adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Oktyabr 2018 21:50
9141
GÜNDƏM

Aqil Abbas: Bəlkə valideynlərimi çağırıb töhmət verəsiniz?

Getmişəm, məsələn, Füzuli rayonuna. Bir dostum mənə 150 manatlıq qoyun kəsib verib. İndi onun 100 manatlıq hissəsini kəsib İntizam Komissiyasına verəcəyəm?!

Adalet.az xəbər verir ki, bunu parlamentdə millət vəkili Aqil Abbas deyib.

A.Abbasın bildirdiyinə görə, deyilir ki, parlamentin üçiclasına gəlməyəndə deputat mandatı ləğv edilir:

"Bəlkə valideynlərimi çağırıb töhmət verəsiniz? Bəyəm məni İntizam Komissiyası deputat seçmişdi?!Hələ 13 ildə iclasa bir dəfə də gecikməmişəm. Necə deyərlər, dərsə vaxtında gələn tərbiyəli adamam. Deyirlər ki, 50 manatdan artıq məbləğdə deputata hədiyyə verilərsə, o barədə İntizam Komissiyasına məlumat verməlidir. Sizə misal deyim. Getmişəm, məsələn, Füzuli rayonuna. Bir dostum mənə 150 manatlıq qoyun kəsib verib. İndi onun 100 manatlıq hissəsini kəsib İntizam Komissiyasına verəcəyəm?!”.

Birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, qanun layihələri heç bir halda deputatların əleyhinə yönəlməyib:

"Niyə? Onun səbəbini ikinci oxunuşda deyəcəyəm”.