adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyul 2020 20:00
12088
MƏMLƏKƏT

AQTA daha 75 obyektdə pozuntular aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan Adalet.az-a bildirilib ki, agentlik əməkdaşları tərəfindən 27 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 55 ictimai iaşə obyekti, 173 ərzaq satışı mağazası olmaqla ümumilikdə228müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən75-dəNazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Grandmart”, "Ruzi”, "EF”, "Aqil”, "Maşallah”, "Nar” marketlər, Qədirov Qədir Möhlət oğluna, Sadıqov Sənan Rafiq oğluna, Əsədov Şahlar Məstan oğluna, Səfiyev Babək Əli oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Sumqayıtşəhərində "Okean”, "Bərzan”, "Həyat” marketlər, "Ucar təndir evi”

Qusarrayonunda "Sevimli”, "Star” marketlər, "Edelveys”, "Xıdır”, "Diamond”, "İmperial” restoranları

İsmayıllırayonunda "Xəzri istirahət mərkəzi”, "Lahıc Forest”, "Palıdlı”, "Qızıldərə”, "Dağ şəlaləsi”, "Sərin” restoranları, Məhərrəmov Mehman Ramiz oğluna, Fətəliyev Əkbər Variz oğluna məxsus kafelər, "Bizim” market

Göyçayrayonunda "Palma”, "Sərin məkan”, "Qoşa Qovaq”, "Yaşıl bağ” kafeləri

Kürdəmirrayonunda "Aqil”, "Murad” və "Yeni” marketlər

Neftçalarayonunda Abdullayev Səbuhi İslamm oğluna məxsus ərzaq mağazası

Şirvanşəhərində Məlikov Mehman Ruslan oğluna məxsus ərzaq mağazası

Salyanrayonunda Məmmədov Şahin Əmənqulu oğluna məxsus ərzaq mağazası

Sabirabadrayonunda Əliyev Asəf Şamil oğluna və Muxtarov Rəfail Haman oğluna məxsus ərzaq mağazaları

Mingəçevirşəhərində "Nicat”, "Xaldan”, "Hüseyn Arazlı”, "Bizim”, "Qarabağ”, "Fuad” marketlər və Fərzəliyev Yunis Usub oğluna məxsus ərzaq mağazaları

Şəkirayonunda Əliyev Vahid Xaləddin oğluna məxsus ərzaq mağazası

Zaqatalarayonunda Mahmudov Ramiz Məcid oğluna, Ramazanov Telman Məhəmməd oğluna məxsus ərzaq mağazaları

Qəbələrayonunda "Maral bulaq”, "Şəlaləaltı” kafeləri, "Şamo” market

Qaxrayonunda Xəlilov Araz Xəlil oğluna, Teymurov Məmməd İdris oğluna məxsus kafelər

Cəlilabadrayonunda Cavadov Ramin Ağadadaş oğluna, Qasımov Zülfüqar Allahverdi oğluna, Babayev İlqar Zənulla oğluna, Əliyev Mirməhəmməd Mirəyyub oğluna məxsus ət satışı mağazaları

Samuxrayonunda Sadıqov Mehman Məhərrəm oğluna, İmanov Rusif Yusif oğluna, Musayeva Afət Musa qızına, Axundov Elnur Eldəniz oğluna, Məhərrəmov Etibar İsa oğluna məxsus ərzaq mağazaları

Tovuzrayonunda Mehdiyev Çoşqun Fərhad oğluna, Bağırov Arzu Nazim oğluna, Tağıyev Salman Vilayət oğluna, Hüseynov Sahib Əmir oğluna məxsus ət satışı mağazaları

Şəmkirrayonunda "Fayton”, "Görüş”, "Çinar” kafeləri, Sadıqov Xıdır Əlaslan oğluna, Hacıyev Aqil Yasin oğluna məxsus ərzaq mağazaları və "Muxtar” market

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.