adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Noyabr 2019 09:40
23767
GÜNDƏM

Aqil ABBAS: PRİMAKOV, ƏKBƏR BAYRAMOV VƏ ESSE YAZANLAR

Universitetdə oxuyanda biz tələbələrin sevimli birmüəllimi vardı – Əkbər Bayramov.Azərbaycanda psixologiya elminin əsasınıqoyanlardan biri idi. Dərslikləri də Əkbər müəllimyazmışdı.

Çox maraqlı mühazirələriolurdu, eyni zamanda bir psixoloq kimi hərdən tələbələrin üzərində eksperiment də keçirirdi.

Bir dəfə Lomonosovuniversitetinin bir professorununkeçirdiyi eksperimentdən danışdı.

Deməli, əlində şəkillər (eyniadamın şəkilləri) girir auditoriyaya, şəkilləri paylayır tələbələrə və deyir ki, bu adamqatı cinayətkardı, çox qəddar adamdı, qatildi və sair və ilaxır, indi bu şəkiləbaxın, öz təəssüratınızı yazın.

25 tələbədən 22-si yazır ki, elə buadamın sir-sifətindən qəddarlıqyağır, bir baxın, gözləri qatil gözləridivə sair və ilaxır.

Yalnız 3 tələbə yazır ki, buadam alim də ola bilərdi, qəhrəman daola bilərdi, mülayim baxışları var, gözəlata da ola bilərdi. Görünür, taleyində hansısabir qırıqlıq yaşayıb və nəticədə cinayətkarolub.

Professor sonra başqa bir auditoriyadayenə həmin adamınşəkillərini tələbələrə paylayır və deyir ki, bu adam görkəmlialimdi, bir çox kəşflərə imza atıb, çoxxeyirxahdı və sair və ilaxır. İndi şəkilə baxıb təəssüratlarınızı yazın.

Bu auditoriyada da tələbələrin 21-i professorun verdiyitəqdimatla baxırlar şəkiləvə yazırlar ki, həqiqətən üzündən nurtökülür, çox mehriban baxışlarıvar, əsl alimə oxşayır.

Bu auditoiriyada yalnız 4 tələbə yazır ki, bu adam quldur daola bilərdi, cani də ola bilərdi, qatil də ola bilərdi. Görünür, yaxşı müəllimlərinəlinə düşüb alimolub.

Sonra professor hər iki qrupu bir auditoriyayayığır, fərqli düşünən həmin7 gənci çıxarır önə, deyir ki, bu qədərtələbənin içində yalnız bunlar müstəqildüşüncəyə malikdirlər, öz dünyagörüşlərivar, məsələyə öz yanaşmaları var və gələcəkdədə bunlar hamıdanfərqlənəcəklər.

İndi Bakı Slavyan Universitetində tələbələrə Yevgeni Primakovla bağlı esse yazdırıblar, sonra da mükafatlandırma mərasimi-filan olub. Bilmirəm, neçə tələbə bu işəcəlb edilib.

Məni başqa birşey maraqlandırır. Görəsən, həmintələbələrin içində heç olmasa, çoxdemirəm, iki-üç nəfər fərqli düşünənolubmu? Primakovun əslxarakterini və kimliyini açan olubmu?

Primakov barədə esse yazdırmaq o qədər də böyükfaciə deyil. Ən böyük faciə esse yazan tələbələrin içindəPrimakova fərqli yanaşan,yuxarıdan verilən «ustanovkadan» kənaraçıxan tələbələrin və ya tələbəninolmamasıdı.

Sabah bu tələbələr bizimbalalarımıza dərs deyəcək. Bax, faciə budur.

Və bir də görən o esse yazan tələbələriniçində 20 Yanvar şəhidlərinin yaxınları,əqrəbaları və yaxud övladları və ya nəvələri olanvarmı?!