adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Fevral 2016 16:53
9709
MƏMLƏKƏT

Aqil Abbas əsgərlərlə görüşüb - Fotolar

Ağcabədidə səfərdə olan millət vəkili Aqil Abbas əsgərlərləgörüşüb. 

Görüş zamanı əsgərləri öncə "Kişilik məktəbi” keçdiklərinə görə, sonraisə gənclər günü münasibəti ilə ürəkdən təbrik edən millət vəkili vurğulayıbki, bu gün hər birimiz eyni cərgədəyik və hər birimiz Ali Baş Komandanın əmrinigözləyirik: "İnşallah, biz Ali Baş Komandanın rəhbərliyi altında bayrağımızıŞuşaya sancacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. O gün mütləq olacaq vəbiz hamımız sizinlə birlikdə o günü görəcəyik. Siz də o günə hazır olun, qələbənaminə özünüzü qoruyun”.