adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Mart 2023 12:38
889
ƏDƏBİYYAT

Aqil Abbasın nuruna yığışanlar: Kitab təqdimatından REPORTAJ

Bu gün AYB Natəvan zalında Azərbaycan çağdaş ədəbiyyatının qələmindən nur, işıq üzülən yazıçısı Aqil Abbasın "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" romanının təqdimat mərasimi keçirildi.

Adalet.az həmin tədbiri təqdim edir:

Tədbir deməyək, tədbir deyiləndə bir az rəsmiyyət gəlir ağıla, bir az quruluq tökülür sözlərdən, iştirakçıların uz- gözündən. Yox, tədbir deməyə adamın dili gəlmir! Əməlli,- başlı bir xeyir iş, xeyirli məclis!

Elə bil çoxdan bir -birini görməyən yaxınlar, qohumlar bir yerə yığışmışdı. Nətər eldə- obada bir əzizinin xeyir işi, toy mərasimi olur, hamı sevinə, -gulə yığılır ha o əzizin evinə.. eynən heylə!

Nətər ki, ordakılar , o toy evinə yığılanlar sevincli, təbəssümlü , gülümsər simali olur haa, bax eynən elə idi.

Məclisdəkilər bilirsiniz kimlər idi?:Yazıçı Seyran Səxavət, tənqidçi Əsəd Cahangir, Akademik Nizami Cəfərov, tənqidçi Vaqif Yusifli, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Millət vəkili Etibar Əliyev, şair Ayaz Arabaçı , yazıçı-publisist Irade Tuncay, Mustafa Çəmənli , İlqar Əlfioğlu , Zemfira Məhərrəmli, eks deputat Gülər Mikayılqizi, şair Qəşəm Nəcəfzadə, Rafail Tagızadə , Abdal Qəhrəman, Vəli Xramçaylı,  yazıçı Kənan Hacı, Hikmət Xudiyev, Rey Kerimoglu , Qarabağ qaziləri: Elisoy Eliyev , Bakir Abdullayev , Elməddin Sərdar, Laçın batalyonunun komandiri Arif Paşayev (başqaları da vardı), və başımızın tacı şəhid atası Əkbər Rüstəmov, Nofəl Qasımov , şəhid anası Maya Quliyeva!

Səxavət Məmməd , Ulucay Akif, Rauf Qərib Alagöz Esmiralda xanım və başqaları ilə görüşmək də çox xoş oldu.

Aqil Abbasın işığına , nuruna yığılan hər kəs elə bil seçilib ora gəlibdi, üzündə bir nur vardı, hamının! Hətta "nursuz" bildiyiniz birisinin də sanki üzünə nur hopmuşdu orda!

İnanmırsınızsa özünüz bilərsiniz, amma Allah haqqı, Natəvan zalı işıq saçırdı...

Hə, demədim axı, orda nələrdən danışıldı? Deyim: yazıçı-dramaturq Elçin Hüseynbəyli aparıcıliq işinə baxdı.Adlarını yuxarıda qeyd etdiklərimdən bir çoxu çıxış etdi. Yazarın yaradıcılığına hər kəs öz prizmasından baxaraq fikir bildirdi.Natiqlər elə hər kəsin ürəyindən keçəni dedilər! Dedilər ki, Aqil Abbasın publisistikası sadə dil, xəlqilik üslubu, incə yumor, kəskin satira, düşündürücü ideya etibarı ilə Cəlil Məmmədquluzadə yaradıcılığından qətiyyən seçilmir! Eynən... Sözünü güldürə - güldürə desə də, satirik dillə söyləsə də, sonda oxucusunu düşündürməyi, yeri gələndə aglatmagı bacarıb. Demək istədiyini artıqlaması ilə deyib!

Yazıçının ədəbi əsərlərini təhlil edən natiqlər isə bildirdi ki, imza olmasa belə onun əsərinin bir cümləsini oxumaq yetərlidir ki, əsərin Aqil Abbasa aid olduğu bilinsin! Hətta şairi, tərcüməçi Vaqif Bəhmənli  fikirlərini şərh edərkən dedi ki, yazıçının əsərdəki jarqon kəlmələrin dəyişmək, bir az o sözü " mədəniləşdirməyə" çalışdiq: Amma əsərdəki əvvəl ki sirinliyi tapa bilmədik, məcbur qalıb , həmin kəlmələri yerinə qaytardıq. Hə bundan sonra o şirinlik də, təbiilik də yerinə qayıtdı. S. Səxavətin duzlu- məzəli, ərkəyanə çıxışı qəhqəhələrə səbəb oldu."Az deyil, 53 ilin dostuyuq "-dedi, hələ bir zorla yazıçının boynuna ziyafət də qoydu!

Tənqidçi Əsəd Cahangir roman haqqında dediyi sözlər bir az çaşqınlıq yaratdı: “ Romanı sözün yaxşı mənasında şumlamışam. Oxuduqca elə bil minalanmış ərazidə gedirdim, hər ayağımın altında mina çıxa bilərdi" dedikdən sonra fikirlərini belə ifadə etdi: " Adətən bir əsər oxuyanda ən çox oradakı müdrik kəlamları qələmlə nişanalıyıram, dəftərimdə qeyd edirəm. Aqil müəllimin bu əsərini oxuyanda demək olar ki bütün səhifələri nişanaladim. Hər bir cümlə bir müdrik kəlamdi. Əsər nə romantizmə, nə realizmə, moderinizmə, nə də digər "izm" lərə uyğundur. Əsər  sırf Aqil Abbasa məxsusdur, Aqilizmdir!"

Aqil Abbasın həmkarı Etibar Əliyev yazıçını Qarabağ və müharibə mövzusunda gerçəkləri yazan ən yaxşı yazıçı hesab etdiyini vurğuladı. Bir sözlə, məclisimiz səmimi bir aurada başa çatdı.

Kitab Qarabağ haqqındadır! Tədbir gedə- gedə qazı Bakir Abdullayev arxa sırada oturub kitabı oxuyurdu. Baxdım ki əlini ağzına tutub gülməyini, qəhqəhəsini gizlətməyə çalışır. Deyir , oxuduğum yerdə belə bir hissə vardı; deməli o vaxtkı raykom katibi gəlir Abdal Gulablıya, burda hazırcavab qarmonçalan Şakirə "ilişmək" istəyir.Deyir Şakir, o sahənin kənarında ağnayan eşşəklər də Abdal - Gulablidandi? Şakir cavab verir ki, yox ay katib, onlar da sizin kimi kəndə gəlmədilər))). Hamınıza kitabı tapıb oxumağı tövsiyə edirəm!Kitab insanı nurlandirir!

"Çay qırağında bitib, susuz qalan ağacların sağlığına"- mütləq oxuyun, zövq alın, nurlanın!

 

 

 

Əntiqə Rəşid