adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Yanvar 2020 08:42
63474
MƏMLƏKƏT

Aparıcı Xoşqədəmdən reklamlı reaksiya - Qənirə Paşayevadan sanballı cavab

Hazırdaictimaiyyəti sarsıdan və diqqətləri özünə çəkən ötən ilin noyabrında itkin düşənvə ötən gün meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı faciəsi gündəmi məşğul edən ən həssas olaydı. Bu hadisəyə Millətvəkili Qənirə Paşayeva da etinasız qalmayıb və öz sosial hesabında NərminQuliyeva ilə bağlı paylaşım edib. Deputatın yazdıqlarına aparıcı Xoşqədəm Baxşəliyeva sərt reaksiya verib vəonu qınayıb: "Nərmin itəndə sizi orada görmək istəyərdim, ölüsü ortayaçıxdıqdan sonra yox, hörmətli Qənirə xanım. Həftələrdir bu axtarışgedir.Bəlkə bir az sərt oldu, amma uman yerdən küsərlər, bağışla".

Adalet.az xəbərverir ki, aparıcı millət vəkili Qənirə Paşayeva haqqında bildirdiyi bu sözlər yeni bir qalmaqalın əsasını qoyub.

Q.Paşayeva Xoşqədəminqınağına tutarlı cavab verərək bildirib ki, o dairənin Millət vəkili deyil:” Məno dairənin Millət vəkili olmasam da,hüquq mühafizə orqanları ilə hər gün bu barədə danışırdıq. Mənim axtarış imkanvə səlahiyyətim yoxdur. Daim maraqlana bilərəm, hüquq mühafizə orqanları da buməsələ ilə bağlı nə qədər maraqlandığımı bilir.Əgər sizə maraqlıidisə özümdən və ya onlardan soruşa bilərdiniz. Fikrinizi necə ifadə etmək istəyirsiniz,o cür də edə bilərsiniz. Amma gerçəkləri bilin istədim"

Bu cavabdan qaneolmayan aparıcı israrla öz dediyini təkrar edib: "Ola bilər, amma bu axtarışda şəxsəniştirak edən biri kimi bunun şahidi olmadım. Bunu yalnız sizə yaza bilərəm,uman yerdən küsərlər, dedim" sözləriniəlavə edib.

Qənirə Paşayeva yenidəntəmkin və səbrlə aparıcıya səlahiyyətlərini və qanun çərçivəsində ancaqedə biləcəyi işləri söyləmək zorunda qalıb: "Hüquq mühafizə orqanlarınamüraciət edirik. Millət vəkili olaraq bu cür addım atmalıyıq. Amma bu prosesdəsizin fəaliyyətinizdə başqa nəsə edə bilərdiksə, əmin olun, söyləsəniz edərdik.Bunu ən yaxşı siz bilirsiniz. Amma bu cür hadisələrdə davamlı hüquq mühafizəorqanlarına müraciət edirik və qanunla başqa səlahiyyətimiz yoxdur. "Umanyerdən küsərlər" fikrinizə sayğı ilə yanaşıram.Amma bu cür işlərdəancaq qanunla daşıdığımız səlahiyyət çərçivəsində hərəkət edə bilirik" .

Yəqin ki, bu müzakirədəkimin reklam arxasınca qacması, kimin daha sanballı və düşünülmüş addım atması oxucularınhamısına məlumdu.

Dərhal ağlımıza bir fikir gəldi: Deputatın telefonnömrəsi əksəriyyətimizdə var. Zənnimizcə, "uman yerdən küsərlər” deyən aparıcı"küsdüyünü” ictimailəşdirmədən də ünvanaçatdıra bilərdi.

Əntiqə Rəşid