08 Dekabr 2020 13:35
40805
ƏDƏBİYYAT

Aqşin Hacızadə: Ay Sücaət

Ay Sücaət

(El şairi Sücaətin хatirəsinə)

 

Yas xəbərin gəlib çatıb,

Hayıf sənə, ay Sücaət.

Bu nə ömür-gündü Tanrı,

Sayıb sənə, ay Sücaət.

Nə gedişdi, bu nə yoldu?

Şeir bağın nə tez soldu?!

Kəlbəcərsiz ömür oldu,

Ayıb sənə, ay Sücaət.

Aqşin deyər, gülək necə?

Dünyanı xoş bilək necə?

Heç bilmirəm fələk necə,

Qıyıb sənə, ay Sücaət.

2002-ci il.