farsşairi kimi tanıyırdı. Atama qarşı da buna görə hücumlar olurdu. Əsasən dəSüleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza. O zaman Səməd Vurğun etirazmövqeyində idi. Səməd Vurğun bizə gəldi, atamla söhbətləri oldu. Daha sonraböyük şair getdi Mərkəzi Komitəyə, məsələni həll elədi. O vaxt qərar verdilərki, Nizamini ordenli şairlər tərcümə etsin. O cümlədən Süleyman Rüstəm, MəmmədRahim və Rəsul Rza (gülür)”.

Onun sözlərindən beləçıxır ki, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza və Səməd Vurğun NizaminiAzərbaycan şairi bilmirdilər və sən demə atası M.Əlizadənin səyləri nəticəsindəNizami Azərbaycan şairi kimi tanınıb! Eyni zamanda M.Əlizadənin etdiyi Firdositərcüməsi də o dövrdə birmənalı qarşılanmayıb və şərqşünas alim Rüstəm Əliyevhəmin tərcümə haqda kifayət qədər öz iradlarını bildirmişdir. O, GüneyAzərbaycan Ədəbiyyatı Şöbəsini özünə böhtan hədəfi kimi seçir, amma uzun illərYazıçılar Birliyinin Güney Azərbaycan üzrə katibi işləmiş xalq şairi BalaşAzəroğluna "Balaş Azəri” deyir. Həm də neçə vaxtdır zehnimi məşğul edən birsualı təkrarlamaq istəyirəm: görəsən mənim Xaqani haqqında yazdıqlarım,tərcümələrimdir Araz Əlizadəni danışdıran, yoxsa başqa bilinməyən məsələr dəvar ki, hər iki aydan bir müxtəlif bəhanələrlə Yazıçılar Birliyi və mənim adımıçəkərək aşağılamağa çalışır?

A.Əlizadənin dediyinəinansaq, Mərkəzi Komitə Nizaminin tərcüməsini ordenli şairlərə tapşırır. Əvvəlamərkəzi komitə missiyanı o dövrün məhz ordenli deyil, tanınmış peşəkarşairlərin öhdəsinə qoyur. Hər kəsə məlumdur ki, Süleyman Rüstəm, yubileykomissiyasının sədr müavini və Yazıçılar Birliyinin sədri olan Rəsul Rza vəSəməd Vurğundan fərqli olaraq rəhmətlik M.Əlizadə orta səviyyəli bir şair idi. Bəs necə olur ki, Nizamini onutərcümə edən Süleyman Rüstəm, yubiley komissiyasının sədr müavini Rəsul Rza vəSəməd Vurğun deyil, M.Əlizadə Azərbaycan xalqına qaytarır? Ya məgər NizamiAzərbaycan-Türk xalqından alınmışdır ki, kimsə də onu qaytarsın? Hər bir ağlıbaşında olan və Nizamini oxuya bilən şəxs elə Nizaminin öz kitabında "pedər bərpedər mər məra Tork bud”, yəni "atam və atamın ataları da Türk idilər” kimimisralara görüb onun Azərbaycan türkü olduğunu başa düşə bilər. Faktlardan dabəlli olduğu kimi A.Əlizadə Azərbaycanın nə yaxın, nə də uzaq tarixini bilmirdeyə ona bir tarixi faktı xatırlatmaq istəyirəm. Ey Araz Əlizadə, sənin farshesab elədiyin Məmmədəmin Rəsulzadə hələ 100 il bundan öncə Nizami GəncəvininAzərbaycan-Türk şairi olduğunu yazmşdı.

Mütəxəssislər bilirlərki, sadəcə sətri tərcümə etmək ilə Nizami kimi dühanın haqqını vermək olmaz?Hər kəsə məlumdur ki, İranda yaşayan 80 milyon vətəndaşın 80 milyonu dafarscanı Nizamini sətri tərcümə edəcək qədər bilir. Önəmli olan sətiraltını,sətirlərin məna qatında olanları tərcümə etməkdir ki, o da hər adamın işideyildir.

Mənə elə gəlir ki,A.Əlizadənin içində müvəffəq və milli adamlara qarşı böyük bir paxıllıq hissivardır. Müsahibəsində deyir: "Baxın... Anarı götürək. Anar mənim çox sevdiyimyazıçıdı. Amma o 70-ci illərdə qurtardı. Daha onun maraqlı bir əsərinigörmürəm. Bircə Elçin qalıb ortada. Elçin mənimlə qonşu idi, Hüsü Hacıyevküçəsində.”

Görünür Araz Əlizadəninnə Azərbaycan ədəbiyyatı, nə mədəniyyəti, nə dəkino sahələrində baş verən prosseslərdən qətiyyən xəbəri yoxdur. Bəlkədə onun qonşusu olmaq lazımdır ki, hansısa bir əsəri oxuya, qiymətləndirəbilsin. Anarın yazdığı roman, hekayə, ssenari və əsərləri haqda çəkildiyiuğurlu filmlərin demək olar ki, böyük əksəriyyəti 70-ci illərdən sonra başverib. Necə olar ki, son əlli ildə ədəbi-mədəni mühitdə baş verənləri hansısabir partiya rəhbəri, millət vəkiligörmür? Cavab çox sadədir: 70-ci illər əslində Araz Əlizadənin bitdiyidönəm idi. Onun ictimai-siyasi məlumatı 70-ci ildə donub qalıb, heç bir inkişafetməyib. İndi gördüyümüz A.Əlizadə ilə əlli il qabaqkı A.Əlizadənin təkcə birfərqi var. O da yaşının çoxalması, ictimai-siyasi kariyerasının sona çatmasıdır. Yoxsa "Kərəm kimi, ”"Ağ qoç,qara qoç”, "Vahimə”, "Dantenin yubileyi”,"Göz muncuğu” kimi nəsr əsərləri, "Ötənilin son gecəsi”,"Dədə qorqud”, "Evləriköndələn yar””Otelotağı” "Üzeyir ömrü”, "Cavid ömrü” və"Sübhün səfiri” və s. kimi ssenari müəllifi vəquruluşçu rejissor olduğu bədii filmləri nə kimsə görməzdən gələ, nə də ki,unuda bilər.

Maraqlıdır ki, işdibirdən millət vəkili kimi səfər etdiyi Avropada, Amerikada hansısa bir xariciölkələrin deputatı Azərbaycan ədəbiyyatın tanınmış simaları haqda soruşsa o nəcavab verəcək? Vəkili olduğu millətin ədəbiyyatı və mədəniyyətindən necəmüdafiə edəcək? Hansı mütaliə və savad ilə öz ölkəsinin gənclərini müdafiə vətəqdim edəcək? O ki klassikləri oxumayıb, gəncləri isə istedadsız hesab edir!Öz müsahibəsində isə jurnalistin (Ayxan Ayvaz – red):

"Müasiryazıçılarımızdan kimləri oxuyub bu qənaətə gəlmisiniz?” sualına belə cavabverir:

- Kimsə gəlib deyir ki, bax, bu kitabyaxşı kitabdır, götür bax. Açıb baxıram, vərəqləyirəm, görürəm ki, o deyil. Mənaxı onları necə yadda saxlayım? Yadda saxlamalıyam?

- İmza sizi çəkmədiyi üçün yaddaqalmayıb?

- Yazısı xoşuma gəlmədiyi üçün imzasıda yadımda qalmır.

Yəni hansısa bir kitabıoxumaq üçün hansısa bir işi görmək üçün A.Əlizadəyə mütləq kimsədən sifarişgəlməlidir. Göründüyü kimi o ya milli yaddaşını itirdiyi kimi ədəbi yaddaşınıda itirib, ya da özü bilərəkdən özünü yaddaşsız göstərir. Hər iki halda da onunMilli Məclisdə oturmağı təhlükəlidir. İşdi birdən xalqımız, tariximiz vəxüsusilə də Qarabağla bağlı hansısa bir sənədi hardasa ya unudar, ya dabilmədən hansısa bir sənədə qol çəkər ki, o zaman həm özünü, həm də dövlətimiziçıxılmaz vəziyyətə salar bilər. A.Əlizadədə Azərbaycan Yazıçılar BirliyininGüney Azərbaycan Şöbəsinin son 10 ildə gördüyü saysız-hesabsız uğurlufəaliyyətlərini, o cümlədən üç Güney Azərbaycan şeir antologiyası, 22 nəsr vənəzm kitabı, iki Türk dünyası şeir antologiyası, 9 klassik ədəbiyyatımıza aidolan əlyazmaların Azərbaycana qaytarılması, onlarla konfrans və tədbirlərigörməzdən gəlir. Mənsə ona belə bir xüsusi sual vermək istəyirəm: sənin atanTəbrizin Xamne kəndində doğulub, özünsə təbrizli bir alimin oğlusan. Bəs sən vərəhmətlik atan bütün həyatınız müddətində hətta bir kəlmə belə Güneylisoydaşlarınız, Güney ədəbiyyatı haqda yazıb və ya danışıbsızmı? Təmsil olduğundünyada yaşayan 60 milyon azərbaycanlının Milli Məclisində necə, bircə dəfəUrmu gölü problemindən, ana dilimiz və s. haqda çıxışlar edibsənmi? 10 ildirki, Yazıçılar Birliyində Güney Azərbaycan Ədəbiyyatı Şöbəsi fəaliyyət göstərir.Bircə dəfə gəlib soruşubsanmı ki, vəziyyətiniz necədir? Sən Təbrizli balasısan,amma nə Təbriz, nə də Cənubi Azərbaycan yolunda bircə addım belə atmayıbsan.Halbuki təmsil olduğun milli Məclisdə çox asanlıqla 45 milyon soydaşının haqdandanışan dili ola bilərdin.

Mən "Ədəbiyyat” qəzeti və müxtəlifsaytlarda Xaqaninin "Şiniyyə” qəsidəsi haqqında silsilə yazılarla çıxışetmişəm. (nümunə olaraq buradan oxuya bilərsinizhttp://edebiyyatqazeti.az/news/diger/927-siniyye-qesidesinde-irfani-terminler)

Qəsidəninirfani-fəlsəfi terminləri və doğru tərcüməsi haqda ardıcıl olaraqməqalələr paylaşmışam. Təkcə rəhmətlikMübariz Əlizadə deyil, Sovet dövründə klassik ədəbiyyatımızı tərcümə edənalimlərimizin dönəmin həqiqətləri əsasında yola verdiyi yalnışlıqlardan kifayətqədər yazmışam.

Faktlar əsasında dəfələrlə yazdığım kimitəkcə Xaqaninin "Şiniyyə” qəsidəsinin tərcüməsi bəs edir ki, rəhmətlikM.Əlizadənin irfan təsəvvüf terminlərindən xəbərsiz olduğu, Fars dilinə tambələd olduğu halda tərcümələrdə yalnışlıqlara yol verdiyi öz sübutunu tapsın. Görünürki, A.Əlizadə nə saytları, nə də mətbuatıizləmir, oxumur, ona görə də heç nədən xəbəri yoxdur. Milləti təmsiledən bir deputat üçün gündəmdən xəbərsizolmaq yolverilməzdir. Əminəm ki, rəhmətlik atası M.Əlizadənin tərcümələrini tərifləsəydim bu gün o mənim vəşöbəmizin fəaliyyətlərini tərifləmiş olacaqdı.Süleyman Rüstəm, Məmməd Rahim və Rəsul Rzanın Nizami haqda tərcümələrini"bildilər, bilmədilər, tərcüməelədilər və Nizaminin qol-qabırğasını sındırdılar." kimi təqdim edənA.Əlizadə bir dəfəlik dərk etməlidir ki, Mübariz Əlizadənin müdafiə üçün oğlunaehtiyacı yoxdur. Ədəbiyyatın öz yolu,əsərin isə öz dili var. M.Əlizadə də tərcümə edib və məsələ bağlanıb. İndi isə ancaqvə ancaq həmin tərcümələr tərcüməçisini müdafiə edə bilər. Onu da edə bilsə... Fars-ərəbdillərini mükəmməl bilən bir ədəbiyyatçıkimi təəssüflə etiraf etməliyəm ki, M.Əlizadənin Xaqani haqqında tərcümələrionu qəti şəkildə müdafiə edə bilmir.Etmiş olsaydı, yəni müdafiə edə bilsəydi bu günA.Əlizadə əlinə böhtan silahını alıb alimlərimizə tərəf tuşlamazdı.Lazım gələrsə istənilən tribunada Fars dilini bilən alimlər qarşısındairandlarımı sübut etməyə də hazıram.