adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 13:36
438
SİYASƏT

"Antiterror" şəhidlərinin ili çıxmamış Paşinyanın Bakıda nə işi var?  

Parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc mayın 7-də, Milli Məclisin plenar iclasında çıxışı zamanı “Paşinyanı Bakıya dəvət etməklə problemlərin bəzisinin həll edilməsi"  arzusundan danışıb.


Əvvəlcə deyib ki, sanksiyalara cavab kimi həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işağlına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir.


Yəni, ilk öncə deyəcəyi fikirlərə beləcə haqq qazandırıb, dalınca isə Ermənistanın baş naziri Paşinyanın Bakıya dəvət edilməsini təklif edib:”Yəni, Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”.

 


Bilmirəm, Zahid Oruc unudub , yaxud, heç xəbəri yoxdur ki, antiterror əməliyyatının şəhidlərinin hələ ili tamam olmayıb.

 Bundan başqa Ermənistanın baş naziri Nikol Paşinyan baş nazir seçildikdən sonra (2018) Moskvaya səfəri ərəfəsində Azərbaycanı güclü zərbə ilə təhdid etdi.
Paşinyan “Zinuj” proqramına müsahibəsində dedi ki, Ermənistan Respublikası və erməni xalqı güclü əks zərbə endirməyə hazır olmalıdırlar. Heç kim bizimlə təhdid və güc dilində danışa bilməz.

Bakıya çağırmaq istədiyiniz Paşinyanın iç üzü də çöl üzü kimi elə ermənidir. İndi Paşinyan hazırki addımları Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz iradəsinin nəticəsində və haqqın- ədalətin sayəsində sülh naminə atır. Yəni, “ Dəmir yumruq” başının üstündə olduğunu bilməsə, bir erməni olaraq heç vaxt Azərbaycanın xeyrinə addım nədir, heç barmağını belə tərpətməz! Zahir Oruca xatırlaması üçün deyirəm, Şuşada “qələbə” bayramında yallı oynayan, sonra da çaxır butulkasının yanında yıxılıb yatan Paşinyan indi “çiçək" açmadı! Necə ki, 4 ildir ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, nə onu müvəqqəti işlər vəkili statusu ilə əvəz edən Riçard Morninqstar, nə də gəldiyi 7 ay müddətində Şuşaya getməkdən boyun qaçırmış Mark Libbi (nəhayət ötən gün Şuşaya getdi) Şuşaya səfər etmədilər.

Azərbaycan dövləti dəfələrlə humanist addımları ilə dünyanın gündəminə gəlib. O humanizmimizin ikiüzlü Qərb və ABŞ siyasətçilərini yumuşaltdımı? Azərbaycanın əbədi ərazilərinin erməni işğalçılarından təmizlənməsini nəzərdə tutan 4 qətnaməyə təsiri oldumu? 907-ci düzəlişi ortadan qaldıra bildimi? Xeyir!
Bütün bu və bunun kimi haqsızlıqları Paşinyanı Bakıya qonaq çağırmaqla həll etmək çarəsizlikdir. O haqsızlıqların qarşısında Azərbaycan dövləti və başçısı, eləcə də, xalqı lazım olan cavabı verib və verəcək!


Əntiqə Rəşid