adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2019 15:13
29785
GÜNDƏM

Aqil ABBAS: İCTİMAİ TELEVİZİYAYA TƏŞƏKKÜRLƏR

Son zamanlar İctimai Televiziyahəqiqətən ictimaiyyətin televiziyasınaçevrilib. Bir çox yeniliklərə imza atılıb. Televiziyanın rəhbərliyi və kollektivi çox ağır bir yüküqaldıra bilib.

İctimaiyyətin maraqlandığı məsələlər televiziyanın gündəmindən düşmür. Bir-birindən maraqlı verilişlər, proqramlar efirə gedir.

Bunlardan biri də «Sabaha saxlamayaq» verilişidir. Gündəlik, özü dəcanlı və həm də çox ciddi,insanları düşündürən problemlərimüzakirəyə çıxarmaq çox böyükbir məsuliyyət və eləcə də qabiliyyət tələb edir.

Proqramın redaktoru Naibə xanımvə aparıcısı Vüsalə xanım üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlirlər.

Xüsusilə ayın 28-də efirə gedən müharibədə iştirak edən qadınlarla bağlıveriliş ictimaiyyət tərəfindən çoxmaraqla qarşılandı.

Verilişə dəvət olunan həmmüharibə iştirakçısı olan qadın qazilər, həm qazi Rey Kərimoğlu, eləcə dəmillət vəkili Fazil Mustafa və tanınmış jurnalist Qabil Abbasoğlu çox dəqiq seçilmişdilər.

Xalq bir daha Azərbaycanqadınlarının müharibədə göstərdikləri şücaətin şahidi oldular. Müharibədəana-bacılarımızın xidmətlərini bəzi ağzıgöyçəklər də bir daha gördü, bildi və təbiiki, həm də utandılar.

Verilişi araya-ərsəyə gətirənlərədə, İctimai Televiziyanın rəhbərliyinə də təşəkkürümüzü bildiririk.

Türklər demiş, yola davam.

Aqil ABBAS,

Millət vəkili, yazıçı