adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyul 2017 22:06
19009
İDMAN

AQİL ABBASDAN ROMAN QRİQORÇUKA SAYĞILARLA

HörmətliQriqorçuk!

Sizin rəhbərliketdiyiniz "Qəbələ" Polşada bir tarix yazaraq hamımıza sevinc bəxşetdi. Möhtəşəm oyun və möhtəşəm qələbə! "Qəbələ" yaranan gündən Azərbaycanfutbolunda öz sözünü deməyi başarıb. Və Sizin baş məşqçilik dönəminizdə isə daha çox uğurlar qazanıb və bir çox işlərəimza atıb. İnanırıq ki, sevimli komandamız Sizin rəhbərliyiniz altında qələbələr seriyasını davam etdirəcək,Avropada ölkəmizi şərəflə təmsil edəcək.

Sözün düzü, mənAzərbaycana kənardan gələn məşqçiləri qəbuletmirəm. Çünki gəlirlər və Azərbaycan futboluna, belə demək mümkünsə, heç nəvermirlər. Bu fikrim elə milli komandamızın kənardan gələn məşqçilərinə dəaiddir. Tək mən belə düşünmürəm. Futbolumuzu sevənlərin 90 faizi belə düşünür.Amma Siz, sevindirici haldır ki, bu düşüncələridağıtdız. Və elə buna görə Sizə təşəkkürlər.

Futboljurnalistlərinin hamısı ilə demək olar ki, dostam. Onlar mənimlə söhbətlərindəhəmişə Sizi sevgiylə anırlar. Onlarınsözünə görə, Siz təkcə gözəl futbol mütəxəssisi deyil, eyni zamanda zarafatcıl, səmimi, mehriban bir insansız. Təəssüfki, bu günədək Sizinlə tanış olmamışam.İnşallah, tanış olarıq.

Çox arzu edirəmvə dəfələrlə bu məsələyə toxunmuşam "Qəbələ" də, "Kəpəz" dəAvropa oyunlarını Bakıda deyil, öz ev-eşiklərində keçirsinlər. Və ona da inanıram ki, "Qəbələ"böyük uğurlara imza atacaq və gələcəkdə ev oyunlarını Qəbələdə keçirəcək.

Bir neçə kəlmə dəqəbələlilərə sözüm var. Mən dəfələrlə Bakıdan durub Qəbələyə futbola baxmağa gəlmişəm. Və stadionda boş yerlər görəndəçox pis olmuşam. Komandanızın sizin dəstəyinizə çox böyük ehtiyacı var. Mənim dəstəyimdəndaha çox sizin dəstəyinizə ehtiyacı var. "Qəbələ" sizlərə sevinc bəxşetdiyi kimi siz də onlara sevinc və sevgi bəxş edin.

Roman Qriqorçuk!

Bir daha Sizi,komandanızın bütün üzvlərini, eləcə də bütün qəbələliləri ürəkdən təbrik edirəm və gələcəkdə daha böyükuğurlar arzulayıram.

Hörmətlə:

Aqil ABBAS

millət vəkili