Aprel döyüşlərində şəhid olmuş Əlizaman İslamovun anım mərasimi keçirilib
Lənkəranın Cil kəndində aprel döyüşləri zamanı Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhid Əlizaman İslamovun anım mərasimi keçirilib.ONA-nın cənub bürosunun verdiyi məlumata görə, mərasimdə kənd sakinləri, şəhidin doğmaları, rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Əlizaman İslamov 2016-cı il aprelin 2-də Tərtər rayonunun Talış kəndi istiqamətində erməni təxribatının qarşısını alarkən 18 yaşında şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Əlizaman İslamov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13