adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Yanvar 2020 09:00
63735
SİYASƏT

AQİL ABBASIN ALTERNATİVLƏRİNƏ MÜRACİƏTİ

09 fevral 2020-ci ildə Milli Məclisəkeçiriləcək seçkilərdə 83 saylı Ağcabədi-Füzuliseçki dairəsindən qeydə alınmış namizədlərinnəzərinə!

Hörmətli dostlar!

Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasivə iqtisadi islahatların bir nəticəsi olaraq fevralın 9-da Milli Məclisə növbədənkənar seçkikeçirilir. Tam demokratik keçirilməsiüçün də hər cür şərait yaradılıb.

Mən də bu demokratik seçkilərə bir töhfə vermək istəyirəm. Mənim əlimdə gündəlik qəzetvar. Yəni öz təbliğatımı qurmaq üçün genişimkanlara malikəm. Amma bundan sui-istifadə etmək istəmirəm.

Ona görə də Sizlərə müraciət edərəkbir fikrimi bildirim. «Ədalət» qəzeti Sizin hər birinizin platformasını,müsahibəsini pulsuz dərc etməyə hazırdı. Və eyni zamanda qəzetin həmin nömrələrindən pulsuz olaraqhər biriniz 300-400 nüsxə gəlibredaksiyadan götürə bilərsiniz.

Hörmətlə:

Aqil ABBAS