adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Noyabr 2019 11:43
230290
MÜSAHİBƏ

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

"Onsuzda səhhətimdə ağırlaşmalargünü-gündən artır . Onurğa sütunumda, böyrəklərimdə, bağırsaqsistemimdə ciddi problemlər var. Mualicəm də alınmır. Amma indiyədək jurnalistlər məndən nə qədər musahibə alıblarsa, hər zamanvurgulamışam ki, mən döyüş istəyirəm! Ali Bas Komandana da bu haqda muraciətetmisəm! Cəbhə bölgəsində hər hansı əməliyyat keçirilərsə, ilk olaraq məni oragöndərsinlər və silahdaşlarımın sıralarına qoşulum! Əlim hələ də silah tutabilir və gənclərə hərbi təcrubəmlə yararlı olmaga son gunumə kimi haziram! Mənqardaşlarımın qisasın almadan ölmək istəmirəm!”

Bu dəfəki müsahibim I qrup Qarabağ əlili,keçmiş kəşfiyyatçı Aqil Əhmədovdur. O, aradan 22 il ötməsinə baxmayaraq həyatınıtamamilə dəyişən döyüş yolunu danışdıqca nə özü həyəcanını boğa bilir, nə dəqarşısında oturub onu dinləyənlər qəhərini gizlədə bilir.

Haşiyə: Çavuş Aqil Mürsəl oğlu Əhmədov 1976-cı il aprelin 23-də Zaqatalarayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Dağıstanda imtahan veribPedaqoji İnstituta qəbul olub. Cəmi yeddi ay oxuyub. Hərbi xidmətə çağırış barədəevə məlumat gələndə təhsilini yarımçıq qoyub, Azərbaycan Ordusunda xidmətəbaşlayıb. 1995-ci ilin iyun ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindənhərbi xidmətə yollanıb. Xidmətdə xüsusi təyinatlı hərbi hissədə qulluq edib...İki il xidmət etdikdən sonra yüzlərlə hərbçi arasından seçilərək 1997-ci ilinaprel ayının 7-də Azərbaycan Müdafiə Nazirliyi, Kəşfiyyat İdarəsinin əmri ilə səkkiznəfərdən ibarət qrupla:- leytenant Elxan Ataxan oğlu Ağayev, leytenant VüqarRzaxan oğlu Yarəhmədov, çavuş Anar Üzeyir oğlu Rzayev, çavuş Dinar İbrahim oğluMustafayev, çavuş Aqşin Əli oğlu Həsənov, çavuş Nizami Səfi oğlu Ələkbərov vəçavuş Fariz Şamil oğlu Cavadov- düşmənin arxasına keçib.

8 nəfər idilər: 8 qardas, 8 ogul, 8 kəşfiyyatcı...Xususitapşırıgı yerinə yetirmək uçun 8 nəfər olaraq yola çıxdılar. Aqil titrək səslədavam edir:



"Düşmənin əhatəsində üç gün qaldıq,tapşırıqları yerinə yetirib dönərkən, muhasirəyə duşduk və agır döyuşlərbasladı. Ermənistan Silahlı Qüvvələri böyük qüvvə ilə bizi mühasirəyə aldı.Silah-sursat bitənə qədər itki vermədən döyüşdük. Səkkizimizdə bu qeyri-bərabərdöyüşdə xeyli sayda düşməni məhv etdik. Amma anlayırdıq ki, artıq başqa çıxışyolumuz yoxdu. Əsas işimiz o oldu ki, əlimizdə olan təyinat nöqtələrini, radio əlaqəüçün istifadə olunan kitabçanı və tapşırıq üzrə qeydləri düşmən tərəfin əlinəkeçməsin deyə yeyək . Bunu bacardıq! Sonra isə döyüşə-döyüşə ölməyəhazırlaşırdıq. Hətta "kəlimeyi-şəhadət”imizi də söyləmişdik. Döyuşzamanı mənim bəxtim gətirmədi. Çox ağır vəziyyətdə yaralandım. Gullə girən yeritam olaraq tapa bilmirdim ki, qanaxmanın qarşısını alım. Ayaqlarım tamamənhissiyatını itirdi. Nəfəs almağım da cətinləşdi. (Sonradan aydın oldu ki, gülləmənim sağ böyrümdən girərək onurğa sütunumu sındırmış və ürəyə yaxın yerdəqalıbmış). Vəziyyətim getdikcə ağırlaşırdı. Ətrafimda olanları, demək olar ki,anlamırdım. Elə həsrətlə ölümü gözləyirdim ki... Son dəfə "Allahu Əkbər"sözünüeşitdim və elə o anda da husumu itirdim”.

Haşiyə: 7 kəşfiyyatçının meyitləri yalnız 1997-cı ilin oktyabr ayında BeynəlxalqQırmızı Xaç Cəmiyyəti vasitəsilə geri alınır. Onlar 1997-cı il oktyabr ayının16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar. KəşfiyyatçılarAzərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli Fərmanı iləölümlərindən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunurlar.Döyüşçü-jurnalist Rey Kərimoğlunun ssenarisi əsasında rejissor Nicat Cəlilov "Səkkizoğul istərəm...” filmini çəkib. Amma nədənsə Aqil Əhmədov göstərdiyi şücaətlərəgörə, nəinki təltif olunur, hec adi bir "Təşəkkürnamə”yə də layiq görülmür.

"Bir də oyananda artıq əsir götürüldüyümüanladım. İki il üç ay boyunca hər gün”kaş ki, mən də öləydim” dediyim günləriyaşadım. Taleyimin ən acı, keşməkeşli, işgəncə dolu əsirlik həyatı basladı. Məhzonda bildim ki, kəşfiyyatçı qardaşlarım düşmənin əlinə diri keçməmək , əsirdüşməmək üçün qumbara ilə özlərini partladıblar. Onların parçalanmış cəsədlərininşəkillərini qarşıma qoyan erməni zabiti məndən müfəssəl məlumatlar almaq istəyirdi.Yadımdadı, bir dəfə o,Vüqarın şəkilini göstərib dedi ki, qumbaranın "kaliso”sudişində qalmışdı. O fotolardan sonra özümün əsir düşdüyümü, erməni işgəncələrindəolduğumu unutdum sanki... Susdum. Bədənimdə etmədikləri sınaq, vermədikləri işgəncəqalmadı. Yaşlı bir komandir vardı. Mən susduqca, məlumat vermədikcə qəzəbindənməni parçalamağa çalışırdı. Susmağım onu elə qəzəbləndirirdi ki, gözlərindəkinifrəti hansı sözlə ifadə edim, bilmirəm. Qarnımdakı tikişlərin yeri hələsağalmamış qarnımın üstündə oturub tikişləri qələmlə dartırdı. Vurduğu zərbədəntikişlərin üçü açılmışdı. Siqareti yandırıb yaramın üzərində söndürürdü.Soruşurdu ki, sizə orada necə təlim keçirdilər ki, belə cəsur olub, buraya qədərgəlib çıxmışdınız. Dostların gözlərini qırpmadan özlərini partlada biliblər.



O gedəndən sonra da, hərə bir bəhanə ilə gəlibmənim qanı sızan yaralarıma yumruqla-təpiklə zərbələr endirirdilər. Saatlarlaxlorlu otaqda ayaq üstündə saxlayırdılar, ciyərlərim yanırdı. Bu azmış kimi gənctibb bacılarına üstümdə iynə vurmağı öyrədirdilər. Elə olurdu ki, 7 dəfə eyniiynəni çıxarıb, yenidən vururdular. Yenə "Vətən sagolsun” deyib, duşmənə təslimolmadım, sirr vemədim”.

Haşiyə: Ermənistan məhkəməsi Aqil Əhmədova güllələnmə hökmü çıxarır. O dönəmprezident olan Heydər Əliyevin köməkliyi ilə uzun sürən danışıqlardan sonraAqili dəyişmək mümkün olur. Nəhayət, 1999-cu ilin mart ayının 10-u erməni əsgərigəlib onu kameradan çıxarır və "bəxtin gətirdi, gedirsən” deyir.

-Aqil, əsirlikdən sonra niyə ailəqurmadın?

- Bilirsiniz, bizim dəstədə yeganə evliVüqar Yarəhmədov idi. Onun da bir oğlu qalıb. Adı da Vüqardı. Hazırda hərbi xitmətdədir.Qalanları, içi mən qarışıq subay idik. Ailə qurmağın bir müsəlman ücün fərzolduğunu bilirdim. Lakin həm səhhətimdəki ciddi problemlər, həm də, şəhid olannakam qardaşlarımın acı taleyi bu addımı atmağa mənə mane oldu. Doğma simalarıbir an da gözlərimin qarşısından çəkilmir... Həftədə bir dəfə mütləq Bakıya səfəredirəm. Hər dəfə də, qardaşlarımın ziyarətində oluram. Onlarla olan xatirələrimixatırlayıram, söhbətləşirəm, onlarsız keçən gunlərimi böluşurəm. Mənim əzizqardaslarim! (kövrəlir)

Haşiyə: Həmin vaxt aldığı güllə hələ də Aqilin bədənində-ürəyi ilə ciyərinin arasında qalmaqdadır. Digər güllə isə onurğaya dəydiyindənsümükləri parçalanıb. Bu zədənin nəticəsində zaman keçdikcə onurğa sümüyündətörəmələr əmələ gəlib. Yaş üstünə yaş gəldikcə onu incidir, səhhətində sağalmaztəsirlər buraxır. Qarın nahiyəsindəki "şlanq”lardan biri hələ də qalır.Bağırsağı işləmir. Aqilin müalicəsi yalnız xaricdə mümkündür. Nə hazırda kimsəAqilin səhhəti ilə maraqlanır, nə də Aqil özü ilə əlaqədar təşkilatlara müraciətedir.

"Ürəyimlə ciyəriminarasındakı o güllə dərindən nəfəs alanda ciyərimə iynə kimi batır. Bax, oağrıya, o sağalmayan yaralara öyrəşmişəm, barışmışam onlarla... Barışa bilmədiyimisə qardaşlarımın ala bilmədiyim qisasıdır!... Bir qazi kimi Ali Baş Komandanİlham Əliyevdən tək xahişim budur ki, cəbhə bölgəsində yenidən hər hansı əməliyyatkeçirilərsə, ilk olaraq məni ora göndərsin! Məni də döyüşcülərin sıralarınadaxil etsin!İnanıram ki, o uşaqların qisasını almayınca ölmərəm!”

Söhbətləşdi Əntiqə Rəşid