adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Aprel 2019 14:51
6048
GÜNDƏM

AQİL ABBAS: QUŞLAR, QUŞLAR … İNDİYƏDƏK SİZİ ALDADIBLARMIŞ

Akademiyanın Dilçilikİnstitutu bir para quşların adını dəyişib. Təəssüf ki, vaxtında xəbər tuta bilməmişəm. Başımızımənasız-mənasız, sarsaq-sarsaq xəbərlərləo qədər doldurublar ki: ay amerikalılar Ayda yaşayış evi tikməyə hazırlaşırlar;ay nə bilim Çində 270 min ton yük götürəbiləcək dünyanın ən böyük gəmisi hazırlanır; nə bilim yaponlarMarsa uçmağa hazırlaşırlar; Çin uçan taksi istehsal elədi; uruslar son model qırıcı təyyarə qayırıblar ki, heç nəylə vurmaqolmur… at gəldi örkən apardı, it gəldiçarıq .

O boyda Dilçilik İnstitutumuzun o boydakəşfindən xəbərim olmayıb. Sevindimvə yadıma Molla Nəsrəddinin məşhurbir lətifəsi düşdü.

Deməli belə. RəhmətlikMolla Nəsrəddin (deyirlər «rəhmətlik» deyəndə gərək yeddisini söyləyəsən, ona da vaxt yoxdu) bir ağacın kölgəsində oturub quş əti yeyirmiş. Yoldan keçənbir nəfər soruşur:

- Molla, yediyinnə ətidi?

- Qırqovul.

Adam da baxıb görürki, qıraqda hacıleyləyin başıdı, tüküdü, qılçalarıdı, deyir:

- Molla, ayıb deyil, mənə niyə yalan deyirsən?

Molla:

- Mən deyirəmki, qırqovuldu, Allah ad qoyanda sən yanındaydın?

İndi bizim dilçialimlər bəlkə düz edib quş adlarını dəyişib, siz də lağ edirsiz. Allah ad qoyandayanındaydınız?

Nə isə…