AQİL ABBAS GÖRÜŞDƏ XOCALIDAN DANIŞDI
Xocalı Soyqırımı ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetində tədbir keçirilmişdir. Bu görüşə yazıçı, millət vəkili Aqil Abbas da dəvət edilmişdir.
Görüşün iştirakçıları qarşısında çıxış edən A.Abbas özünün Qarabağla, Xocalı hadisələri ilə bağlı xatirələrini danışmış, əsərlərindən nümunələrə istinad edərək həmin illərin ağrı-acısını auditoriyaya çatdırmışdır.
Millət vəkili öz çıxışında Xocalı sakinlərinin erməni əsirliyindən azad edilməsində, dəyişdirilməsində Milli Qəhrəmanlar Allahverdi Bağırov və telejurnalist Çingiz Mustafayevin xüsusi xidmətlərini faktlarla qeyd etmişdir.
Görüş sual-cavab müstəvisində davam etdirilmiş və bu da iştirakçıların, müəllim və tələbələrin böyük marağına səbəb olmuşdur. Tədbirin sonunda millət vəkili, yazıçı Aqil Abbas görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

