adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyul 2018 10:00
14491
GÜNDƏM

AQİL ABBAS: «O POLİS OLMASA EVDƏN ÇÖLƏ ÇIXA BİLMƏZSİNİZ»

Songünlər bəzi saytlarda və sosial şəbəkələrdəbir video paylaşıblar. İki polis işçisibir nəfəri zorla maşına mindirir və bu hadisə turistlərin gözünün qarşısında olur.Pah attonnan, polis bizi turistlərin yanında biyabır eləyib.

Portallarda tökülüb polis haqqında ağzına gələni yazıblar.

Əgərbiri hansısa bir cinayət eləyib və yaxud polisin qanuni tələblərinə əməl eləməyibkobudluq edirsə, hətta polisə müqavimət göstərmək nədi, əl qaldırırsa, polis nəetməlidi? Həmin adama boğaz çəkməlidi ki, mən ölüm, gedək polis idarəsinə?

Polisinvəzifəsi ictimai asayişi mühafizə eləməkdi. Səni, məni, bizi cinayətkarlardan qorumaqdı.Polis də bizi hətta bəzən həyatı bahasına cinayətkarlardan qoruyur. Polisin hesabınaevimizdə rahat yata bilirik.

Polisolmasa, evinizdən çölə çıxa bilməzsiniz.

Yerigəlmişkən, o gün ABŞ-da bir maşın piyada keçidində saxlamadığına görə, polislərtərəfindən qovuldu. Polislər gördü ki, sürücü qanuna tabe olmur, öz maşınları iləiki tərəfdən həmin maşını vurub saxlatdılar. Sonra da əllərindəki dəyənəklərlə maşınıəzik-əzik elədilər, şüşələrini qırıq-qırıq. Daha sonra sürücünü də itqusdu elədilər.Yerə yıxıb oturdular üstündə, qollarını da qandalladılar. Amerikalılar da həminpolisləri haqlı çıxardılar.

Bugün Azərbaycan polisinin yaranmasının 100 illiyidir. Peşə bayramı günüdür. Sıraviəməkdaşından tutmuş generallarına qədər bütün Azərbaycan polisini ürəkdən təbrikedirik! Uğurlar arzulayırıq!

Var olun! Və yaxşıki, varsınız!