adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 09:53
68
GÜNDƏM
A- A+

AQTA sədri Sumqayıtda vətəndaşları bu tarixdə qəbul edəcək

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 19-u saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Adalet.az xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq yanvarın 18-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.