adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Iyul 2020 08:26
81290
MÜSAHİBƏ

Aqil Abbas: "Azərbaycan torpağının işğalı ilə heç vaxt razılaşmayacaq" - MÜSAHİBƏ

Adalet.az Milli Məclisin deputatı Aqil Abbasın İctimai kanala müsahibəsinitəqdim edir:

- Xoş gəlmisiniz, Aqil müəllim! Gecə saatlarındapaytaxtın müxtəlif ərazilərində dövlətə, orduya dəstək məqsədilə yürüş təşkilolundu. On minlərlə insan bir araya gəldi. Yaşından asılı olmayaraq buinsanları səmimi hisslərlə küçələrə axışmağa sizcə nə vadar etmişdi?

- Allah bütün şəhidlərimizərəhmət eləsin! Yerləri behiştdi. Valideynlərinə başsağlığı verirəm və xalqımızasəbr diləyirəm! Səbəbini deyim. Birincisi sərhəddə törədilən təxribataordumuzun layiqli cavab verməsi. Baxmısınız, ordumuz düşmən mövqelərini necədarmadağın etdi. Şəhid isə olacaq. Bu döyüşdü. İstər əsgər olsun, istərsə dəgeneral. İkincisi isə möhtərəm prezidentin, ali baş komandanın keçirtdiyiTəhlükəsizlik Şurasındakı çıxışı, nitqi, kəskin və xalqın ürəyindən keçənsözləri deməsi. Prezident onsuz da çıxışları həmişə belə olur. Bu çıxış xalqaruh yüksəkliyi verdi, xalqın içində yenidən bir təpər oyandı. Necə ki 2016-cıildə aprel döyüşlərində olmuşdu, bu dəfə də elə. Özü də təkcə Bakıda yox,Sumqayıtda, Tovuzdə və digər rayonlarda, şəhərlərdə xalq dövlətlə, orduyla birolmağını sübut etmək üçün meydanlara, küçələrə çıxdılar. Xalq "Qarabağbizimdir, bizim olacaq!”, "Şəhidlər ölməz, Vətən bölünməz”, "Ali baş komandansilah ver bizə” şüarlarını səsləndirib öz dəstəyini göstərdi və həm də bunubütün dünya gördü. Dünya gördü ki, Azərbaycan xalqı heç vaxt atəşkəslə,torpağın işğalı ilə heç vaxt razılaşmayacaq. Bu xalq elə -belə xalq deyil.

- Aqil müəllim, əslində görüş qeyri-qanuni təşkil olunmuşdu. Amma buməqamda polisin davranışı da təqdir qazandı. Çünk ionlar heç bir müdaxiləetmədilər, əksinə yürüşçüləri müşayiət etdilər.

- Bəli, polis də bu xalqınövladıdı. Müharibənin ilk illərində ən gözəl nizam-intizamla vuruşan polislərolub. Və bu gün də nə qədər polis şəhidimiz var. Yadımda qalmayıb, səhvetmirəmsə 67 nəfər qəhrəman da var. Bu yürüşə qeyri-qanuni deməyək. Bu, xalqınürəyindən gəldi, polis də mane ola bilərdi, amma gördü ki, xalq niyə ora çıxıb.Ona görə də polis xalqı müşayiət etdi və hətta onların təhlükəsizliyini belətəmin etdi. Polis böyük bir əxlaq, böyük bir səbr nümayiş etdirdi. Xalq dapolisi ilə birlikdədir. Polis kimdir ki? Sənin qardaşındır, mənim balamdı,xalqın övladıdır da.

- Aqil müəllim, biz doğrudan da ötən gecə əsl qürur yaşadıq vətəəssüf ki bu birliyə kölgə salmağa çalışanlar da oldu. Bilirsiniz ki, aksiyaiştirakçılarının çoxusu dağılışandan sonra bir qrup insan Şəhidlər Xiyabanınınqarşısında qaldı və Milli Məclisə daxil olub avadanlıqlara ciddi ziyan vurdu.Necə düşünürsünüz? Qarabağa gedən yolun Milli Məclisdən keçdiyini düşünənlərinməqsədi nə idi?

- Qarabağa gedən yol təbiiki Milli Məclisdən keçmir. Amma başqa mənada keçə bilər. Əgər savaş başlasaMilli Məclisdə həmin savaşla bağlı qərar qəbul edilə bilər. Ancaq sizindediyiniz o hadisədə tamam başqa məqsəd vardı. Siz də, biz də bunu bilirik ki,V kalon anlayışı var, Azərbaycanda ara qarışdırmaq istəyən, iğtişaş törətməkistəyən xarici agentura var, möhtərəm prezidentin və dövlətin qətiyyətliaddımları təbii ki, ermənilərin arxasında duranların xoşuna gəlmir. Onlar nəsəaxtarır ki, çevriliş eləsinlər. O V kalon deyilən adamlar da var ki, müəyyənadamları yönləndirirlər. Məsələn, tutalım Milli Məclisə 200 adam girdi, onlarınəllisi provakatrlardı, qalanı küyə, eyforiyaya uymuş cahil uşaqlardı. Bu yalnızvə yalnız həmin hərəkatı gözdən salmaq üçün qabaqcadan təşkil olunan birprovakasiya idi. Adətən, onlar hər şeydə belə hazırlıqlı olurlar. Öz adamlarınıdin adından "Allahu Əkbər” dedirdib saldılar o izdihamın içinə. Kişi qarğışeləməz, amma elə o "Allahu Əkbər” deyənadama Allah Əkbər özü qənim olsun. Allah böyükdür, biz də "Allahu Əkbər”deyirik, amma sən onu başqa məqsədə yönləndirirsənsə, bu elə özü dinəhörmətsizlikdi. "Azadlıq” şüarı səsləndirənlər var, düzdü, onlar sonrasəslərini kəsdilər. Xalq onlara imkan vermədi ki, provakasiya eləsinlər. Fikirverin, xalq azalandan sonra hərəkətə keçdilər. Çünki xalq orda olduğu zamanetsəydilər, linç olunardılar. Polis dəstəyini axıra kimi göstərdi. Amma sənbunu başqa məqsədə, başqa yönə çevirəcəksənsə, polisin vəzifəsi bu dövlətin, bumillətin əsayişini qorumaqdır. Təbii ki, polis də öz gücünü göstərəcək və necəki göstərdi. Məsələnin başqa tərəfi də var. Hadisələri orada olan kameralarçəkib. İstər Milli Məclisin kameraları, istər kanalların.

- Hətta bizim TV-nin əməkdaşları da xəsarət alıb.

- Gördüm. Xüsusi Xidmət Orqanları onların hamısınıaraşdıracaq. Onları tapıb cəzalandıracaq. Bu öz yerində. Əsas məsələ onlarınkimlərin yönləndirməsidir. Bir nüansa toxunum. Bu dəfə ən radikalından tutmuşən müxalifinə kimi bütün partiyalar bəyant verdi ki, dövlətin yanındayıq və bizdə gedib döyüşməyə hazırıq.

- Bəli, ümumilikdə 43 partiya bəyanat verdi.

- Bu da çoxlarının ürəyinəbıçaq kimi sancıldı. Sizə bir şey deyim, mən o vaxt universiteti bitirəndənsonra o vaxt ona "zbor” deyirdilər, rütbəmizi artırmaq üçün bir aylıq təlimlərəçağırırdılar. Bu gün də bu var. İndi ohərəkəti edənlərin bəzilərini cəzalandırmaq lazımdır, bu öz yerində, bəziləriniisə həmin o təlimlərə aparmaq lazımdı. Həmin o bilmədən cahillik edibprovakasiyaçılara qoşulanlar etsinlər, iki ay Mehdiabadda əsgərliyin, Vətəninnə demək olduğunu anlasınlar. Özü də orada elan olunub ki, kim istəyirsə,gəlsinlər hərbi səfərbərlik idarələrinə, qeydiyyatdan keçsinlər.

- Aqil müəllim, biz eyni ssenarini ötən əsrin 92-93-cü illərində dəgörmüşdük. Sizcə bizi yenə o illərə sürükləmək istəyənlər kimlərdir?

- Bayaq dedim, Azərbaycanınmüstəqilliyini gözü götürməyənlər. İstəyirsiniz bir-ikisinin adını da çəkəbilərəm. Mənim ələyim ələnib, xəlbirim göydə fırlanıb. Çəkinəcəyim yoxdur. Ovaxt ki hərəkatı başqa yerə yönləndirdilər, Şuşanl itirdik və başqa nələr olduhamısını bilirsiniz. O vaxt dövlət zəif idi, ordu yerində deyildi. Polislər,əsas qüvvələr döyüşdə idilər. Axı indi elə deyil. Polis də qüdrətlidir, dövlətdə qüdrətlidir, Müdafiə Nazirliyi də qüdrətlidir. Yəni kimsə artıq o illərdəkihərəkətləri edə bilməz, mümkün də deyil. Bu gün həmin dövlət deyil, həmin zamandeyil. Üstündən 28 il keçib. Orada provokativ sual verən bəzi internet tv-lərinişçilərini elə xalqın özü onalrın istədikləri cavabı vermədi.

- Aqil müəllim, yeri gəlmişkən, bu erməniyə xidmət deyildimi?

- Xanım, parlamentdə də busöhbət olur, ciddi saytlarda, qəzetlərdə yazırlar. Birincisi ermənilər bizimadla sayt açırlar. Dünən eşitdim ki, bizim ermənilər də "azxəbər” adlı bir saytaçıblar. Bizdə də belə bir sayt var, özü çox yaxşı saytdır. Təbii ki, bizdə dəxaricə qulluq edən saytlar da var, internet televiziyalar var. Xaricdən qonoraralıb işləyirlər. Dövlət belə şeylərdə ciddi olmalıdır. Məsələn, sosialşəbəkələr. Adətən, Xüsusi Xidmət Orqanları görürlər ki, orda müəyyən qruplar var.Onları tapıb cəzalandırmalıdırlar. Xaricdən işləyirlərsə, blok qoymaq lazımdır.

Bir məsələni də deyim,canlı yayımdı, kəsə də bilməyəcəksiniz. Əgər bu İctimai TV Rusiyanın,Fransanın, Almaniyanın əleyhinə nəsə bir söz desə, sujet versə, burdakı səfrilikləryapışarlar adamın yaxasından, məhkəməyə verərlər sizi, bizi. Xaricdə,Almaniyada, Fransada oturub Azərbaycanın əleyhinə verilişlər verirlər. Bəs bizim oradakısəfirliklər nə ilə məşğuldur? Sən niyə yaxısını cırmırsan? Sənin ölkəndə oturubmənim dövlətimi, prezidentimi, xalqımı təhqir edirlər. Sən niyə bunlarla məşğulolmursan? Bax ordakı səfirliklərimiz, biraz imkanını varsa, ayrı işlərlə məşğulolmayın. Necə ki indi belə hadisələr Xarici İşlər Nazirliyində başlayır.

- Aqil müəllim, növbəti sualıma keçməzdən öncə xatırladım ki, İctimaiTV hər zaman lazım olan informasiyanı ötürür və sözləri kəsmir.

- Bilirəm, mən o mənadademədim.

- Aqil müəllim, hazırda cəbhədə gərginlikdir. Hər an oradan gələn xoşxəbəri gözləyirik. Belə bir zamanda bu cür təxribat nəyə lazımdı .

- Təəssüf ki, xalqı, əsgəriruhdan salmaq üçün. Ermənistan deyir ki, guya biz onların dinc əhalisinivururuq. Siz də indicə xəbər vermisiniz ki, ermənilər Cenevrə konvensiyasınıpozublar. Biraz gülməli xəbərdir e bu, qızım. Guya erməni hansı qanuna tabedirki? BMT-nin çıxartdığı 4 qətnaməyəmi əməl edir? Avropa Birliyinin Azərbaycanınmüstəqilliyi və ərazi bütövlüyü haqqında çıxarılan qərarlaramı əməl edir? MənQarabağ müharibəsində iştirak etmiş adamam. Əlimə avtomat alıb vuruşmamışam,amma bir ziyalı kimi, jurnalist kim iştirak etmişəm. Heç vaxt Azərbaycan əsgəridinc erməniyə güllə atmayıb. Biz belə baxırıq, insani davranırıq. Amma onlardinc əhalini hər yerdə qırdılar və bu gün də kənddəki dinc əhaliyə atırlar.

İkincisi,Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir reaksiya verdi Eyni zamandaBMT var. Görün nə deyirlər? Tərəflər atəşkəs rejiminə riayət eləsin,qarşıdurmanı dayandırsın. Heç biri demir ki, ay Ermənistan, Azərbaycannınsərhəddinə atəş açırsan, bəs eləmir kəndlərdə yaşayan dinc əhalini vurursan.Mən qarşıdurma yaratmışam? Burda mən artıq qarşıdurma yaradan tərəf deyiləm.Hamısı ikiüzlü siyasət aparır.

- Aqil müəllim, dünənki yaşanantəxribatlardan ermənilər də istifadə etdilər, erməni mətbuatları bunu başqa cürqələmə verdi. Bu təxribatçılar bunu düşünməmişdilərmi?

-Qızım, düşünmüşdülər. Bəs onu düşünüblər ki, həm təxribat törətsinlər, həmerməni, həm də dünya hadisələrdən istifadə etsin. O hərəkətləri edən adamazərbaycanlı deyil .Ondan siz vətənpoərvərlik, vətəndaşlıq gözləyirsiz? Polisinüstünə hücum eləsinlər, polisin nüfuzunu aşağı salsınlar. Polis nüfuzdandüşərsə, dövlət məhv olar. Dövləti saxlayan, qoruyan polisdir. Yəni ölkəninictimai əsayişini qoruyan onlardır. Bu, bütün dünyada belədir. Amma mən yenə deyirəm,çox möhtəşəm hərəkat oldu, o xırda-para qruplar Milli Məclisə girməklə buhərəkatı gözdən sala bilməz. O adamlar ora təxribat üçün göndərilmişdilər vəcəzalarını da alacaqlar.

- Ötən gecəki hadisələr, ümumiyyətlə, buyürüş, aksiya, sizcə Azərbaycanın imicinə necə təsir göstərdi?

-Dünya, o cümlədən Ermənistan və erməni anaları gördü ki, Azərbaycan xalqı birqarış torpağından belə keçməyəcək. Əlbəttə ki, imicimizə çox müsbət təsir etdi.Sizə bir şey deyim. Tovuzda da döyüşmək üçün müraciət edənlər vardı. Təbii kiordunun hələ buna ehtiyacı yoxdur ki, kimsə gəlib əlinə silah alsın.Azərbaycanın nizami ordusu var və hələ səfərbərlik də elan olunmayıb. 2016-cıil aprel hadisələrində mən Ağdamda idim. Və nə qədər insan, bir ayağaı olmayanqazisi belə gəlmişdilər ki, qoyun gedək biz də döyüşək. Əslən Qubadlıdan olanhərbi komissarlıqda işləyən iki zabit maşına minib gəlirlər döyüş bölgəsinə kibiz də vuruşmaq istəyirik. Təbii ki onları qoymurlar, axırda görürlər ki, əlçəkmirlər, deyirlər, onda yaralıları siz daşıyın. Və onlar yaralıları daşıyandaermənilər pulemyotla maşını vurmuşdular, həmin iki zabit də şəhid olmuşdu.Onlar da evdəc oturub hansısa şouya baxa bilərdilər, amma ürəkləri dözməyibvuruşmağa gəlmişdilər. Həmişə hər çıxışda bunu deyirəm, indi keçmiş zamandeyil, 92-93-cü illərdə niyə camaat kəndini tərk edirdi? Ordu qaçırdı, camaatda görürdü ki ordu qaçır, onlar da kəndi tərk edirdilər. Əliyalın dayanbilməzdilər axı. İndi isə atışma gedən bölgələrdə camaat öz evində oturub. Ocümlədən aprel döyüşlərində heç kəs evini tərk etməmişdi. Niyə? Bir səbəb var –indi o dinc əhali bilir ki, əsgər orda şəhid olacaq, general orda şəhid olacaq,amma bir addım da geri çəkilməyəcək ki, erməni girib camaatı qırsın. Mənimnənəmgilin evi erməni səngərindən 1 km aralıda yerləşir. Hətta ermənilər atdılar, nənəmgilinevi də dağıldı. Bu xalq ordusuna bu qədər inanır. Görürsünüz, heç Tovuzda daheç kim evini tərk eləmir. Amma mənə qalsa qadınlar, uşaqlar təxliyəolunmalıdır. Özüm zabitəm, az-çox hərbidən anlayışım var. Aprel döyüşlərində də50 yüksək rütbəli zabit və gizir şəhid oldu. İndi keçmiş deyil, indi general öncəbhədədir, polkovnik ön cəbhədədir. Əsgər görür ki, yanında generalı var.Allah ölən yüksək rütbəli zabitlərimizə rəhmət eləsin! Bir xasiyyətim var, deyəcəm,başqa yerə yozacaqlar, mən heç vaxt sevdiyim adamlara "Allah rəhmət eləsin!”demirəm. Çünki onlar ölməyiblər. Nizami Gəncəvi ölüb ki? Füzuli ölüb ki? YaBəxtiyar Vahabzadə? Ya o generallar? Ya Polad Həşimov? Ya İlqar Mirzəyev ölübki? Ölməyiblər! Onlar Allahın dərgahındadırlar.

- Aqil müəllim, bugünlərdə həm dədezinformasiyalar çatdırılır. Məsələn, ötən gecə hansısa hərbi hissəmizinermənilər tərəfindən vurulması ilə yayılan səs yazıları, və yaxud şəhid olan generalımızın koordinatlarınınyüksək rütbəli hərbçilər tərəfindən qarşı tərəfə ötürülməsi ilı bağlı iddialar.Sizcə bax bütün bu təxribatçı addımlar planın bir hissəsi ola bilərmi?

-Əlbəttə ki elədir. Həm bu o deməkdir ki, xalqa desinlər ki, orduda xəyanət var.Bu da bir plandı. Hamı bir-birndən şübhələnəcək . Əsgər zabitindən, zabitəsgərindən şübhələnə bilər. Amma bunun da qarşısını almağa gücümüz var ki,əslində bu erməni idi, bu filankəs idi. Yəni onlar nə qədər dezinformasiyayaysalar da, bizim ciddi qəzetlərimiz, ciddi saytalarımız, kanallarımız xalqımaarifləndirir, əsgər də bunu eşidir və maarifləmnir ki, zabiti onu heç vaxtsatmaz.

Bilirsiniz,bir dəfə bir səhv elədik və onun da altını çəkdik. Sonra məlum oldu ki, aprelhadisələrində bir qrup hərbçini həbs elədilər ki, siz xəyanət eləmisiniz. Həttabunları xalq qəbiristanlığına da buraxmırdılar. Sonra onların hamısı bəraətaldı. İstintaq zamanı sübut olundu ki, xəyanətkar deyillər. Onu təşkil edənlərisə hələ də cəzalanmayıblar.

- Aqil müllim, bayaq da qeyd elədik ki, bu cür həssas məqamda belətəxribatlara yol vermək ən çox şəhid olanlarınruhlarına hörmətsizlikdir. Siz necə düşünürsünüz?

- Bilirsiniz, yenə deyirəm,axı onlar bu millətin övladları deyillər. Övladlarıdırsa da satılmışövladlarıdır. Peyğəmbərin bir sözü var, onu Vaqif Cəbrayılzadə şeirləyazıb. Deyir ki, basılmaz bir qarışVətən torpağı, içindən satılmasa. Şəhidlərin ruhunu onlar təhqir edə bilməz.Allahın dərgahını təhqir etmək olar? Allahın dərgahında olan insanları onlartəhqir edə bilməz. Sadəcə milçək nədir, ürək bulandırar. Şəhid analarının ürəyibulandırarlar.

Od düşdüyü yeri yandırır,bu heç. Yəni heç kim o şəhidlərin atasının, anasını çəkdikləri ağrını çəkəbilməz. Şəhid həm də təkcə onların deyil, şəhid eyni zamanda bu Vətənindir, butorpağındır, bu dövlətindir. Ona görə də bizim bu ağrımızın nəticəsi dünənkihərəkat oldu. Şəhid valideynləri, aiələri bilsin ki, şəhidlər təkcə onlarınövladları deyil. Onların idi, indi oldu həm də bu xalqın, oldu bu tarixin.Onlar tarixin yaddaşında qalacaqlar. Babək min ildən çoxdur ki, yaşayır.

- Aqil müəllim, bu gün biz iki cəbhədə mübarizə aparırıq. Cəbhədəermənilərlə əsgərlərimiz, zabitlərimiz üz-üzədir, daxildə koronavirusla həkimvə polislərimiz. Bax onalrın əməyini heçə endirməmək üçün bizim üzərimizə hansıməsuliyyət düşür? Bu qədər insanın bir yerə gəlməsi həm də koronaviruslamübarizəyə mənfi təsir göstərir.

- Bilirsiniz, elə bir ruhyüksəkliyi yarandı ki, onlar o koronavirusdan qorxmadılar. Düzdür, bu virusunyayılmasına böyük xidmət eləmiş olur, amma necə olur, 18 yaşında biri şəhidolur, qoy mən də koronavirusan ölüm də. Heç olmasa, o əsgərə, o şəhidə dəstəkolum. Təbii ki insanlar qorunmalıdır. Yoluxmaların olduğunu bir həfət, 10gündən sonra biləcəyik. Amma inanıram ki, o ürəklə, o qeyrətlə meydanlara, küçələrəçıxan oğlanlar var ha, onlara koronavirusun gücü çatmaz, onların bədəni artıqelə güclənib ki, içlərindəki hirs, qəzəb, Vətən sevgisi onları elə cilalayıbki, onlara heç nə olmaz. Koronavirusdan qorxmaq lazım deyil. NazirlərKabinetinin çıxardığı qərarlara hamımız riayət etməliyik. Qapalı yerdə maskasızgəzmək olmaz. Mən bura gələnəcən maska taxmışam. Qapıya qoymusunuz, gələnlərəlini yuyurlar, maskası olmayana maska verirsiniz. Belə pis çıxmasın, az qalaqulluqçuluq eləyirsiniz. Bu xalq özdəstəyini dövlətə, möhtərəm prezidentə göstərdi. Yeri gəlmişkən bir söz deyim,mənim sevmədiyim bir şey var, baxıram, cahil adamlar var, müdafiə nazirinə,generallara, ali baş komandana məsləhətlər verirlər ki, bunu elə elə, onu beləelə. Yadıma qrafinya De Monsoro filmi düşdü. Orda Şeko var, təlxəkdir, meşədəgedərkən Allaha deyir ki, bunu belə eləyərsən, onu belə eləyərsən, sonra dadeyir ki, Allah bağışla, sənə də məsləhət verirəm.