adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Sentyabr 2018 17:11
17030
İDMAN

APF-nin prezidenti yarışda iştirak etdi

AzərbaycanPaurliftinq Federasiyasının prezidentiƏləddin Əliyev yenidən yarışlaraqatılıb. 20 il sonra yenidən həyəcanlı anlar yaşadan Ə.Əliyev 100 kq çəkidərəcəsində bech press hərəkəti üzrə 230 kq nəticə ilə birinci yerinqalibi olub.

ƏləddinƏliyev yarış barəsində fikirlərini bölüşüb: "Düzdür yarışa qatılmağım nəqədər həyəcanlı olsa da, bir o qədər də məsuliyyətli hiss idi. Əsasməqsədim gənclərə mənəvi dəstək idi. Gənclərimizə dəstək olmaq bizim ən öndəolan uğurumuzdur. Bu yarışda qalib gəlmək, sözün açığı, mənə bir o qədər dəönəmli deyildi. Maraqlı olan gənclərimizin reaksiyası oldu. Gözlənilməz biraddım atdım. Bu sırf gələcək yarışlarda gənclərimizin uğurlu nəticəgöstərmələri üçün atılmış bir addım idi".