adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2019 18:51
6767
MƏMLƏKƏT

AQTA saxta sertifikatlarla bağlı xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılması halları aşkar olunub.

AQTA-dan Adalet.az -a verilən məlumata görə, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlərlə məşğul olan şəxslər üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub.

"Qida Təhlükəsizliyi Agentliyi bir daha bu kimi qanunsuz fəaliyyətlə məşğul olan şəxslərdən öz əməllərindən çəkinməyi tələb edir və bildirir ki, aparılan nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş faktlarla bağlı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir".