04 Sentyabr 2018 10:19
15526
GÜNDƏM

Aqil ABBAS: HARAEYDİRSƏN, CAMAL ƏHMƏDOV?!

Deyirlər,qəhrəmanlar unudulmur. Unudulur. Qarabağ müharibəsininçox qəhrəmanları unudulub. Camal Əhmədov!Bu ad son bəyanatı olmasaydı yəqin ki, heç kiməheç nə demir. Əfqanıstan müharibəsinin iştirakçısıdı, özü də kəşfiyyatçı olub. Ali təhsillidi, texnikanı da çox güclü bilir. Qarabağsavaşında da komandirlərdən biri idi – sağ qalmağına sevinməyən komandirlərdən.

Bugünlərdə bir bəyanatı yayılıb sosial şəbəkələrdə:Gəlin gedək Ağdama. Bakıdan da Akif Nağıbaşda olmaqla Pənah Hüseyn və digərləri durub gediblərAğdama. Və xeyli adam qoşulub Camala. Tək çinara (cəbhə xəttində sonuncu nöqtədi) qədər gediblər, ordan o yana təbii ki, buraxmayıblar.Ermənilər yox, bizimkilər buraxmayıb.

Mənim«Çadırda Üzeyir Hacıbəyov doğula bilməz» romanımınqəhrəmanı Məllim axırda dözməyib çıxıb gedir doğulduğu Malıbəyli kəndinə, ordan da keçir Xankəndinə, gedir evini yandırdığı Aşotun çayxanasına, qumbara ilə həm özünüpartladır, həm də Aşotu.

Vəgünlərin bir günü Camal da yəqin elə tək-tənha çıxıb gedəcək Ağdama. Sonrası nə olar- olar deyə. O, buürəyin sahibidi.

Camalın bəyanatıyadıma bir hadisəni saldı. Yuxarıda adını çəkdiyim romanda damən həmin hadisəni yazmışam.


Mən deməkolar ki, ayda iki, bəzən üç dəfə Qarabağa gedirəm. Gedirəmsə mütləq Evoğlununbaşında (ordan Ağdama əl uzatsan çatar, hətta Dəmiryol vağzalında partladılmışbeşmərtəbə və dəyirman görünür) sonuncu postumuza qədər gedirəm, ordan Ağdama baxıram. Çox zaman postu dakeçirəm. Postda da həmişə əsgərlərolur ki, o tərəfə adam buraxmasın.Köhnə əsgərlər məni tanıyır, yeniləri olanda məni tanımırlar.Yəni köhnə əsgərləradətən mənə mane olmur.

Deməli,şlaqbaumdayam, əsgər deyir:

-Hara gedirsiz?

-Ağdama.

-Olmaz!

-Niyə olmur, gedirəm Ağdama da, evimizə.

-Olmaz!

-Axı niyə, evimizə gedə bilmərəm?

-Yox! Burdan o yana ermənilərinnəzarətindədi.

-Olsun da, oğul. Erməni bilər, mən bilərəm.

-Olmaz! Sizi vurarlar, onda bizim hərəmizə on beş sutka qaubvaxt verəcəklər ki, niyə buraxmısız?!

Məni bir dəli gülmək tutur. Onu mənim canım yox, onbeş sutka maraqlandırır.

Əsgərlərə əhəmiyyət verməyib keçib gedirəm. Biri dərhal qaçır telefona, yəqin komandanlığa məruzə eləmək üçün.

Mənsə keçib gedirəm.Ermənilərin darmadağın elədiyi Kökəltmə məntəqəsinidə keçib gedirəm, təxminən postdan 500 metr keçmişəm. Artıq erməninin postu görünür.Dayanıb bir siqaret yandırıram. Ayaqlarımgetmək istəyir, ağlım «dur» deyir.Fikirləşirəm, bu qəhrəmanlıq deyil, dəlilikdi. Durduğum yerdən təxminən3 kilometrlikdədi Dəmiryol vağzalı.Vağzaldan bir az bəridə isə Sarıcalı kəndi. Evlər görünmür, amma ağaclaradama gəl-gəl deyir. Göz yaşımı saxlayabilmirəm. Nəhayət, təxminən bir saatdan sonra geri qayıdıram. Postda komandirin maşını dayanıb. Məni görüb qucaqlaşıb öpüşürük. Deyir:

-Əsgərlər deyəndə ki, bir nəfər keçib getdi üzü Ağdama, bildim ki, siz olassız. Dedim,narahat olmayın. Sonra da deyir, günortadıgedək bir tikə çörək yeyək, həm də dərdləşək.

Deyirəm,çörək yox, gedək çay içək.

Komandirdə uzun müddətdi Ağdamda qulluq etdiyindənağdamlıların zarafatını da öyrənib,deyir:

-Məllim, çayı əzizlərin içsin. Gəl gedək çörəyimiziyeyək.

Buhadisə tez-tez təkrar olunur. Həmişə də əsgərləri öpüb könüllərini alıram.

Dostum,Camal Əhmədov, siz də bu yazını oxuyanda yəqin mən yenə Evoğlunun başındakı postu keçib , yenəgücüm çatdığım nöqtəyə qədər gedib bir siqaret çəkəcəm.

Belə-beləişlər, Camal Əhmədov…

VəCamal, yadıma bir hadisədə düşdü. Qarabağ hadisələrinin ağır vaxtıdı. Ağdama girən yolları həm Bərdə tərəfdən,elə Camalın doğulduğu Qərvənd kəndindən,Ağcabədi tərəfdən də Bayatın üstündəki AzəriHüseynin pavilyonunun yanından bağlayıblar. Heç kimi Ağdam səmtəburaxmırlar. Necə tapşırıq veriblərsə, hətta rayonlarınkatibləri də neçə saat gedib otururlar həmin postda.Günortadan bir az keçib. Bayatın üstündəkipostdayam, Ağcabədinin birinci katibi Aydın Alıyevlə birgə. Bu vaxt ona yaxın «Niva» maşını posta çatır, təbii ki, milislər saxlayır. Gələnlər cavan oğlanlardılar,İmişlidəndilər.

Katibə yalvarırlar ki, onlarıburaxsınlar, getsinlər ağdamlılara köməyə. Təbii ki, yalvarışın heç bir nəticəsi yoxdu. Az qala ağlayırlar . Aydın Alıyevin də ürəyi partlayır.Dönüb mənə baxır və gözləri ilə işarəedir , nə demək istədiyini başa düşürəm. Bu igidlərdən ən sanballısını, yəni daha çox dilə-ağıza qoymayanı bir kənaraçəkirəm.

-Dostum, katibi qınama, o kimdir ki? Əmr belədi! Ağdama getməkistəyirsiz?

-Hə, qardaş, kömək elə! Deyəsən katib sənləçox yaxındı.

-Qayıdırsız bir beş yüz metr geri, girirsizBayata, yol sizi düz aparıb çıxaracaqHacılara, ordan ara yol var, təxminəniki-üç kilometr, keçərsiz Mahrızlıya, Ağdamınkəndinə. Ordan da Evoğlunun içindən düz Ağdama.

İmişlibalası yoldaşlarını səsləyir :

-Ə, day buraxmırlar, buraxmırlar da, gəlinqayıdaq.

Hamısı təəccübləyığışır onun başına.

-Hara qayıdaq, ə? Bəs, camaata nə deyəcəyik?

-Əşi, bəri gəlin ey!

Yığışırlarbizim başımıza . Məsələni izah edir, hamısımənlə öpüşüb-görüşür , sonra əyləşirlər maşınlarına.

İmişli balasıgülə-gülə Katibə deyir:

-Sağ ol, Katib, məsləhət belədi, getməliyik də,salamat qal.

Aydınmüəllim də gülə-gülə əl eləyir:

-Yaxşı yol!

Özümdə dözmürəm ki, birdən çaşarlar, əyləşirəm maşına.

Aydın müəllim:

-Sən hara?

-Heç, əmimgilə dəyib gəlirəm.

Düşürəm onlarınmaşınlarının önünə, həmin dediyimyolla bu İmişli balalarına, qeyrətli oğullaradüz Ağdamacan bələdçilik edirəm.

Reyinsözü olmasın, bunu da elə-belə yazdım, ayCamal.

Və2011-ci ildə Ağdamda, daha dəqiq desək, Evoğlunun başındakı o postda mənə söymüşdülər və haqlı söymüşdülər. Bunla bağlı bir köşə də yazmışdım, onu təkrar bugünki nömrəmizdə çap edirəm. Maraqlı olar!