adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Dekabr 2018 10:07
11017
GÜNDƏM

Aqil Abbas: “Mən harda demişəm ki, özəl televiziyalar bağlanmalıdır?!”

Bir çox mətbuatorqanları mənim demədiyim sözü, fikri manşetlərinə çıxarır və sonra bu barədəsorğu keçirirlər. Jurnalist etikası deyilən bir şey var. Mən bunu parlamentdə dədemişəm. Parlamentin stenoqramını açıb baxa da bilərlər, televiziyalar da çəkibvə jurnalistlərdə də səs yazıalrı da var. Mən demişəm ki, özəl televiziyalar əxlaqsızşeyləri çox yayırlar. Bu da millətə ziyandır, bizə bütün dünya baxır, Azərbaycanxalqı haqqında nə düşünərlər?! Ona görə də Milli Teleradio Şurasına səlahiyyətverilməlidir ki, bunları cəzalandıra bilsin. Hətta demişəm ki, bir çox ölkələrdə,çox uzağa getməyək, elə qardaş Türkiyədə Radio-televiziya üst kurulu belə şeylərəgörə bəzən televiziyanı bir gün, bir həftəyə kimi cəzalandırır, bağlayır. Və səbəbinidə göstərir ki, nəyə görə bağlayıb. Mən də onu demişəm ki, belə şeylərə görəteleviziyalar cəzalandırılmalıdır. Bu barədə hörmətli Ramiz Mehdiyev, Əli Həsənovda mətbuatda çıxışlar ediblər ki, belə şeylərə biraz diqqət etsinlər. Amma çoxtəəssüf ki, bəzi saytlar mənim çıxışımı başqa formada təqdim edirlər. Və hətta soğudahörmətli Qulu Məhərrəmli də deyib ki, bağlanmasın, cərimələnsin. Mən bağlansındeməmişəm. Xahiş edirəm çıxışımı oxuyun.