adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Oktyabr 2014 11:33
9948
TEXNOLOGİYA

Apple şirkətinin planşetlərinə maraq azalıb

Apple şirkətinin planşetlərinin satış göstəricilərigetdikcə aşağı düşür. 2014-cüilin iyul-sentyabr aylarında iPad planşetlərinin satış həcmi azalıb. Apple-insaytındakı maliyyə hesabatı da bunu göstərir.

Bu rübdəApple 12,3 milyon planşet kompüteri satıb ki, bu da ötən ilin müvafiq dövrü iləmüqayisədə 1,77 milyon daha azdır. Əvvəlki iki rübdə, iPadin satış həcmi,həmçinin azalıb. Amma Apple korporasiyası cari rübdə yeni iPad Air 2 və iPadmini 3 qurğularının satışları hesabına bu tendensiyanı aradan qaldırmağa ümidedir.

Bu halda hesabat rübündə iPhone-nun satış həcmi xeyli artıb:Apple ötən ilin müvafiq dövrü (33,8 milyon) ilə müqayisədə 39,3 milyon smartfonsatmağa nail olub. Yeni iPhone 6 və iPhone 6 Plus qurğularının birinci dalğaölkələrinə satışları nəticəyə təsir edib. Appleın məlumatına görə, birincihəftəsonu təxminən 10 milyon yeni qurğu satılıb.