adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Noyabr 2018 11:18
11042
GÜNDƏM

AQİL ABBAS: «MƏNİ QINAYANLARA BİR NEÇƏ KƏLMƏ»

Bugünlərdə, yəni oktyabrın 26-da qəzetimizdə«Övladlarınıza «Koroğlu» və «Qaçaq Nəbi» dastanlarını oxutmayın» adlı köşə yazıma görə məni qınayanlarda var. Məni qınayanlardan xahiş edirəm ki, həmin yazını təkrar və diqqətlə oxusunlar və görsünlərki, mən nə demək istəmişəm.

Birağsaqqal da mənə replika ilə cavab verib. Ustadımızdı, bir söz demirəm. Yazır ki: «Aqil Abbasın Koroğlu və QaçaqNəbinin yadellilərlə, işğalçılarla, xarici düşmənlərlə mübarizəsiyadına düşməyib».

QaçaqNəbini qoyduq bir kənara, onda Azərbaycan işğal altındaydı. Mən «Tarixi-Nadiri» oxumuşam, özü də başdan-ayağa, Yunus Oğuzun «Nadirşah» romanını da, yəni tarixi az-çox bilirəm. Koroğlunun vaxtında hara işğal olunmuşdu,kim tərəfindən işğal olunmuşdu , hansı xarici düşmənlərlə, yadellilərlə Koroğlu mübarizə aparıb, onu bilmirəm.

Və bir dahadeyirəm ki, məni qınayanlar yazını yenidən və diqqətlə oxusunlar.

Gərəkki, ədəbiyyatda sarkazm deyilən bir şey var.