Aralıq dənizində Türkiyə və ABŞ-ın birgə təlimləri keçirilib
Aralıq dənizində Türkiyə və ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri keçirilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, təlimlər iyulun 28-də Aralıq dənizinin şərqi və mərkəzi hissəsində baş tutub.
Təlimlərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Kemalreis” freqatı, ABŞ-ın "Eisenhower” aviadaşıyıcısı iştirak edib.
Digər Xəbərlər
03 May 2024 16:26